| f |
7 |
| |
| |
salam.heyzli ve cenabetli olan tekce cenabet quslu ile kifayetlene biler?2.eger heyz qani gelmirse yada 1-2 damci.bu halda yaxinliq olar?qan tamam kesilibse yaxinliq olar yoxsa mutleq qusuldan sonra?3.destamaz alanda ayagi 3 defe yumaq evezine axar suyun altinda saxlamaq olar?4.neyise paklayanda hansisa soz deyilir?5.usagin necisini yudugum el-uz yuyanda destamaz ala bilerem?temiz saxlayiram.6.salli ve barik dualarinda ele muhemmedin ve ele eli muhemmed deyirem.internetde bele seslenirdi.ali muhemmed deyilir?7.dis surtende qan cixirsa.sogan soyanda yas gelirse(coxlu)destamaz pozulur?
Aleykumussalam. 1.Bəli, kifayətdir. İkisindən birini niyət edib qüsl verərsə, hər ikisi boynundan götürülər. 2.Yaxınlıq üçün qan tamam kəsilməlidir. Kəsiləndən sonra yaxınlıq olar və bunun üçün qüsl vermək vacib deyil. 3.Dəstəmazda ayağa məsh edilməlidir. Əhli sunnədə ayaqlar yuyulur. Yuyulur dedikdə isə yumaq şərt sayılır. 4.Xeyr, nəsə demək şərti yoxdur. 5.Bəli, ala bilərsiz. 6.Ali Muhəmməd deyilir. 7.Heç birində dəstəmaz pozulmaz. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 03:05 |
|
|
| gun |
namaz |
| |
| |
salam axshaminiz xeyirli olsun...... sizden bir shey oyrenmek isteyirem axsham namazi saat 21:45 de xiften namazi ise 23:10 dadi. ele ola bilermi men 21:45 de sham namazimi qildiqdan hemen sonra xiften namazinida qilim? gozlemiyim 23:10 u eyer dinde qebul olunursa edim yeni olmazsa gozleyim yorghun oluram deye ele etmek isteyirem. cavaba gore indiden teshekkurlerimi bildirirem sagholun ALLAH razi olsun sizlerden
Aleykumussalam. Namazları ardıcıl olaraq qılmaq icazəlidir. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 02:34 |
|
|
| nigar |
qusul |
| |
| |
salamaleykum dirnaqda lak olanda qusul almaq olar bu onu batil etmirki evvelceden tesekkur edirem Allah razi olsun
Aleykumussalam. Dırnaqda lak olduqda nə qüsl nə də dəstəmaz düz sayılmaz. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 02:02 |
|
|
| ///E |
2 Sual |
| |
| |
Salam Aleykum.
1) Bir oglan Allahdan istediyi qizla qismetlerini birlewdirmesi ucun dua etse, duasinin qebul olmagi mumkundur mu?
2) Ve eger yuxarida adini cekdiyim iw mumkundurse, qardaw, menim ucun bu barede dua ede bilersiniz?
Allah Razı olsun.
Aleykumussalam. 1.Bəli, mümkündür. 2.Sizlər üçün və bütün işləri çətinlikdə olanlar üçün dua edirik. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 01:47 |
|
|
| Rizvan |
yuxu |
| |
| |
salam aleykum.men yuxuda Oruclugun birinci gecesinde Keebeni gormuwdum.Bunun menasini aciqlamaginizi rica edirem.Evvelceden Allah razi olsun!
Aleykumussalam. İnşaAllah dua edirik ki, Allah nəsib etsin gedib Kəbənin özünü görüb ziyarət edəsiz. Dini yuxuları isə heç kəsə danışmayın. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 01:22 |
|
|
| metanet |
salavat |
| |
| |
salam eziz qardasimmen evden cixanda catdigim yere qeder peyqemberimiz ve onun ehli beytine salavat deye deye gedirem olarmi?Allah komeyiniz olsun
Aleykumussalam. O Həzrətə və Pak Ailəsinə nə qədər salavat göndərsəniz gözəl və bəyənilən əməldir. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 01:01 |
|
|
| ramil |
zuhur |
| |
| |
salam.sizdan zuhur naqqinda sorushmaq isteyirem.isa peygenberin ve Mehdi elehissalamin zuhuru haqqinda QURANDA aye var ? varsa yazmanizi xahish edirem.xahish edirem hecbir alimin fikrini yazmayin.Birdeki zuhur olmayibsa demeli qiyamet hele ola bilmez.eger zuhur olcaqsa heqiqi peygenber ve yaxud imam oldugunu nece bileceyik ?
Aleykumussalam. Həzrət Məhdinin zuhuru Quranda var. (surə 21, ayə 105)Hətta bu iş, yəni bir nəfər ilahi tərəfindən gələcək xilaskarın gəlişi bütün dinlərdə olan məsələdir. Alimlərin fikirlərini istəməməyiniz isə düz fikir deyil. Quran -Bilmədiklərinizi elm əhlindən soruşun - deyə buyurur. Həzrətin mübarək zuhuru olmayınca və ədalət hakimiyyəti dünyanı bürüməyincə, qiyamət qopmayacaq. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 00:59 |
|
|
| sevinch |
dini |
| |
| |
salamlar olsun size.size bir sualim da var.men bezen ovladima her hansi bir isimizde cetinlik olan zaman"narahat olma her sey yaxsi olacaq bilirem,cunki men hemise dua edib bu isin yaxsi olmasini Allahdan arzu etmisem"demekle tanriya qarsi cixaraq,kunah isletmis olurammi? tesekkur edirem
Aleykumussalam. Xeyr, burada heç bir günah yoxdur, əksinə insan elə həmişə Allahına ümid etməlidir. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 00:22 |
|
|
| Tural |
Pul |
| |
| |
Salam,men bilmek isteyerdim ki pulu en duzgun sekilde nece xerclemek lazimdir.yeni hansi veziyyetlerde qenaet,hansi yerde bedxerclik elemek lazimdir.mumkundurse etrafli yazin.cox sagolun...
Aleykumussalam. Pulun xərclənməsində heç bir halda bədxərcliyə ehtiyac yoxdur. Qənaət həmişə yaxşıdır. Amma qənaəti də əlisıxlıq kimi başa düşməyək. Yəni əsasən ehtiyac duyulandan artıq xərclənməməlidir. Allah sizə yar olsun
|
|
| » 18.05.2012 00:05 |
|
|
| xeyale |
haram halal |
| |
| |
salam.menimcun cox maraqlidi dinde donuz etini haram buyururlar ama tarixe baxsaq peygemberimiz donuz etini haram buyurdugu vaxt erebistanda dehsetli derecede isti idi ve bildiyimiz kimi isti havada cox yagli yemek insan saglamligi ucun zererdir ve bunudu bilirik ki,saglamliga zerer olan her bir sey haram buyurulur bu baximdan bu fikirle raziyam ama basqa terefden fikirlesende misalcun Sibirde yasayan muselmanlar donuz etini yese neye gore haram sayilmalidir ki,cunki Sibir cox soyuq yerdi ve orada yasaya bilmekcun donuz etini yemek haram sayilmaz mence cunku saglamliga xeyri varki ziyani yoxdu.sizce men dogrumu fikirlesirem?sizden artiq derecede xahis edurem bunu aydinliq getiresiniz.ALLAH SIZDEN RAZI OLSUN
Aleykumussalam. Bu fikri ortaya dini istəməyənlər atıb. Əvvəla onu bilək ki, Ərəbistanın keçiləri də piyli olur, qoyunlarıda bizimkilərdən çox yağlıdır. Dəvənin donqarında olan piy isə başqa heyvanlarda yoxdur. Buna əsasən qeyd edirik ki, donuzun dinimizdə haram olması Ərəbistan istisi və ya yağlılıqla heç bir əlaqəsi yoxdur. Onun haram olmasının səbəbi bu deyil. Quranda Allah tərəfindən haram olub. Quran isə Ərəbistan üçün gəlməyib. Bu Aləmləri yaradan Allah tərəfindən nazil olmuş bir kitabdır. Yaradan da yəqin ki, yaratdığı yer kürəsinin harasında havanın necə olmasından xəbərdardır. Son olaraq xahiş edirik ki, dini məsələləri öz fikrimizlə ölçməyək. Fikirləşmək üçün sual edirik. Dunyada1 və ya uzaq başı 2 bala verən qoyun çoxdur, yoxsa hər doğanda 8-10 bala verən donuz? Hesab cəhəti nə olmasını bildirir, lakin hamımız bilirik ki, qoyun çoxdur. Niyə? Allah sizə yar olsun
|
|
| » 17.05.2012 23:24 |
|
|
| inci(15 yas) |
namaz |
| |
| |
salam.namaz qilmayan insan esil muselman sayilirmi?evvelceden tesekkurumu bildirirem
Aleykumussalam. Əməlsiz müsəlmandır. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 22:58 |
|
|
| gularə |
oruc |
| |
| |
salam.məndə bütün insanlar kimi oruc tutmaq istəyirəm.amma xəstəliyim olduğundan bunu edə bilmirəm.[terioid və qan azliğindan əziyyət çəkirəm].hər dəfə orucluqdan sonra onun kəffarəsini verirəm. çox narahat oluram. heyifislənirəm ki, kaş mənimdə imkanim olardi oruc tutmağa.indi bilmək istərdim bu nə dərəcədə düzgündür? [yəni mənim verdiyim kəffarə sayilir?]
