Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)

Ïðî÷èòàíî: 447


Reenkarnasiya inancının yaranma səbəbləri

Beləliklə, reenkarnasiyanın lap qədimdən bu günə qədər keçdiyi bə`zi mərhələlər ilə tanış olduq. Bütün bunları nəzərə alaraq, reenkarnasiyanın tarixinin düşündüyümüzdən də qədim olduğunu, bir çox xalqlarda başqasından müstəqil, özünəməxsus reenkarnasiya inancının formalaşdığı qənaətinə gəlmək olar. Bəs belə bir inancın yaranmasına nə səbəb ola bilər? Hindistanda bu inancın yaranma səbəbi olaraq kastaya yuxarıda toxunmuşduq. Bundan başqa sinifli cəmiyyətlərdə kasıbları ovutmaq, üsyanların qarşısını almaq, aşağı sinifləri istismar etmək kimi amillər də reenkarnasiya inancını yaradan stimullardan olmuşdur. Materialist cəmiyyətlərdə isə bu inanc materialist görüşlərə qarşı yaranmış ruhçu cərəyanın məhsulu olmuşdur. Materialist mədəniyyətindən bezmiş adamlar xoşbəxtliyi, ruhun ölməzliyində axtarırdılar. Hər cəmiyyətə aid olan bu xüsusi səbəblərdən başqa bur də ümumi bir səbəb var ki, onlar bütün cəmiyyətlər üçün eynidir. Bu isə ölüm qorxusudur. Hər bir insan ölümdən qorxur və ölumün qaçılmaz olduğunu gördükdə isə ölümün hər şeyin sonu olmadığına inanmaq istəyir. Hər bir insanda fitri bir sonsuzluq arzusu var, lakin bunun iziylə gedənlər çox vaxt səhv ünvana gedib çıxırlar.

Bu və digər şəkildə yaranmış bu inanc getdikcə adi bir inanc olmaqdan çıxmış, elmi bir nəzəriyyə səviyyəsinə qalxmışdır. Artıq reenkarnasiyanı iddia edən alimlər ortaya çıxmış və əlbəttə ki, onların da hər biri öz iddiasını sübuta yetirmək üçün özünəməxsus dəlillər ortaya atmışdır. Reenkarnasiyanı iddia edənlərin ən böyük dəlilləri ədalət prinsipi ilə bağlıdır. Onlara görə həqiqi ədalət yalnız təkrar doğuşla təmin edilə bilər. Bə`zilərinə uzun ömür, var-dövlət, sağlamlıq, gözəllik və bəxt; bə`zilərinə isə qısa bir ömür, kasıblıq, xəstəlik, eybəcərlik, bəxtsizlik verildiyi bu dünyada əgər hər insan bir dəfə yaşayacaqsa onda bu insanlara qarşı haqsızlıq olar. Bunları mühakimə etmək də mümkün olmaz. Məsələn, Avropada yaşamış mədəni bir insan ilə Afrikada yaşamış vəhşi bir insanı eyni qanunlara görə nə cür mühakimə etmək olar? Və yaxud da uşaq ikən ölən və ya ölü olaraq doğulan uşaqlar hansı əməllərinə görə mühakimə ediləcək, ümumiyyətlə o uşaqların dünyaya gəlməyindəki hikmət nədir? Bura şikəst olaraq doğulan uşaqları da aid etmək olar. Əgər həmin uşaq dünyaya birinci dəfə gəlirsə hansı günahına görə sağlam bədəndən məhrum edilib? Bunu ancaq reenkarnasiya ilə izah etmək olar. Belə ki, o, əvvəlki həyatında günahkar bir insan olub, onun bu günahı isə ruhunun sağlam bir bədənə malik olmaq şüurunu əlindən alıb və dünyaya gələndə şikəst doğulub. Həqiqi ədalət, səbəb-nəticə qanunu ilə təmin edilə bilər. Bir həyatında kasıb olan o birində varlı, bir həyatında xəstə olan o birində sağlam olarsa həqiqi ədalət təmin edlimiş olar və onları mühakimə etmək də mümkün olar. Yə`ni qısaca desək, onların inancına görə insan bu dünyaya kamilləşmək üçün gəlir və 50-60 illik bir insan ömrü təkamül üçün kifayət deyildir.

İkinci bir dəlil olaraq isə vunderkindləri misal gətirirlər. Belə körpələrə həqiqətən çox tez-tez rast gəlmək olar. Bunlara iki aylığında danışmağa başlamış məşhur Labek körpəsini, dörd yaşında piano çalmağa başlamış Motsartı və s. misal gətirmək olar. İddia etdiklərinə görə o uşaqlar əvvəllər də bir neçə dəfə dünyaya gəliblər və bu həyatlarında keçmiş həyatlarındakı təcrübələrini yada saldıqları üçün belə kiçik yaşlarından dahiliyə başlayıblar. Bir başqa dəlil kimi, müxtəlif fobiləri göstərirlər. Həqiqətən, anadangəlmə olaraq bir çox insanlarda ya hündürlükdən, ya qaranlıqdan, ya da dənizdən qorxma kimi xarakterlərə rast gəlmək olar. İddiaya görə bunların da səbəbi əvvəlki həyatlarda yaşanan müxtəlif qəzalardır.
Reenkarnasiyaya inananlar cəhənnəmin varlığına inanmamalarını isə belə əsaslandırırlar ki, sonu olan bir səbəbin sonsuz nəticəsi ola bilməz. Yə`ni dünyada məhdud bir müddətdə edilən davranışların əbədi bir cəzanı qazanması absurddur. Bir də ki, tanrı, ruhu maddi təcrübəsizlik səbəbiylə cəzalandırmaq üçün yaratmayıb.

Yuxarıda sadalanan dəlillər reenkarnasiyanı iddia edənlərin ən çox üz tutduğu dəlillərdir. Lakin bütün bu dəlillərlə yanaşı reenkarnasiyanı dəstəkləyə biləcək dəqiq faktlar da müvcuddur ki, bunlar xüsusilə son zamanlarda mütəxəssislər tərəfindən müxtəlif insanlar üzərində aparılan eksperimentlərlə ortaya qoyulmuşdur. Bu eksperimentlərdə müəyyən insanlar müxtəlif üsullarla doğuşdan əvvələ qaytarılmış, sonra isə əvvəlki həyatlarını xatırlamışlardır. Bu xatırlatmalar əsasən ya hipnoz halında ekminezi üsulu ilə, ya da ayıq halda bilavasitə xatırlatma yolu ilə baş verir. Bu faktlara misal olaraq Virciniyada Dr. Bernşteyn tərəfindən bir qadın üzərində aparılan eksperimenti göstərmək olar. Trans halına salınan o qadın özünün 1798-ci ildə Yorkda yaşamış Mörfi adlı bir həyatını xatırladığını demişdi. Başqa bir misal isə BBC kanalı ilə canlı olaraq hipnozçu Arnold Bloksheyml tərəfindən bir kişi üzərində edilən eksperimentdir. Həmin insan keçmişə qayıdaraq əvvəlki həyatında yəhudi bir qadın olduğunu söyləmişdi. Ümumiyyətlə bir çox alim öz həyatlarını belə təcrübələrə həsr etmişdir. Məsələn, bunlardan Toronto universitetininin Tibb fakültəsinin professoru Dr. Col Vayton həyatı boyu minlərlə insan üzərində belə eksperimentlər aparmış, nəticədə onların 90%-i keçmişini xatırlaya-xatırlaya mağara həyatına qədər gedib çıxmışdır. Virciniya universitetinin professoru Dr. Yan Stevenson isə 2-4 yaş arası uşaqlar üzərində 20-30 il eksperimentlər aparmış və bunları əhatə edən 6 cildlik bir kitab yazmışdır. Stevenson bu eksperimentlər zamanı həmin uşaqlara keçmiş həyatlarına aid suallar verir, onların öz əvvəlki həyatlarını xatırlamalarına kömək edirdi. Həmin alim çox maraqlı bir hal üzə çıxarmışdır ki, bir çox insanlar aldıqları yara və ya zədənin izlərini o biri həyatlarına daşıya bilməkdədirlər. Başından vurularaq öldürülən insanın başındakı zərbə izi, qarnında cərrahiyyə əməliyyatı keçirilən insanın qarnındakı bıçaq yeri o biri həyatına keçə bilməkdədir. Dr. Stevenson bütün bunları da 4 cildlik bir kitabda əhatə etmişdir.


Reenkarnasiyaya qarşı dəlillər

Əlbəttə ki, bütün bu faktlar ilk baxışda reenkarnasiyanı dəstəkləyir mahiyyətdə görünürlər. Bu hadisələrin əsl mahiyyətini anlamayan insanlar tamamilə təbii olaraq reenkarnasiya deyə bir şeyin mövcud olduğuna inanmaq məcburiyyətində qalırlar. Ona görə də bu inancı devirmək üçün bu hadisələrin nə cür baş verdiyini aşkar etmək lazımdır. İslam mənbələrində bu faktları izah edərkən mikrodalğa xassəli varlıqlardan bəhs edirlər. Belə ki, biz hamımız holoqramın bir parçasıyıq və bu holoqramda bizim hiss etmədiyimiz başqa varlıqlar da vardır. Bizim duyğu üzvlərimiz məhdud olduğu üçün başqa dalğa tezliyində və ya uzunluğunda olan elektromaqnit xassəli varlıqların bizim üzərimizdəki tə`sirindən (məsələn, ətrafda olmayan şeyi varmış kimi qəbul etdirmə) xəbərimiz yoxdur. Qərbin tanımadığı mikrodalğa xassəli bu varlıqlar, yə`ni cinlər haqqında İslam qaynaqlarında olan məlumatları bu şəkildə sıralaya bilərik:

1 - Onların holoqramik şüa xassəli bədənləri var. Buna görə də insan beyninə siqnal göndərə bilirlər.

2 - Maddəyə tə`sir edib şüa ilə yandırır, başqa yerə aparırlar

3 - İslam dininə mənsub olmayan insanlara keçmiş fəlsəfi görüşləri yeni ideyalar kimi təlqin edə bilirlər

4 - Akaşaları oxuyub, hər hansı bir insanın ağzından, hətta başqa dildə danışdıra bilirlər. Belə ki, həmin varlıq, radio vəzifəsi görən o insanın beyninə siqnallar göndərir, beyində olan danışma mərkəzinə tə`sir edərək danışdırır. Müasir tibb elmi də beyinə siqnal göndərərək danışdırmanın mümkün olduğunu qəbul edir.

5 - Bə`zən isə yoğun enerji yığaraq gözlə görünür, qulağın eşidə biləcəyi səslər çıxardırlar

6 - Həmin varlıqlar adamı hiss etmədən müxtəlif fikirlərlə öz yollarına çəkə bilirlər .

Bu varlıqların insanlara nisbətən uzunömürlü (700-1000-1200 il) olduqlarını və bu səbəblə keçmişə aid bilgilərə sahib ola bildiklərini də nəzərə alsaq, həqiqətən də onların insanları çaşdıraraq reenkarnasiya adlı bir tələyə saldıqlarını söyləmək olar. Onu da nəzərə almaq lazımdır ki, hipnoz vaxtı hipnoz edilən insandan tam sərbəst olması istənilir ki, bu da o varlıqların həmin insan üzərində hakimiyyətini asanlıqla bərpa edir. Guya öz keçmiş həyatını danışan insanın, əslində həmin varlıqların təlqiniylə danışdığını isə heç kim hiss etmir.

Reenkarnasiya nəzəriyyəsinin psixologiya elminin ortaya çıxması ilə daha da inkişaf etdiyini söyləsək də, bu o demək deyil ki, bütün psixoloqlar bu iddianı dəstəkləyirlər. Əksinə bu sahədə işləyən bir çox psixoloqlar bu iddiaya qarşı çıxıblar. Dəfələrlə ortaya çıxan keçmişi xatırlama hadisələrini Kvant fizikasının tə`lim etdiyi ya Everet (paralel dünyalar), ya Akaşalar, ya da Holoqram nəzəriyyəsi ilə izah edirlər. Everet nəzəriyyəsi, başqa cür “paralel dünyalar” nəzəriyyəsi adlanır ki, elə adından göründüyü kimi, dünyamızla paralel olaraq mövcud olan başqa bir aləmin olduğunu iddia edir. Bunu iddia edən alimlər bu dünyalar arasında bə`zən bilgi mübadiləsi olduğunu söyləyirlər ki, həmin bilgini qəbul edən şəxslər keçmiş həyatlarını xatırladıqlarını zənn edirlər. Akaşalar nəzəriyyəsinin isə əsasını Pifaqor qoymuşdur. Bu nəzəriyyəyə görə ətrafda baş verən bütün hadisələr, hətta beynimizdən keçirtdiyimiz bütün hisslər enerji buludu şəklində səmada yığılır ki, hərdənbir o enerjidən sızmalar olur . Bu sızan enerji isə bə`zi insanlar tərəfindən əvvəllər yaşadığı bir həyat kimi qəbul edilir. Holoqram nəzəriyyəsi isə kainatda hər şeyin bilgi olduğunu, bizim də bu holoqramın bir parçası olduğumuz üçün başqa varlıqlar ilə mütəmadi olaraq bilgi alış-verişi etdiyimizi iddia edir. Bə`zi psixoloqlar isə trans halında xatırlanan bilginin ölmüş insanla rezonansa girərək alındığını qeyd edirlər. Psixiatrlar keçmişini xatırladığını iddia edən insanlara dissosiativ xəstəlik diaqnozunu qoyurlar. Hipnozun isə ümumiyyətlə hipnoz edən insanın təlqini olduğu çoxları tərəfindən qəbul edilən bir gerçəklikdir. Məşhur “The American Journal of Psychiatry” jurnalında çıxmış bir məqalədə hipnozun belə bir funksiyasının olmadığı isbat edilmişdi .

Bütün bunlardan başqa reenkarnasiya inancının özündə külli miqdarda əqli tutarsızlıqlar da mövcuddur. Belə ki, reenkarnasiya tərəfdarları hər bir insanın bir neçə bədəndən keçdiyini iddia etsələr də nə üçünsə heç bir insan özündən əvvəl başqa bir bədən xatırlamır. Tam əksinə hər bir insanda başqalarından müstəqil, şəxsi bir mənlik hissi mövcuddur. Bundan başqa reenkarnasiyanı iddia edənlər deyirlər ki, ruhlar əzəldə müəyyən bir miqdarda yaradılmışlardır. Deməli, bu iddiaya görə planetin əhalisi ya olduğu kimi qalmalı, ya da azalmalıdır. Lakin tam əksinə, bildiyimiz kimi, dünyanın nüfusu gündən-günə artmaqdadır. İnsanın ruhu isə bədəndən bədənə keçə bilməz. Tibb elminə görə gələcəkdə insanın beyni başqa bədənə transfer edilə bilsə də ruhu heç bir zaman transfer edilə bilməz. Məsx, yə`ni insan ruhunun heyvan bədəninə keçməsi isə heç mümkün deyil. Belə ki, heyvanda insana məxsus olan nəfsi-natiqə yoxdur. Bundan əlavə reenkarnasiya tərəfdarları, valideyndən övlada keçən cismani və ruhi oxşarlıqları da heç cür izah edə bilmirlər. Ədalət prinsipinə gəlincə isə, reenkarnasiya inancı özü açıq şəkildə ədalət prinsiplərinə ziddir. Belə ki, reenkarnasiya inancına görə cəhənnəm yoxdur və bütün insanlar, habelə ən böyük günah işləmiş insanlar belə axırda təmizlənərək sərbəst buraxılacaqlar. Belə olan halda pis insanlar tərəfindən haqqı tapdalanmış olan insanların haqqı necə olacaq, onları kim ödəyəcək? Ümumiyyətlə reenkarnasiya inancının özündə əqli tutarsızlıqlar həddindən artıqdır. Əzəli olan ruhun, bizim yalnız “Allah əzəlidir” inancına zidd olduğunu da buraya əlavə etsək, bu inancın sağlam düşüncə və şüurla nə qədər təzad təşkil etdiyini aydın şəkildə görərik.



MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat