İSLAMDA ƏLLİ DÖRD FƏRZ
Dərc olunub: 23.10.2011
Müəllif: islam.az
Oxunub: 1001
Etiqad, əməl və əxlaq məsələlərində İslamın əsas prinsiplərini müsəlmanlara öyrətməyi asanlaşdırmaq məqsədilə İslam alimlərinin Qurani-kərimdən və sünnədən çıxardıqları bəzi əmr və qadağanlardır. Bunları aşağıdakı 54 maddə halında toplamışlar: 1. Allahın varlığına və birliyinə inanmaq; 2. Halal yeyib-içmək; 3. Qüsl almaq; 4. Dəstəmaz almaq; 5. Beş vaxt namaz qılmaq; 6. Ruzini verənin Allah-təala olduğuna inanmaq; 7. Halal və təmiz paltarlar geyinmək; 8. Allaha təvəkkül etmək; 9. Qənaətkar olmaq; 10. Verdiyi nemətlərə görə Allaha şükr etmək; 11. Allahın verdiyi hökmə (qəza-qədərə) razı olmaq; 12. Allahdan gələn bəlalara səbr etmək; 13. Günahlardan ötrü tövbə etmək; 14. Allah rizası üçün ibadət etmək; 15. Şeytanı düşmən bilmək; 16. Quranın hökmünə razı olmaq; 17. Ölümün haqq olduğuna inanmaq; 18. Allahın dostları ilə dost, düşmənləri ilə düşmən olmaq; 19. Ana-ata ilə yaxşı davranmaq; 20. Yaxşı əməllərə dəvət edib, pis işlərdən çəkindirmək; 21. Qohum-əqrabanı ziyarət etmək; 22. Əmanətə xəyanət etməmək; 23. Allahın qəzəbindən qorxaraq, həddi aşmağı və pozğunluğu tərk etmək; 24. Allaha və Rəsuluna itaət etmək; 25. Günahlardan çəkinib, ibadətlərlə məşğul olmaq; 26. İdarəçilərə itaət etmək; 27. Aləmə ibrət nəzəri ilə baxmaq; 28. Allah-təalanın varlığı barədə düşünmək; 29. Dilini hər cür pis sözdən qorumaq; 30. Qəlbi təmiz saxlamaq; 31. Heç kimi məsxərəyə qoymamaq; 32. Harama baxmamaq; 33. Verdiyi sözə sadiq qalmaq; 34. Qulağını pis sözləri eşitməkdən qorumaq; 35. Elm öyrənmək; 36. Çəkidə və ölçüdə aldatmamaq; 37. Allahın əzabından daim qorxmaq; 38. Zəkat vermək və yardım göstərmək; 39. Allahın rəhmətindən ümid kəsməmək; 40. Nəfsinin istəklərinə tabe olmamaq; 41. Allah rizası üçün kasıblara yemək vermək; 42. Kifayət edəcək qədər ruzi qazanmaq üçün çalışmaq; 43. Malının və hər cür qazancının zəkatını vermək; 44. Aybaşı və nifas halında olan xanımı ilə cinsi münasibətdə olmamaq; 45. Qəlbini günahlardan təmizləmək; 46. Təkəbbürdən uzaq olmaq; 47. Yetkinlik yaşına çatmamış yetimin malını qorumaq; 48. Ləvatdan və hər cür cinsi pozğunluqdan çəkinmək; 49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya qoymamaq; 50. Nahaq yerə heç kəsin malını yeməmək; 51. Allah-təalaya şərik qoşmamaq; 52. Zinadan çəkinmək; 53. Şərab kimi məstedici içkiləri içməmək; 54. Lüzumsuz və yalan yerə and içməmək.
| [ BÜTÜN MƏQALƏLƏRİN SİYAHISI | İSLAMIN ƏSASLARI bölümünə qayıtmaq | MƏQALƏLƏR-ə qayıtmaq ] |
|
xedice 2012-03-27 18:09:41 SALAM ALLAH RAZI OLSUN,INSALLAH ALLAH HAMIMIZIN YAXSI NIYETINI EMELLERINI QEBUL ETSIN ,GUNAHLARIMIZI BAQISLASIN AMIN [Cavab] |
+1
|
|
Nazim 2012-03-23 23:30:38 Beyendim.Sade ve aydin.Bu ferzlere emel eden insan inshallah ki cennete buraxilish qazanmish olar. [Cavab] |
-1
|
Səhifələr: [1]

Yüklənir...