Aleykumussalam. Xəstəliyinz nədir? Açıqlaya bilsəniz, hökmünü deyərdik. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 22:11 |
|
|
| Mahir |
haram |
| |
| |
Salam Alekum.sehv elemiremse quest deyilen bir firma var.burda iwlemek pul qazanmag haram sayilir yoxsa yox?imkan varsa sualimi cavablandirin.Allah komeyiniz olsun
Aleykumussalam. Bu tipli firmalar maliyyə piramidası sisteminə əsaslandığı üçün icazəli deyil. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 22:03 |
|
|
| gunay |
sual |
| |
| |
salam.Men qardawimla dostlarimla zrftlawanda deyiremki sen kafirsen, soram deyiremki qiyameti zrfta saliram.Gunahdi bu, eger eledise deyinde mene tovbe edim cox qorxuram:( sagolun
Aleykumussalam. Bu işdən uzaq olun və etdiyinizə tövbə edin. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 21:14 |
|
|
| AYGUL |
namaz |
| |
| |
salam. men namaza bawdadigim gunden mende tez tez vesveseler olur. ona gore namaza duranda aglimda ancaq tez qilim qurtarim estaglirullah canim qurtarsin kimi fikirler olur. namazi atmaq da istemirem ama cox yorulmuwam vesvesenin birinden canimi qurtariram onun ardiyca bawqasi gelir bilmirem neyniyim. namaz qilanda nece ruket qildigimi xatirlamiram cox vaxt. 1ci ruketi qilib Qurtariram 2ci ye kecende 1ci qildigimi bildiyim halda tam emin ola bilmirem fikir vermemeye caliwiram ama cox narahat oluram ve cox vaxt da namazda mene ele gelir ki destemazim pozulur. namazi saxliyiram biraz gozluyurem gorurem hecne olmur ama namazA BAWDIYAN KIMI YENE nese olur kimi gelir mene . cox subhe qalir icimde 99% emin kimi oluram . ama tam emin de ola bilmirem. xahiw eliyirem komek edin mene artiq ruhi bunalim kecirmeye bawdiyiram
Aleykumussalam. Əgər adi vəziyyətinizdə bir namazın içində 3 və ya çox şəkk edirsinizsə, bu vəsvəsə xəstəliyi aradan gedənə qədər heç bir şəkkinizə fikir verməyin. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 21:06 |
|
|
| Aliasger |
Islam.. |
| |
| |
Salam Aleykum:) Sualimi cavablandirdiginiz ucun tewekkur edirem ALLAh razi olsun.. Mene qaranliq bir wey qaldi.. Bu istenilen Quran suresini oluycun oxuyanda yeni savabini oluye gonderende niyyet edilir mi?? edilirse niyyet nece olur???
2ci bir sualimda var..
Insan olennen sora hansi cismde olur?? ruh weklinde ele deyilmi??? Bir insan menimle spor edir ona gore maraqlidir cvb ...
Aleykumussalam. 1.İlahi bunun savabını filankəsin ruhuna çatdır. 2.İnsan öldükdən sonra qiyamətə qədər bərzəx aləmində qalır və orada yaşamaq üçün ona bu dünyada olan bədənə bənzər misali bir bədən verilir. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 19:54 |
|
|
| MESUME |
HARAM |
| |
| |
SALAM ALEYKUM..SNICKERSIN TERKIBINDE ESITMISEM DONU PIYI VAR..DUZDU??ALLAH RAZI OLSUN
Aleykumussalam. Belə bir şeyin olması barədə məlumat yoxdur. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 19:12 |
|
|
| Elshad |
Zekat |
| |
| |
Salam. Xahish edirem aciqlayasiz, zakati kim ve ne gedr vermelidir?
Aleykumussalam. Zəkat əsasən kənd təsərrüfatı məhsullarına düşür. Buğda, xurma, qoyun və s. bəsləyənlərə aiddir. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 17:29 |
|
|
| Aliasger |
Islam.. |
| |
| |
Dunyasuini deyiwmiw insan ucun hansi dualar oxumaq yaxwi olardi???
Aleykumussalam. Quranın istənilən surəsini oxuyub savabını ona göndərmək olar. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 17:15 |
|
|
| sefer |
cume |
| |
| |
SALAM BİLMƏK İSTƏRDİM CÜMƏ NAMAZI VACİBDİR. AYRICA MƏN BƏZİ MASCİDƏ GETMİŞƏM DEYİBLƏR BİZDƏ QILNMIR QILINAN MƏSCİDLƏR ARASINDA MƏSAFƏ OLMALIDIR VƏ BİLİRSİNİZSƏ DEYƏRDİZ MƏN Q.QAQAYEVDƏ OLURAM BİLMƏK İSTƏRDİMKİ BURA YAXIN HARDA QILINIR CÜMƏ NAMAZAI. TƏŞƏKKÜRLƏR
Aleykumussalam. Cümə namazı vacibi təxyiridir. Yəni İmam Zamanın hazır olduğu dövrdə vacib olur, Qeybdə olduğu zamanda isə insan cümə günü zöhr və ya cümə namazı qılmaq arasında ixtiyar sahibidir. Yaxınlığınızdakı İmam Zaman adına olan məsciddən soruşun. Allah sizə yar olsun
|
|
| » 17.05.2012 17:10 |
|
|
|
|