Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)

Ïðî÷èòàíî: 336


Əbu Talibin şeirləri


Şübhəsiz, Əbu Talibin imanı barəsində mübahisələrə son qoymaq üçün ən yaxşı yol – onun öz şeirlərinə müraciət etməkdir. Hər sahədə öz müasirlərindən üstün olan Əbu Talib şeir söyləməkdə də məharət sahibi idi. Əbu Talibdən 3000-ə yaxın irili-xırdalı şeir parçası yadigar qalmışdır. Məşhur biblioqraf Ağa Buzurg Tehrani «Əz-Zəriə» əsərində yazır ki, Əbu Talibin divanını lüğət alimi Əbu Nueym Əli ibn Həmzə Bəsri Təmimi (vəf. 375-ci hicri il) toplamışdır; o öz növbəsində divana daxil olan şeirləri Təl’əkbəri və s. məşhur alimlərin əsərlərindən rəvayət etmişdir. Həmçinin, hicri II əsrdə yaşamış Əbu Həffan Abdullah ibn Əhməd Bəsri də Əbu Talibin şerlərindən ibarət bir divan tərtib etmişdir. Bu kitabların hər ikisi hicri 1356-cı ildə Nəcəf şəhərində çap olunmuşdur.

Həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən müxtəlif mövzularda (tarix, təfsir, hədis və s.) qələmə alınmış yüzlərlə kitabda Əbu Talibə aid olan şeir nümunələri verilmişdir. Əllamə Əmini «Əl-Ğədir» kitabının 7-ci cildində onlarla kitabdan (nüsxə fərqlərini də qeyd etməklə) bu şeirləri nəql etmişdir. Biz də dediklərimizi sübuta yetirmək üçün həmin şeirlərdən bəzi nümunələrin tərcüməsini aşağıda qeyd etməyi lazım bildik:

a) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərə (s) xitabən buyurmuşdur:

«Vallahi, mən torpaqlar altında dəfn olunmayınca
Onlar (müşriklər) birləşsələr də, sənə toxuna bilməzlər.
Sənə əmr olunanları aşkarda söylə, heç nədən qorxma,
İnsanlara müjdə ver, onların gözünü işıqlandır!

Məni dinə dəvət etdin, bildim ki, sən mənimçün xeyirxah məsləhətçisən,
Əlbəttə, sən doğru deyirsən və bundan əvvəl də əmin (əmanətdar) şəxs idin.
Mən yəqin bilirəm ki, həqiqətən, Muhəmmədin dini
Dünyadakı bütün dinlərdən ən yaxşı dindir!»

b) Əbu Talib başqa bir şeirində belə deyir:

«Ey Allahın şahidi, mənə şahid ol ki,
Həqiqətən, mən Əhməd adlı peyğəmbərin dinindəyəm!
Hər kim bu dindən azsa da, mən hidayət olmuşam».

c) Əbu Talib Həzrəti Muhəmməd Peyğəmbərin (s) barəsində buyurmuşdur:

«Allah Muhəmmədə kəramət bəxş etdi,
Allahın yaratdığı insanların ən kəramətlisi Əhməddir.
Allah onun adını öz adından yaratmışdır.
Belə ki, ərşin sahibi Mahmuddur, o (peyğəmbər) isə Muhəmməddir».

ç) Əbu Talib nəinki yalnız özü Peyğəmbərə iman gətitmişdi, o həm də başqalarını bu yola dəvət edirdi. Cəfərin başçılığı altında müsəlmanlar Həbəşistana hicrət etdikdən sonra Əbu Talib həbəş hökmdarı Nəcaşiyə yazmışdı:

«Ey Həbəşistan hökmdarı, şübhəsiz, Muhəmməd də
Musa və Məryəm oğlu İsa kimi peyğəmbərdir.
İnsanları hidayət etmək üçün o iki nəfər kimi din gətirdi,
Bütün peyğəmbərlər Allahın əmri ilə insanları hidayət etmiş və günahdan çəkindirmişlər.
Yəqin siz öz kitablarınızda onun haqqında xəbərlər oxumusunuz,
Bu xəbərlər doğrudur və şəkk-şübhədən uzaqdır.
Allaha şərik qoşmayın və İslama gəlin,
Haqqın yolu zülmət deyil, aşkardır».

d) Əbu Talib öz qardaşı Həmzəyə üz tutaraq söyləmişdi:

«Əhmədin dinində səbirli və sabitqədəm ol,
Bu yolu başqalarına da aşkarla ki, uğur qazanasan.
Rəbbindən din gətirmiş doğrucul və haqlı şəxsi (yəni Muhəmmədi) himayə et,
Ey Həmzə, onun üzünə ağ olma!
Sən mömin olduğunu söyləsən, mən sevinərəm,
Dində Allahın rəsuluna yardımçı ol!
Qüreyşilər arasında durub ucadan öz imanını elan et,
Söylə ki, Əhməd sehrbaz deyil!»

e) Əbu Talibə məxsus məşhur «Qəsideyi-lamiyyə»də deyilir:

«Onlar bildilər ki, övladımız (yəni Muhəmməd) bizim gözümüzdə yalançı deyil,
Və o, batil sözlərə etina etməz!
Bəndələrin rəbbi ona öz köməyilə yardım etsin,
Və batildən uzaq, haqq olan dini aşkara çıxarsın!»

ə) Əbu Talib Məkkə müşriklərinə üz tutaraq, Həzrəti Muhəmməd Peyğəmbərə (s) sonsuz sədaqətini belə ifadə etmişdi:

«Ümid edirsiniz ki, biz Muhəmmədi qətl etmək cəhdiniz qarşısında sakit duracağıq,
Və nizələrimizin ucu sizin qanınıza bulaşmayacaq?
Allahın evinə and olsun ki, yalan deyirsiniz!
Görəcəksiniz ki, bu halda Hətim və Zəmzəm quyusu kəsilmiş başlarımızla dolana kimi sizinlə döyüşəcəyik!».

f) İmam Sadiq (ə) rəvayət edir ki, Həzrəti Muhəmməd Peyğəmbər (s) ilk vaxtlarda camaat namazını Əli (ə) ilə birlikdə qılırdı. Bir gün Əbu Talib öz oğlu Cəfərlə onların yanına gəlib çıxdı və Cəfərə söylədi: «Oğlum, əmin oğlunun yanında dur». Cəfər də Peyğəmbərin arxasında Əli (ə) ilə yanaşı durub namaz əməllərini icra etməyə başladı və onlar üçlükdə namazı başa çatdırdılar. Əbu Talib kənardan bu mənzərəyə baxıb sevindi və bu şeiri oxudu:

«Şübhəsiz, zəmanənin çətinlikləri qarşısında
Əli və Cəfər mənim etimad yerimdir.
İkiniz də əminiz oğlunu tək buraxmayın.
Onun atası qardaşlarım arasında həm ata, həm də ana tərəfdən yeganə doğma qardaşımdır».


Peyğəmbər Əbu Talibi xeyir-dua ilə yad edirdi


Həzrəti Muhəmməd Peyğəmbər (s) Əbu Talibə nəinki sağlığında sonsuz ehtiram bəsləmiş, hətta vəfatından sonra da onun ruhunu rəhmət və xeyirxahlıq arzusu ilə yad etmişdir. Aşağıdakı rəvayətlərdən bu, aşkar görünür:

a) Bir dəfə Peyğəmbərin əmisi Abbas ondan soruşur: «Ya Rəsulullah, Əbu Talib üçün Allahdan nə isə diləyirsənmi?». Peyğəmbər belə cavab verir: «Rəbbimdən bütün xeyir və yaxşılığı onun üçün diləyirəm» («Əl-Ğədir», cild 7, səh. 373). Rical alimləri söyləmişlər ki, bu hədisin bütün raviləri siqqətdir (yəni mötəbərdir).

b) Əbu Talibin oğlu Əqil İslamı qəbul edəndən sonra Peyğəmbər ona xitabən söylədi: «Ey Əbu Yezid! Mənim sənə ikiqat məhəbbətim var. Əvvəla, ona görə ki, mənə qohumsan. İkincisi, ona görə ki, əmim Əbu Talibin səni çox sevdiyini bilirəm» («Əl-Ğədir», cild 7, səh. 375).

c) Peyğəmbər Əbu Talibin vəfat xəbərini eşidəndə sonsuz dərəcədə kədərlənmiş, ağlamış, onun dəfnində şəxsən iştirak etmiş və onun ruhu üçün xeyir-dua etmişdir. Rəvayət edirlər ki, Əbu Talib vəfat edərkən Həzrəti Muhəmməd Peyğəmbər (s) öz kədərini belə ifadə etmişdi: «Vay ata! Vay Əbu Talib! Sənin vəfatına görə çox hüznlüyəm. Necə buna səbir edim ki, mən kiçik olanda sən məni tərbiyə etdin, böyüyəndə dəvətimi qəbul etdin. Sən məni göz bəbəyi və bədəndəki ruh qədər sevirdin! » («Təfsiri-nümunə», cild 5, səh. 196).

ç) Əbu Talibin dəfnindən qayıdandan sonra Peyğəmbər camaatın içində durub belə söyləmişdi: «Vallahi, qiyamət günündə əmim üçün elə şəfaət edəcəyəm ki, bütün insanlar və cinlər heyrət içində qalacaqlar» («Əl-Ğədir», cild 7, səh. 386).


Əbu Talibin vəsiyyəti


Əbu Talibin Həzrəti Muhəmmədə (s) bir peyğəmbər və din başçısı kimi əhəmiyyət verməsi və onun təhlükəsizliyi barədə narahat olması ölümqabağı qüreyşilərə söylədiyi vəsiyyətdən də aşkar görünür: «...Sizə bu evə (yəni Kəbəyə) hörmətli olmağı vəsiyyət edirəm; Rəbbin razılığı, ruzinin davamlılığı və çətinliklər qarşısında dözüm bundan asılıdır. Qohumlarla əlaqəni sıxlaşdırın, üzməyin, çünki qohumlarla mehribanlıq ölümü uzaqlaşdırar və artımı çoxaldar. Zülmdən əl çəkin, sizdən əvvəlkilər zülmkarlıq üzündən həlak oldular. Çağırana hay verin, yardım istəyənin dadına çatın, həm həyatın, həm də ölümün şərəfi bundadır. Sözünüzdə dürüst və etibarlı olun ki, camaat içində ehtiramınız olsun!

Sizlərə Muhəmmədlə münasibətdə yaxşı davranmağı vəsiyyət edirəm. O, Qüreyşin əmanətdarı, ərəblərin ən dürüstü və sizə vəsiyyət etdiklərimin hamısını özündə birləşdirəndir. O, sizin üçün elə bir din gətirmişdir ki, qəlb və ruhlar qəbul edir, amma dillər istehza və tənə qorxusundan inkar edir...» («Əl-Ğədir», cild 7, səh. 366).


Nəticə


Sonda bütün deyilənləri ümumiləşdirərək, oxuculara bu sualla müraciət edirik: Həzrəti Muhəmmədin (s) doğumundan əvvəl Əbu Talib onun peyğəmbər olacağını bilmiş və onun dininə iman gətirdiyini elan etmişdir. Peyğəmbərimizin dəvətinin ilk dövrlərindən başlayaraq, Əbu Talib onu müdafiə etmiş, hətta öz oğulları Əli və Cəfəri, qardaşı Həmzəni müsəlman olmağa həvəsləndirmişdir. Qüreyşin bütün təzyiqlərinə səbir və dəyanətlə dözən bu qocaman şəxs bir an da olsa, öz himayəsini Peyğəmbərin üzərindən götürməmişdir. Müşriklər müsəlmanlara qarşı ümumi boykot elan edib onları Məkkədən qovduqda, Əbu Talib də onlara qoşuldu və özünə məxsus olan ərazidə (Əbu Talib dərəsi kimi məşhurdur) müsəlmanlara yer verdi. Orada sonsuz əziyyətlərə, aclığa, soyuğa, müxtəlif əzablara sinə gərdi və elə bu işgəncələr nəticəsində sağlamlığı tamamilə pozularaq, qısa müddətdən sonra vəfat etdi. Nəzərə almaq lazımdır ki, bu zaman Əbu Talib qəbilə rəisi və kifayət qədər nüfuza malik şəxs idi. O, sakit yaşamaq xatirinə Peyğəmbərə arxa çevirə də bilərdi. Lakin Əbu Talib daxilindən gələn imanın təsiri ilə Sonuncu Peyğəmbərə sonuncu dini yaymaq işində yardımçı olmağı üstün tutdu. Bütün bunlardan sonra onu müşrik və kafir saymaq məntiqə və insafa nə dərəcədə uyğundur?


Natiq Rəhimov
natiq@islam.az
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM TARİXİ | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab
İntihar – Allahdan önə keçmə cəhdi

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat