Страница 1 из 5458 1 2 3 4 5 > >>
Reşad |

Assalam Aleyküm!Sünüler her gün ferz mamazdan elave sünne namazı qılırlar bizde de varmı bele namazlar?varsa necedir,neçe rüketdir, ve ne zaman hansı namazdan evvel ve sonra qılımır?2 ci sualım Hamama girdikde hansı qüsul tökmek olar ki çimib çıxan kimi destnamaz alamdan namaz qılmaq olar?Cenabet qüsulu boynunda olmasa bele

Ответ / Cavab

Aleykumussalam

Beli her namazin nafileleri var, yeni mustehebb namazlari, onlar risale kitablarinda yazilib. Oradan oxuyun ve basha dushmediyinizi sorushun.

Ancaq boyunda cenabet olarsa bu duz olar. Boynunda qusl yoxdursa bu alinmaz. Cimmezden evvel destemaz alin   sonra chimin.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 22 Сентябрь, 2018
Salam |

Salam Aleykum. Stulda oturub namaz qilanda secde eden zamam alini tam stolun üstüne qoyub secde elemek lazımdı? Yoxsa ara qalsa olar?

Ответ / Cavab

Aleykumussalam

Alin secdede tam oturmalidir.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 22 Сентябрь, 2018
Anonim |

Salam zehmet olmasa deyerdiz, men telefonnan sureleri oxuyuram destemaz almadan bu gunahdi? Eger gunahdisa nece destemaz almaliyam? Bashimkda ortemilyem?

Ответ / Cavab

Aleykumussalam

Bunun hech bir gunahi yoxdur.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 22 Сентябрь, 2018
Anonim |

Salam. Cox uzr isteyirem sualima gore. Bextin acilmasi ucun dua deye bilersiz zehmet olmasa? O duani destemaz almadan oxumaq olar?

Ответ / Cavab

Aleykumussalam

Bext baqlanma açılma meseleleri yoxdur. Namaz qilin ve namazlar arasinda ele oz dilinizde dua edin.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 22 Сентябрь, 2018
tural |

salam aleykum qardaw simli musiqi aletinden istifade halal musiqi olarsa caizdir?yeni bezi qruplar ifa edirler

Ответ / Cavab

Aleykumussalam

Simli aletler halal deyil.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Ruqəyya |

Salam. Talaq oxunandan sonra ərlə arvad bir birinə naməhrəmdirmi?

Ответ / Cavab

Aleykumussalam

Beli talaq oxunduqdan mehremdirler, lakin idde dovru baroshsalar kebin  berpa olur.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Ruqəyya |

Salam. 1. Şaxsey vaxsey ediblər əvvəllər məhərrəmlikdə. Bu doğru hərəkətdirmi? 2. Mən ayrılmışam yoldaşımdan. Onunla evli olduğum müddətdə, əvvəlki cahil vaxtlarımda atasının telefonundan öz telefonuma pul göndərirdim icazəsiz. Toplasam 5 manata yaxın olar yəqin. Dediyim vaxtlar da olurdu və icazə verirdi. Onda da desəydim yox deməzdi yəqin ki. İndi bilmək istəyirəm haqqun-nas varmı boynumda? 3. Sırf şəhvətə görə siğə etmək haramdır deyə eşitmişdim. Bu doğrudur?

Ответ / Cavab

Aleykumussalam

Saxsey vaxsey desikde neyi nezerde tutursuz? Sesle aqlamaqi? Huseyn ezasinda sesle aqlamaqin hech bir eybi yoxdur. Belke savabdir. Qadinlar seslerini namehreme esitdirmemelidirler.

Hemin miqdar pulu ona gonderin.

Haram deyil sadece bilmek lazimdir ki siqe tek bununcun deyil.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Zəhra |

Salam hacı. 1. Aşura günü məsciddə idik, namaz qılan qadınların çox hissəsi tam hicabda namaz qılmırdılar. Bəzisi saçı əməlli açıq halda, bəzisi qısa qolla və s. Bacım dedi deyək bilmirlər yəqin, mən dedim yox. Çünki bəlkə 30dan çox xanım o cür idi, bir bir hamısına deməyimiz qəribə görünərdi və onsuzda çadradayıq deyə bir təhər baxırlar və düşündüm ki boynumzda vəzifə deyil demək. Sizcə nə etməli idik? 2. Luhufun 3cü səhifəsində başlanğıc olaraq bir dua yazılıb deyəsən erebce. O nə duasıdır? 3. Mən arada tək olduğum vaxtlarda imam Hüseynlə, xanım Zəhra ilə danışıram. Dərdləşirəm, özümdən şikayət edirəm və s. Onlar səsimi eşidərlərmi? Və bu etdiyim doğrudurmu? 4. Hacı hər ya Hüseyn deyəndə tamam ayrı hisslər keçirirəm, bunu sözlə ifadə edə bilmirəm ama o ad mənə hüzur verir. Bu mənə elə gəlir görəsən? Ya hamıda belədir?

Ответ / Cavab

Aleykumussalam

Mescidin idare edenlerine bildireydiz.

Kitab elimizin altinda deyil.

Bunun eybi yoxdur, onlar da umid var esiderler.

Xeyr, efsuslar olsun ki her kesde bele deyil.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
zaur1981 |

salam.asatirin baliqi halaldimi?bele deyirlerki seferde olduqun halda namazi isdesen qesr qil isdesen tam bu soz duzdurmu?yani hecbir narahatciliq yoxdu tam qilmaq imkani var

Ответ / Cavab

Aleykumussalam.

Pulcuqludursa beli, pulcuqlu deyilse xeyr.

Seferde namazlar qesr qilinmalidir.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
zaur1981 |

salam namazda qunut ne mena verir?neyegore sub sam xifde namazi yavas deyilse batildir?

Ответ / Cavab

Aleykumussalam

Bu namazda bir emeldir ve menasi istekdir.

Seriet bele hokm edir. Allah bele qilmamizi isteyib.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
......*****_ |

Salam haci.haci Məhərrəm ayinda ad gunü etmək olar?yəni çalğısız sadece qohumlar gəlir

Ответ / Cavab

Aleykumussalam

Muharrem ayi eza ayıdır. Bu ayda sadyanaliq yaramaz.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
eldar |

Salam aleykum.Niyyet ustundu yoxsa emel.

Ответ / Cavab

Aleykumussalam

Emeller niyyete baqlidir.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Leyla |

Salam. Men sizden bir soz soruwmaq isteyirdim. Gelen ayin 12 si oglumun 1 yawi tamam olur 13 u ikinci oglumun 1 ayi tamam olur ve 14 u menim de 22 yawim tamam olur. Hamsi da gelen ay. Evde sadece yemekler tort biwirib birde evi bezesem wekil cekmek ucun birde qonaqlar gelse gunahdirmi? Bele bawqa hecne. Sadece yemekler hazirlanib tort biwirilse.

Ответ / Cavab

Aleykumussalam

Daha ne olur ki buna sadliq deyilsin. Her sey edilir qonaqlar da gelib sevinir,

Bu iki ayda bele seyler edilmese duzgundur.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Adill |

Salam. Peyğemberimiz 9 yaşlı qızla evlenibmi? 2) deyirler ki evde şekil ve ya tesvir saxlanılmasa en azından namaz qıldığın yerde olmasa yaxşıdır. Bes imamların tesvirleri nece yığışdırmaq lazımdır? Onların nese bir menevi deyeri varmı?? 3) salamlarda möhüre yoxsa dizlere baxmaq müstebehdi?? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Aishe xanim eqde daxil olanda 9 yashi olduqu bildirilir.

Qible terefde olmamalidir ki, namaz qilin onlarla uz uze olmasin.

Secde yerine baxin.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Celal |

Salam aleykum. Salamı bir nefer qeyri-ciddi şekilde de verse almaq vacibdir? Meselen bir defe salam verib cavabın alıb, üstünden biraz keçmiş yene salam verir gülerek... 2) teylül-arz dogurdanda varmı, guya esl şieler bunu bacarır, qeyri adi şekilde bir yerdrn başqa bir yerde peyda olurlar. 3) qadınların başa mesh çekmesi eynile kişilerdeki kimidir? Suyun saçın dibine deymesine ehtiyac varmı? 4) men dostlarımla qalıram 3 nefer namaz qılanıq. O ikisi sözleri deqiq bilmirler deye mene iqtida ede bilerlermi? Allah razı olsun

Ответ / Cavab

Aleykumussalam

Düzgün salam verildikde cavabi vacib olar.

Allaha düzgün bende olduqda insan chox seye qadir olur.

Qadinlarin sachi uzun olduqundan taqqayirmali ve ora mesh etmelidir.

Düzgün qiraetiniz varsa beli.

Allah size yar olsun

Задан: 22 Сентябрь, 2018 , Опубликовано: 21 Сентябрь, 2018
Salam |

Hansısa dua yaxud adi söz olsa ərəb hərflərilə yazılsa ona dəstamasız hər hansı bir üvü vurmaq olmazdə düzdürmü?

Ответ / Cavab

Aleykumussalam

Quran ayelerine allahin adlarını ve hemchinin peyqamber ve ehlibeytin adlarina destemazsiz toxunulmasin.

Allah size yar olsun

Задан: 21 Сентябрь, 2018 , Опубликовано: 20 Сентябрь, 2018
Salam |

Bəzi sözləri oxuduqda onun ərəbcə yaxud farsca olduğun necə anlaya bilərik?

Ответ / Cavab

Aleykumussalam

Dil bilmekle ayird etmek olar.

Allah size yar olsun

Задан: 20 Сентябрь, 2018 , Опубликовано: 20 Сентябрь, 2018
...... |

Salam. Kərbəladan dua gətirilib duanın qabının üstündə ərəbcə ya iranca dəqiq bilmirəm söz var belə halda ona dəstəmazsız əl vurmaq yaxud açıq bədənə dəyə bilər?

Ответ / Cavab

Aleykumussalam

O sozun ne olduqunu bilmek lazimdir. Allahin adlarindan,ya ehtirami vacib olan diger adlardan, yaxud aye deyilse problem yoxdur.

Allah size yar olsun

Задан: 20 Сентябрь, 2018 , Опубликовано: 20 Сентябрь, 2018
Ehli-beyt Aşiqi |

Salam Aleykum, uzur isteyirem heyzli halda mescidin heyetinde asura meclisinde olunubsa bu gunahdirmi? Tesekkur edirem

Ответ / Cavab

Aleykumussalam

Mescide daxil olmayibsa hech bir eybi yoxdur.

Allah size yar olsun

Задан: 20 Сентябрь, 2018 , Опубликовано: 20 Сентябрь, 2018
AYSEEEEL. |

Salam aleykum. 1) mənim qaynanam namaz qılmır ama bu gün ad günü var ad gününə çagırmışdılar oda getdi, indi o çox günah qazanmış olur? Bizdə onun getməynə onu hazırladıq bizdə günah qazanırıq? Getdiynə görə? Və getdynə görə oda günah qazanır?.. 2) Xanım fatimeyi zəhranın zikrndə Allahu əkbər 33 yoxsa 34 dəfə deyilir?.....3) Dua edərkən və ya zikr edərkən Bismillah desəydə insanın aglına günah və ya pis vəsvəsələr gəlirsə bu günahdırmı? Günah qazanırmı həmən insan?......

Ответ / Cavab

Aleykumussalam

Ehlibeyte sayqisizliq edilib.

Allahu Ekber 34 defe deyilecek.

Fikrini gunahdan yayindirsin.

Allah size yar olsun

Задан: 20 Сентябрь, 2018 , Опубликовано: 20 Сентябрь, 2018
Страница 1 из 5458 1 2 3 4 5 > >>
© 2018 При использовании материалов, ссылка на сайт www.iSLAM.az обязательна!
Copyright 2002-2016, Центр Религиозных Исследований, All Rights Reserved.
Вопросы и пожелания: admin@islam.az
  SpyLOG Сайт сделал: 313wb.com