Sual-cavab
Aleykumussalam.
Əgər ağıl və məntiqlə düzgün olanı bilib seçmisinizsə onun ardınca gedin. Gələcəkdə nələr olacağını kimsə bilməz.
Allah sizə yar olsun
Aleykumussalam.
Onların nəcisə bulanmasına yəqinlik yoxdursa, pak olaraq qəbul edəcəksiniz.
Allah sizə yar olsun
Aleykumussalam.
Xeyr bu qüsl tələb etmir, bundan sonra yediyinə diqqət etsin. Bir şeyin halal olmasına yəqinliyi olmasa onu yeməsin.
Allah sizə yar olsun
Aleykumussalam.
Şəri cəhətdən vacib deyil, lakın Qurana ehtiram əlaməti olaraq örtünmə daha düzgündür.
Allah sizə yar olsun
Aleykumussalam.
Üzürlü hesab edin, ingilis dilində hansı tərcümələrin olmasından dəqiq məlumatımız yoxdur
Allah sizə yar olsun
Aleykumussalam.
Belə olduqda yenidən qəsd etdiyiniz zikri müəyyən etdiyiniz qədər deyin.
Allah sizə yar olsun
Aleykumussalam.
İlk olaraq bildiririk ki, Ramazan ayında səfərə çıxmaq qadağan deyil. Sadəcə yaxşı iş deyil, çünki orucun pozulmasına səbəb olur.
İkinci məsələ isə odur ki, şəriət hamı üçün ümumi qaydadır və sizin ya bizim istəyimizlə tənzimlənməz.
Orucun pozulmaması üçün müəyyən qaydalar var,onlara əməl etməklə oruc qalmaq olar. Biri budur ki səfər zöhr azanından sonra baş verərsə oruc sona qədər saxlanılmalıdır. Bu səbəbdən, bura gəldikdə ya qayıtdıqda axşam saatlarına bilet alın. İkincisi insan səfərdə,bir yerdə on gün ya daha artıq qalacaqsa, orada orucu tutmalıdır. Siz də bu deyilənlərə əməl etsən problem həll olacaq. Məsələn bura səfərə günortadan sonra olan reyslərlə gəlin. Gəlib qalacaginiz yerə çatdıqda, həmin yerdə on gündən artıq qalacaginizi niyyət edin. O zamandan sizin namazlariniz da tam olacaq, oruc da tutacaqsınız.. Qayıdarkən də həmin qayda ilə zöhrdən sonra olan reyslə qayıdın. O günün də orucu pozulmasin.
Allah sizə yar olsun
Aleykumussalam.
Bəli, istənilən halda,hətta yatmış vəziyyətdə boşalma baş verərsə, qüsl vacib olacaq.
Allah sizə yar olsun
Aleykumussalam.
Hörmətli oxucu, ilk olaraq xahiş edirik eyni sualı təkrar təkrar verməyəsiniz.
Mütləq əcəl vardır ki, o dəyişməzdir və Quran buyurduguna əsasən nə yubanar nə də tələsər.
Başqa əcəllər də var ki, onlar müəyyən əməllər vasitəsiylə dəyişə bilər. Məsələn hədislərdə buyurulur ki, zina etməyin, ömrünüz qisalar. Qohumlarla əlaqəli olun ömrünüz uzansın və sair.
Dini məsələləri din alimlərinin danışığından öyrənin. Hər dini videonun əsası olmur və etibarlı deyil.
Allah sizə yar olsun
Aleykumussalam.
Sualınız çox qarışıqdır. Hər halda sualdan anlaya bildiyimizə cavab verək.
Dua etməkdən yorulmayın və usanmayın. Bəndənin işi yaradanindan istəməkdir. Verərsə nemət, verməzsə hikmətdir.
Övladınız qarışıq hər bir kəs üçün xeyirli dualar edin və yersiz, lazımsız şeyləri zehninzə gətirməyin. Bu şeylər zehni yorar və psixoloji problemlərə yol açar.
Yuxularla həyatınızı qurmayın və yuxuların ardinca olmayın. Həyatınızı yaşayın və bu dünyada boynunuza düşən vəzifələri icra etməklə gününüzü kecirib axirətinizin xeyirli olması üçün çalışın. Ən mühüm olanı budur.
Allah sizə yar olsun