Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)

Ïðî÷èòàíî: 424


Dinimizin tarixinə aid kitablarda rast gəlinən ziddiyyətli nöqtələrdən biri də Həzrəti Muhəmməd Peyğəmbərin (s.ə.s.) əmisi Əbu Talibin mömin olub-olmaması məsələsidir. Bir çox müəlliflərin yazdığı kimi, bu məsələ əslində vaxtilə sırf tarixi xarakter daşısa da, zaman keçdikcə əsasən məzhəbi və siyasi rəng almışdır. Belə ki, uzun əsrlər boyunja Əbu Talibin imanı problemi məzhəblər arasında mövjud olan əsas mübahisə mövzuları siyahısında öndə gedən məsələlərdən olmuşdur. İndiyə kimi Əbu Talibin mömin olmasına inanmaq əqidəsi şiə məzhəbinin xarakterik xüsusiyyəti sayılır.

Əbu Talibin imanı barəsində mübahisələr İslamın ilk dövrlərindən - məsum imamların zəmanəsindən başlamışdır. Əməvi və Abbasi sülalələrinin hakimiyyəti dövründə xüsusi təbliğat metodları vasitəsilə müsəlmanlarda Əbu Talibin müşrik və kafir halda dünyadan köçdüyü barədə fikir formalaşdırılırdı. Məlumdur ki, Əməvilərin əcdadı Əbu Süfyan uzun illər İslamla düşmənçik aparmış, yalnız Məkkənin fəthindən sonra, iman gətirdiyini elan etmişdir.

Abbasilərin əjdadı – Peyğəmbərin əmisi Abbas da uzun illər boyunca Məkkədə, müşriklərin əhatəsində yaşamış, bəzən hətta onlarla birlikdə müsəlmanlar əleyhinə hərbi yürüşlərdə belə iştirak etmişdi (məsələn, Bədr döyüşü). Lakin qəlbinin dərinliklərində o, Peyğəmbərə sadiq qalmışdı və gizlincə müsəlmanların xeyrinə fəaliyyət göstərirdi.

Əməvi və Abbasilərin siyasət səhnəsində əsas güclü rəqibi Peyğəmbərin pak Əhli-beyti idi. Əli-beyt imamları isə Əbu Talibin oğlu Əlinin (ə) övladları idi. Xəlifələr Əhli-beytin nüfuzunu azaltmaq məqsədilə öz əcdadlarının (Əbu Süfyan və Abbasın) müsəlman olduğunu qabardır, məsum imamların əcdadını isə müşrik kimi qələmə verirdilər. Əbu Talibin imansız olduğu barədə rəvayətlər də həmin dövrlərdə yaradılmış və xalq arasında inkişaf etdirilmişdi.

Burada bir məsələni nəzərdən qaçırmaq olmaz ki, o dövrün zalım hökumətləri hər hansı məsum imam barədə şayiə və iftira yayırdılarsa, tezliklə həqiqət aşkara çıxır və onların səyi puç olurdu. İmam Əli (ə) əleyhinə aparılan əks-təbliğatlar da gözlənilən «uğurlu» nəticəni vermirdi. Buna görə Əhli-beytin nüfuzunu azalda biləcək digər, nisbətən dolayı yollara əl atılırdı. Məhz Əbu Talibin müşrikliyi barəsində təbliğat aparmaq da bu yollardan biri idi. Beləliklə, bir müəllifin yazdığı kimi, «oğula qarşı əllərindən heç nə gəlməyəndə, bütün qüvvəni ataya qarşı yönəltdilər və oğulun intiqamını atadan aldılar». Əbu Talib həyatı boyunca Peyğəmbəri daha yaxşı qoruya bilmək imkanını itirməmək xatirinə imanını gizli saxlamışdı. O, vəfat edəndə İslam dini hələ çox qüvvətlənmədiyindən, çox adam onun müşrik halda vəfat etdiyini düşünürdü. Lakin müsəlmanlar qüvvə topladıqca Həzrəti Peyğəmbər Əbu Talibin əsil mömin simasını tanıtdırır, onun gizli müsəlmanlardan olduğunu elan edirdi. Qeyd etməliyik ki, Əbu Talibin təqiyyə etməsi (yəni öz imanını gizli saxlaması) də Əməvi və Abbasilərin təbliğatının uğur qazanmasına kömək etmişdir.

Cəfəri məzhəbincə, Həzrəti Muhəmməd Peyğəmbərin (s) Adəmə (ə) kimi nəsil şəcərəsindəki bütün əcdadlar vahid Allaha inanmış, hənif dinində olmuşlar. Bu əcdadların heç biri bütlərə ibadət etməmişdir. Allah-Təala Həzrəti Muhəmmədin (s) nurunu nəsildən-nəsilə pak atalardan pak analara ötürərək, Əbdülmüttəlibə qədər çatdırmışdır. Bu zəncirin Əbdülmüttəlib nöqtəsində nur iki yerə parçalanmış, yarısı Əbdülmüttəlibin bir oğlu Abdullaha, o biri yarısı isə digər oğlu Əbu Talibə keçmişdir. Nəticədə Abdullahdan Həzrəti Muhəmməd Peyğəmbər (s), Əbu Talibdən isə Həzrəti Əli (ə) vücuda gəlmişdir. Beləliklə, cəfəri əqidəsincə, əcdadlarının mömin olması baxımından imamlar da Peyğəmbərlə şərikdirlər. Bu məsələ ümumi şəkildə geniş izaha ehtiyaclı olduğu üçün, hazırki məqalədə bu barədə məlumat verməyi məqsədəuyğun saymırıq və konkret olaraq, Əbu Talibin imanı haqqında mövzunu araşdırırıq. Lakin zənnimizcə, Əbu Talibin şəxsiyyətini lazımınca təsəvvür etmək üçün onun atası Əbdülmüttəlibin imanı barəsində qısa da olsa bəhs açmamaq, sadəcə, mümkün deyildir. Buna görə də, Əbu Talib haqqında mövzuya onun atası Əbdülmüttəlibdən başlayırıq.


Əbdülmüttəlib mömin idimi?


1. «Qiyamət günündə Əbdülmüttəlib vahid ümmət halında məhşərə gələcək, onda peyğəmbərlərin siması, hökmdarların heybəti olacaq» (Şeyx Kuleyni - «Usuli-Kafi», «Hüccət» kitabı, «Rəsulullahın doğumu və vəfatı» babı, hədis 22).

2. Həzrəti Muhəmməd Peyğəmbər (s) kiçik olanda Məkkədə şiddətli quraqlıq olmuşdu. Şəhər əhalisi susuzluqdan əziyyət çəkirdi. Əbdülmüttəlib Əbu Talibə tapşırdı ki, körpə Muhəmmədi (s) onun yanına gətirsin. Əbu Talib körpəni qucağında gətirib Əbdülmüttəlibə verdi. Əbdülmüttəlib Kəbənin qarşısına gəldi və körpə Muhəmmədi (s) yuxarı qaldırıb belə dua etdi: «Ya Rəbb, bu uşağın xatirinə bizə bol yağış əta elə!» Üstündən bircə saat keçməmişdi ki, səmanı buludlar bürüdü, elə güclü yağış yağdı ki, hətta camaat məscidin uçulacağından qorxdu» (Şəhristani – «Miləl və nihəl»; Əllamə Məclisi «Usuli-Kafi»yə yazdığı şərhdə bu hadisəni rəvayət etmişlir).

Bu hadisə sübut edir ki, Əbdülmüttəlib vahid Allaha pərəstiş edirmiş. Çünki bir şəxs Kəbənin qarşısında Rəbb adlı qüvvəyə dua edib onu gələcək peyğəmbər Muhəmmədə (s) and verirsə, deməli həm Rəbbə iman gətirmiş, həm də peyğəmbəri tanımışdır.

3. Həzrəti Muhəmməd Peyğəmbər (s) İmam Əliyə (ə) vəsiyyətində buyurmuşdur: «Ey Əli! Əbdülmüttəlib cahiliyyə dövründə beş sünnə (dəb) qoymuşdu ki, İslam dini də bunları təsdiq etdi: 1) atanın arvadını oğula (başqa arvaddan olan oğul nəzərdə tutulur) haram elan etdi; 2) xəzinə tapanda onun beşdən birini sədəqə verdi; 3) Zəmzəm quyusunu qazıyandan sonra onu hacıların içməsi üçün vəqf etdi; 4) insan qətli üçün diyə (qanbahası) olaraq 100 dəvə verilməsini qərarlaşdırdı; 5) qüreyşilər Kəbənin ətrafında təvaf edərkən, neçə dəfə dövrə vurmağın dəqiq sayını müəyyən etməmişdilər, Əbdülmüttəlib 7 dövrə vurmağı qanun qoydu».

4. Həzrət Rəsulullah (s) sonra buyurmuşdur: «Ya Əli! Əbdülmüttəlib əzlamla (fal oxları ilə) fala baxmamış, bütlərə pərəstiş etməmiş, meyyitə (yəni Allah adı ilə kəsilməmiş heyvan əti) yeməmişdi; o deyirdi ki, mən babam İbrahimin (ə) dinindəyəm» (hər iki hədis Şeyx Səduqun «Xisal» və Şeyx Təbrisinin «Məkarimu`l-əxlaq» kitablarındandır).

5. Əsbəğ ibn Nubatə adlı məşhur səhabə rəvayət edir ki, Həzrət Əmirəlmöminin Əli (ə) buyurmuşdur: «Allaha and olsun ki, atam, babam Əbdülmüttəlib, Haşim və Əbdi-Mənaf heç vaxt bütə pərəstiş etməmişlər». Ondan soruşdular: «Bəs onlar nəyə pərəstiş edirdilər?» Həzrət Əli (ə) cavab verdi: «Onlar Kəbəyə sarı namaz qılırdılar və İbrahimin (ə) dinində idilər, bu dinə bağlanmışdılar» (Ayətullah Reyşəhri - «Mövsuətu`l-Əliyyibni Əbi Talib», cild 1, səh. 63; Seyyid Haşim Bəhrani – «Təfsiru`l-burhan», jild 3, səh. 795).

6. Əbdülmüttəlibin oğlu Əbu Talib buyurmuşdur: «Atam Həzrəti Muhəmmədin (s) peyğəmbərliyinin nişanələrini kitablarda (yəqin ki, keçmiş ümmətlərin müqəddəs kitabları nəzərdə tutulur) oxumuşdu və deyirdi: «Mənim nəslimdə bir peyğəmbər olacaq. İstərdim ki, onun zəmanəsində yaşayım və ona iman gətirim. Mənim övladlarımdan hər kim onun zəmanəsində yaşasa, mütləq iman gətirsin!»» (Seyyid ibn Tavus – «Təraif», səh. 458).


Əbu Talibin imanı barəsində ümumi görüşlər


İslam tarixi boyunca alimlər arasında Əbu Talibin mömin olması barədə fikir çox geniş surətdə yayılmış və dönə-dönə təsdiq edilmişdir. Mötəzili kəlam məktəbinə mənsub olmuş İbn Əbil-Hədid «Nəhcu`l-bəlağə»yə yazdığı şərhdə qeyd edir: «Əbu Talibin imanı mövzusu alimlər arasında mübahisəli məsələdir. Bütün imamiyyə şiələri (yəni cəfəri məzhəbinin ardıcılları), habelə zeydilərin (şiəliyin bir qoludur) əksəriyyəti onun müsəlman halda dünyadan getdiyini təsdiq edir. Həmçinin, bizim şeyxlərin (yəni mötəzili alimlərinin) də bir hissəsi, məsələn, Şeyx Əbu`l-Qasim Bəlxi, Əbu Cəfər Əskafi və b. bu əqidədədirlər» («Şərhu-Nəhcu`l-bəlağə», cild 14, səh. 65).

Məşhur əhli-sünnə alimi İbn Əsir Şafii «Əl-Cameu`l-usul» kitabında yazır ki, Əbu Talibin mömin olması məsələsində Əhli-beyt icma etmişdir (yəni hamılıqda bunu təsdiq etmişdir) (Qazi Nurullah Şüştəri - «Məcalisu`l-muminin», cild 1, səh. 163).

Həmçinin, cəfəri məzhəbli məşhur alimlər Şeyx Mufid («Əvailu`l-məqalat»), Şeyxu`t-taifə Tusi («Tibyan» təfsiri), Əllamə Təbrisi («Məcməu`l-bəyan» təfsiri), Seyyid ibn Tavus («Təraif»), Əllamə Məclisi («Biharu`l-ənvar») və b. öz adı çəkilən əsərlərində Əbu Talibin mömin olduğu barədə cəfəri aləminin icma etdiyini yazmışlar.

Əbu Talibin mömin və müsəlman olması elə məlum və məşhur həqiqətlərdəndir ki, bu mövzuda həm şiə, həm də əhli-sünnə alimləri tərəfindən 30-a yaxın müstəqil kitab qələmə alınmışdır. Bu kitablardan 19-nun adını mərhum Əllamə Əmini «Əl-Ğədir» kitabının 7-ci cildində (səh. 401-403) siyahı şəklində vermişdir. Əbu Talibin mömin olduğu barədə müstəqil kitab yazmış müəlliflərin zaman etibarilə ilki Səd ibn Abdullah Əşəri Qummi (vəf. hicri 299-301) sayılır. Bu müəlliflərin sırasında Şeyx Mufid (vəf. 419 hijri), Əbu`l-Fəzail Əhməd ibn Tavus (vəf. 673 hicri; bu, «Təraif» kitabının müəllifi Seyyid ibn Tavusun qardaşıdır), Əbu Səid Məhəmməd Xuzai Nişaburi (məşhur təfsirçi Əbu`l-Futuh Razinin babasıdır), Seyyid Hüseyn Təbatəbai Yəzdi Hairi (vəf. 1307 hicri), Şəmsu`l-uləma Mirzə Məhəmməd Hüseyn Gürgani və b. kimi məşhur din alimləri vardır.

Natiq Rəhimov
natiq@islam.az

(ardı var)
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM TARİXİ | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat