Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları

Ïðî÷èòàíî: 4104


Təcrübə göstərir ki, orta məktəblərdə "İslamın əsasları" kursunu tətbiq etmək elə də böyük problem deyilmiş.

Orta məktəblərdə dinin əsaslarınin tədrisini tətbiq etmək çağırışı çox zaman iki əsas problemlə üzləşir:

1. Məsələ hələ öz siyasi həllini tapmayıb;
2. Dərsi necə həyata keçirək - kimlər dərs desin, ədəbiyyat haradan götürülsün, proqram necə tərtib edilsin, maliyyə haradan tapılsın.

Təəssüf ki, bu sualı verənlər bə’zən məsələnin konkret həllində maraqlı olmayan tərəflər olur. əlbəttə, sırf professional maraq baxımından problemə yanaşanlar da var. Lakin hər halda, biz indi göstərməyə çalışacağıq ki, adı çəkilən suallar elə də böyük problem deyildir.

1. Məsələ öz siyasi həllini respublika prezidenti Heydər Əliyev cənablarının ölkə cənclərinin I Formundakı çıxışında (2 fevral 1996) tapmışdır:

"İslam dininin bəşəriyyətə bəxş etdiyi bütün ne’mətlərdən hər bir azərbaycanlı səmərəli istifadə etməlidir və xüsusən, cəmiyyətdə davranışında İslam dininin tələblərinə uyğun olaraq özünü göstərməlidir.

Ona görə də İslam dininin məktəblərdə tədris olunması, hesab edirəm ki, günün tələblərindən biridir və bu barədə Təhsil Nazirliyi, müvafiq təşkilatlar düşünməli, lazımi tədbirlər görməlidirlər".

Digər tərəfdən, heç bir qanun və ya göstəriş orta məktəblərdə İslamın əsaslarının tədris olunmasını qadağan etmir və eyni zamanda bu təcrübə demək olar ki, bütün dünya ölkələrində tətbiq olunur.

2. Bu fənn üçün dərs saatları haradan ayrılmalıdır?

Bizcə, cavab çox sadədir. İndiki dövr üçün məsələni tam qloballaşdıraraq yalnız parlament səviyyəsində həll oluna biləcək problem həddinə çatdırmağa eytiyac yoxdur. Bu fənni Təhsil Nazirliyinin dərs planında nəzərdə tutulmuş "maraq kursları" fakültativ məşğələ saatlarında keçmək həm tamamilə kifayətdir, həm də heç bir yeni qanun dəyişikliyinə ehtiyac doğurmur. Bir də ki, hər bir məktəb bunu müstəqil surətdə həyata keçirə bilər. Ehtiyat edənlər üçün isə Təhsil Nazirliyinin müvafiq sərəncamı məsələni dərhal həll edə bilər.

Bu fənni tədris etmək üçün ədəbiyyat varmı?

Bəli, var. Bunun üçün heç bir xaricdə nəşr olunmuş və içindəkilərin hansı baxımdan yazıldığı mə’lum olmayan kitab və vəsaitlərə müraciət etmək lazım deyildir.

Hələ 1997-ci ildə Respublika Gənclər Təşkilatları Milli Şurasının dəstəyi ilə Respublika Dini Araştırmalar Mərkəzi, tanınmış islamşünas, prof. Vasim Məmmədəliyevin rəhbərliyi altında aparıcı mütəxəssislərin iştirakı ilə orta məktəblərin 5 və 6-cı sinifləri üçün nəzərdə tutulmuş "Biz İslamı öyrənirik" kitabını nəşr etdirmişdir. Adı çəkilən kitab 1998-ci ilin yanvarında Respublika Təhsil Nazirliyinin Elmi-Pedaqoji Şurasında müzakirə olunaraq məktəblilər üçün əlavə oxu vəsaiti kimi tövsiyyə olunmuş, 1998-ci ilin martında isə Qafqaz Mşsəlmanları İdarəsinin Elmi-Dini Şurasında müzakirə olunaraq məktəblilər üçün dərslik kimi istifadəsi məqsədəuyğun hesab edilmişdir.

Eyni zamanda, yuxarıda adı çəkilən redaksiyanın rəhbərliyi altında bütün siniflər üçün ayrılıqda dərsliklər hazırlanmış və nəşrə hazır vəziyyətdədirlər. Kitablar Azərbaycan reallıqlarını və spesifikliyini nəzərə almaqla tərtib edilmişdir və bugünkü tələbata uyğundur.

Bu dərsləri demək üçün kadrlar haradan yığılmalıdır?

Rəsmi statistikaya görə Azərbaycanda 4495 orta məktəb vardır və bu məktəblərdə 1,6 milyon şagird təhsil alır. Belə böyük şagird ordusu və məktəblilər üçün məhz İslam əsaslarını tədris edəcək müəllimlər tapmaq həqiqətən də asan problem deyildir. Respublikada ilahiyyat yönümlü rəsmi statusu olan ali tədris müəssisələri yalnız İslam Universiteti, BDU İlahiyyat fakültəs və Qafqaz Universiteti İlahiyyat fakultəsidir ki, bunların üçünün birlikdə hazırladıqları mə’zunların sayı ildə 200 nəfərə çatmır. Digər tərəfdən, bu mə’zunların əksəriyyəti heç orta məktəbdə müəllim olmağa hazırlaşmırlar da. Bəs onda müəllimləri haradan tapaq?

Bir qədqr düşündükdə aydın olur ki, həlli mümkün olmayan heç bir problem yoxdur. Bütün dünyada və o cümlədən Azərbaycənda təhsil sistemlərində yeni fənləri tədris etməyə kadr hazırlamağın və ya bir ixtisası olan müəllimi digər ixtisasa yönəltməyin çox gözəl ən’ənəsi var - ixtisas artırma kursları. Respublikamızda məhz bu məqsədlə yardılmış xüsusi qurum da var - Respublika Müəllimləri Təkmilləşdirmə İnstitutu. Və bu institut insafən qeyd edək ki, öz vəzifəsinin öhtəsindən heç də pis gəlmir. Problemdən çıxış yolu da buradadır. Təcrübə sübut edir ki, öz daxili marağı olan hər hansı orta məktəb müəlliminə 10-14 gün ərzində gündə 2 saat həcmində müvafiq kursların keçilməsi, həmin müəllimin heç olmazsa, orta siniflərdə dərslik üzrə İslam əsaslarını tədris etməyə hazır olmasına kifayət edir. 1998-ci ilin iyul-avqust aylarında Respublika Dini Araşdırmalar Mərkəzi və Gənclər Təşkilatları Milli Şurasının orta məktəb müəllimləri üçün keçirdiyi yay-istirahət maarif düşərgəsinin nəticələri bunu əyani surətdə sübut edir. Həmin düşərgə zamanı 15 gün ərzində Bakının ən müxtəlif məktəblərindən yığılmış 30 müəllim istirahət etmiş, həm də "Biz İslamı öyrənirik" dərsliyi üzrə xüsusi təkmilləşmə kursu keçmişlər. Düşərgənin sonu üçün keçirilən sorğu yoxlaması həmin kursları keçmiş bütün müəllimlərin 5-6-cı siniflərində İslamın əsasları üzrə dərs deməyə hazır olduqlarını göstərmiş oldu. Deməli, nəticə olaraq bunu qeyd edə bilərk ki, orta məktəblərdə dərs deyen müəllimlərdən seçilmiş kadrlar xüsusi 10 günlük kursları keçməklə öz dərsləri ilə yanaşı, İslam dinini də tədris edə bilərlər. Onsuz da məktəblərdə ən ümumi dini biliklərin verilməsi nəzərdə tutulur. Bununla dərhal bir neçə problem həll olunur:

1. Kadr problemi qısa zamanda həll olunur;
2. Həmin kadrlar ali pedaqoji təhsilli və məktəbdə tədris təcrübəsinə malik dünyəvi miəllimlərdən seçilir (bir çoxları İslamın əsasları tədrisi ilə məktəblərdə "mollaların" nüfuzunun başlanacağından möhkəm təşvişə düşürlər);
3. Həmin müəllimlərin maaşları dərs planı ilə nəzərdə tutulmuş maraq kursları fondundan ödənilir (əlavə büdcəyə ehtiyac qalmır).

Nəticə

Əlbəttə, bir məqalədə dinin tədrisi ilə bağlı bütün problemləri çözmək mümkün deyildir. Bizcə, bu problemə xüsusi kitab və ya böyük bir konfrans həsr etmək olar. Lakin bu halda, biz burada nəzərinizə çatdırmaq istədiyimiz bir neçə məqalədə bu problemlə əlaqədar sizdə ümumi bir təsəvvür yaratmağa və bu problemin həlli yollarını göstərməyə çalışırıq. Bütün maraqlı tərəf və strukturları fikir mübadiləsinə və müzakirəyə çağırırıq.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM VƏ TƏHSİL | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat