Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
İntihar – Allahdan önə keçmə cəhdi

Ïðî÷èòàíî: 711


Dünya Səhiyyə Təşkilatının son illər apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır.

Ölkəmizdə də vəziyyət ürəkaçan deyil. Dünyana intihar edənlərin təxminən bir faizi Azərbaycanın payına düşür. Trend News-un hazırladığı statistikaya görə, cari ilin 3 ayında respublikada 76 nəfər intihar edib. Onlardan 60-ı kişi, 16-sı qadındır. İntihar faktları daha çox Bakıda (35 fakt), Sumqayıtda (8 ), Şəkidə (5), Gəncədə (3), Naxçıvanda (3), şimal bölgəsində (3) qeydə alınıb.

Mütəxəssislər intihar hadisələrinin çoxalmasını adətən iqtisadi vəziyyətlə bağlayırlar. Təhlillər göstərir ki, xüsusi ilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar.

Bəs İslamda intihara münasibət necədir? İntihar edəni axirətdə hansı cəza gözləyir. Bu yazıda bu və digər sualları cavablandırmağa çalışacağıq.

Bildiyimiz kii, dinimizə görə, hər hansı bir insanı öldürmək böyük günahdır və bir insanı haqsız yerə öldürən kimsə bütün insanları öldürmüş kimidir (Maidə, 32). Çünki insan dəyərli bir varlıqdır. Bu varlığın canını, malını və namusunu İslam öz mühafizəsi altına almışdır və bu üç şeyə toxunmağı qadağan etmişdir. Qurani-Kərimdə Rəhman olan Allahın qullarının xüsusiyyətləri sadalanarkən “Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. Qiyamət günü onun əzabı qat-qat olar və (o, əzab) içində zəlil olub əbədi qalar” (Furqan, 68, 69) deyilir.

Başqa bir ayədə isə belə buyurulur: “Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, onun üçün böyük əzab hazırlar!” (Nisa, 93).

O ki qaldı intihara, insanın özünü öldürməsi başqasını öldürməsindən daha dəhşətli və daha böyük günahdır. Çünki insanın canı ona əmanətdir. Heç kim öz canının sahibi deyil. Heç kim öz üzərində söz sahibi deyil. Bütün səmavi dinlərin günümüzə qədər daşıdıqları ortaq xüsusiyyətlərdən biri “nəfsi (canı) qorumaqdır”. Bu, insan övladına yüklənən ən önəmli məsuliyyətdir.

İmanı gülcü olan şəxs əsla intihara əl atmaz. Bir hədisdə belə deyilir: “İnsanların müsibət yönündən ən ağırına məruz qalanları peyğəmbərlər, sonra övliyalar, sonra da dərəcəsinə görə bunlara bənzəyənlərdir”. Elə isə biz də onların göstərdiklıəri mətanəti, dözümü göstərməliyik.

Canlarına qəsd edənlər həyatlarına son verməklə bütün əziyyətlərdən qurtulacaqlarını düşünürlər. Halbuki onların daha ağır əzablara düçar olacaqlarını bu hədislərdən görmək olur: “Kim özünü bir şey ilə öldürsə, cəhənnəmdə eyni şey ilə əzab ediləcəkdir” (Buxari, Kitabu’l-İman hədis N:159 , Muslim Kitabu’l İman hədis N:160).

Kim bir təpədən özünü aşağıya atıb özünü öldürsə, əbədiyyən cəhənnəmdə yuvarlanacaq. Kim zəhərli bir maddə içərək özünü öldürsə əbədiyyən zəhər içəcək. Kim özünü dəmir bir alətlə öldürsə cəhənnəmdə də o aləti durmadan qarnına sancacaqdır” (Buxari, Kitabu’d-Tıbbi hədis N:5333, Muslim, Kitabu`l İmam Hədis N:158, Əbu Davud Dıbb N:3374).
Ümumiyyətlə, Hz Peyğımbərimiz (s) intihar məsələsinə çox önəm vermiş, onun zamanında özünü bıçaqla öldürən birinin cənazə namazını qıldırmamışdır (Buxaridən başqa Kutub-i Sittənin beş imamı bu hədisi rəvayət etmişlər).

Nəinki intihar, hətta bilə-bilə cana əziyyət vermək, özünü təhlükəyə atmaq da dinimizdə qadağandır. Rəvayət olunduğuna görə səhabələrdən Amr ibn As Zatu`s-Səlasil səfərində ihtilam olur (boynuna qüsl gəlir), hava çox soyuq olduğu üçün su ola ola ölüm qorxusundan təyəmmümlə namaz qıldırır. Bu hadisəni Hz Peyğəmbərə xəbər verəndə Amrın bu hərəkətini bəyənir (Əbu Davud, Təharət, 124; Əhməd ibn Hənbəl, IV, 203).

İntihar əvvəlki ümmətlərdə də haram olmuşdur. Cundub ibn Abdullah Hz Peyğəmbərin (s) belə dediyini rəvayət etmişdir: “Sizdən əvvəlki ümmətlərdən birində yaralı bir adam var idi. Yarasının ağrısına dözə bilməyib bıçaq götürərək əlini kəsir. Ancaq qanı kəsə bilmədiyi üçün ölür. Allah-Təala onun haqqında belə buyurdu: “Qulum can haqqında mənim önümə keçdi, mən də ona cənnəti haram qıldım” (Buxari, Ənbiya, 50).

Hz Rəsulullah (s) Xeybər döyüşündə aldığı yaralara dözə bilməyib qılıncı ilə özünü öldürən səhabənin də cəhənnəmə gedəcəyini xəbər vermişdir (Buxari, Qədər, 5, Riqaq, 33, Məğazi, 38, Cihad, 77; Muslim, İman, 179; Kamil Miras, Təcrid-i Sarih, X, 266 268).

Gördüyümüz kimi, intihar qurtuluş yolu deyil, əksinə əbədi olan axirət həyatını bərbad etməkdir. Qurtuluşun yolu “sıratu-mustaqim” deyə ifadə edilən haqq yol ilə gedərək müsibətlərə səbirli və dözümlü olmaqdır. Hər çətinliyin arxasında bir asanlıq, hər məğlubiyyətin arxasında bir zəfər vardır.

Unutmayaq ki, bədən Uca Allahın insan övladına verdiyi ən böyük əmanətdir. Bu əmanəti ruh bədəndən insanın öz müdaxiləsi olmadan çıxmayana qədər qorumaq lazımdır. Buna görə də insanın mənəvi və fiziki sıxıntılara sona qədər səbir göstərməsi İslamın qayəsidir. Əks halda, intihar etməklə dünyəvi sıxıntı və problemlərini həll edəcəyini düşünən kimsə dərhal üzləşəcəyi qəbir və daha sonra axirət həyatında daha böyük sıxıntı və fəlakətlərlə qarşılaşacaq. Həyat ən pis şərtlər altında da gözəldir. Çünki ruh bədəndə qaldıqca Allahdan ümid kəsilməz. Qulun Allaha yönəlməsi və Ondan yardım istəməsi sıxıntı və problemlərin həllinin başlanğıc nöqtəsini təşkil edir. Çünki Onun hər şeyə gücü yetər. Çünki Ona arxalanan sonsuz güc qazanar.


Aqil Hacıyev
aqil@islam.az[/b]
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAMIN ƏSASLARI | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat