Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
İslam və sığorta (1-ci hissə)

Ïðî÷èòàíî: 468


Müasir dünyada ictimai yaşamın heç bir sferasını sığortasız təsəvvür etmək mümkün deyil. İstər həyatın və sağlamlığın, istərsə də müxtəlif mülkiyyət formalarının sığortalanması artıq günümüzün adi tələbatına çevrilmişdir. Məhz bu səbəbdən də müasir dünyada sığortanın müxtəlif növləri iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilmişdir.

Bildiyimiz kimi, sığorta - hər hansı bir işdə ortaya çıxa biləcək bir zərərin qarşılanacağına əvvəlcədən zamin durmaqdır.

Sığorta sözünün qarşılığı olaraq, ingilis dilində «security» və ya «insurance», fransız dilində isə «assurance» kəlmələri işlədilir. Bu kəlmə ərəb dilində ilk dəfə İbn Abidin (v 1252/1836) tərəfindən «səvkara» və ya «suqirta» şəklində işlədilmiş, günümüzdə isə «sığorta» şəklini almışdır. Müasir ərəb yazılarında sığortanın qarşılığı olaraq «ət'təmin», «ət-təkafulu'l-ictimai» və «ət-tədamun» terminləri işlədilməkdədir.

Yanğından pəncərənin sınmasına, su basqınından oğurluğa, təyyarə və ya gəmi qəzasından avtomobil qəzasına, xəstəlikdən ölümə qədər müxtəlif zərər ehtimalları sığorta mövzusu ola bilər. Sığorta, gələcəkdə baş verə biləcək bir zərəri qarantiya altına almaq üçün əvvəlcədən həmin zərərin ehtimal olunması deməkdir.

Sığortanın dəqiq tarixi bilinmir. Amma sığortaya oxşar bəzi yardımlaşma müəssisələrinə hələ qədim dövrlərdən rast gəlinmişdir. E.ə. 2-ci minillikdə Yunanıstanda, qədim Romada və Misirdə yoxsullara yardım edən vəqflər mövcud olmuşdur.

Bundan başqa, bilirik ki, Hz Yusif Misirdə yeddi bolluq ilində anbarlara yığdırdığı əkin məhsullarını sonrakı yeddi qıtlıq ilində əhaliyə paylamışdır.

İslamda Mədinə dövründə hazırlanan ilk Konstitusiyada yer alan və qəbilələrarası yardımlaşmanı nəzərdə tutan maddələr də bu qəbildəndir.

Səlcuqlu dövründə sənətkar və tacirlərin təşkil etdikləri «futuvvət» və «əxilik» adı verilən birliklər də bu sinifə mənsub olanlar arasında yardımlaşmanı təmin etmişdir.

Günümüzdəki mənada sığortaçılıq ilk dəfə İtaliyada dəniz sığortaçılığı olaraq 15-ci əsrdə ortaya çıxmışdır. 18-ci əsrdə iri kapitallı şirkətlər qurulduqca buna paralel olaraq iri və professional sığorta şirkətləri də inkişaf etməyə başladı. Vaxt keçdikcə özəl sığorta şirkətləri ilə bərabər dövlət tərəfindən idarə olunan sosial sığorta təşkilatları da ortaya çıxdı.


Müsəlman aləmində sığorta


İslam dünyasında isə sığortaya baxış birmənalı deyil. Çünki bildiyimiz kimi, sığorta İslamın ilkin dövrlərində mövcud olmamış, sonrakı dövrlərdə ortaya çıxmış bir anlayışdır. Bu səbəbdən də fiqh qaynaqlarımızda bununla bağlı bir açıqlama yoxdur. İslam hüquqşünasları arasında sığorta mövzusunu və bunun İslami hökmünü ilk araşdıran alim İbn Abidin (v. 1252/1836) olmuşdur. Çünki sığorta anlayışı Şərq ölkələrinə ilk dəfə onun dövründə, yəni hicri 13-cü əsrdə daxil olmuşdur. Bu əsrdə Avropa sənaye inkişafına paralel olaraq Şərq ilə Qərb arasındakı ticarət əlaqələri güclənməyə başlamışdı. İdxalatla bağlı danışıqları aparmaq üçün İslam ölkələrinə gələn xarici şirkətlərin təmsilçiləri vasitəsi ilə Avropadan idxal olunan malların sığortalanması yolu ilə bu anlayış İslam dünyasına qədəm qoydu. Bu təmsilçilər idxal ediləcək malları dəniz sığortası edərək sığorta anlayışını İslam ölkələrinə gətirmiş oldular. İbn Abidin sığorta mövzusunu «Raddu'l-Muxtar» adlı kitabının «Kitabu'l-cihad» bölməsində, «Mustə'mən» («Pasportlu əcnəbi qeyri-müsəlman») başlığı altında ələ almışdır. Çünki o dövrdə bu müqaviləni bağlayan əcnəbi qeyri-müsəlman tacirlərə belə ad verilirdi.

İbn Abidinə görə, dəniz vasitələri ilə daşınma zamanı tələf olan malın təzminatını ödəməyi nəzərdə tutan dəniz sığortası caiz deyil. Çünki aşağıdakı üç səbəbdən ötrü tələf olan sığortalı malın bədəlini almaq olmaz:


1. Sığorta müqaviləsi dinin əmr etmədiyi bir borcun altına girməkdir. İslamda bir şeyin təzminatını tələb etmək üçün dörd təzminat səbəbindən biri olmalıdır:

a) Zərərin haqsız bir hərəkətlə olması;

b) Malın tələfinə səbəb olmaq. İctimaiyyətin istifadə etdiyi bir yolda çuxur açmaq və buraya düşən bir insan və ya heyvanın tələfinə səbəb olmaq kimi;

c) Bir malı haqsız yerə mənimsəmək. Qəsb, oğurluq, satılan malın satıcının əlində ikən tələf olması kimi;

d) Zəmanət razılaşması əldə etmək;

Sığorta şirkəti ortaya çıxan zərəri nə haqsız bir hərəkətlə ortaya çıxarmış, nə malın tələfinə səbəb olmuş, nə zərərə uğrayan malı mənimsəmiş, nə də bu zərərə zamin durmuşdur.


2. Sığorta – müəyyən məbləğ qarşılığında malı əmanət etmək mahiyyətində də deyil ki, əmanət qoyulan mal tələf olduqda həmin şəxs bu malın təzminatını ödəsin. Çünki mal sığorta şirkətinə təhvil verilmir. Məsələn dəniz yolu ilə daşınan mal gəmi sahibinin əlindədir. Ancaq gəmi sahibi eyni zamanda sığorta edəndirsə, bu təqdirdə əmanətçi deyil, ortaq işçi (müştərək) olur. Əmanətçi və ya ortaq işçi isə qaçılmaz zərərə görə (məsələn, ölüm, yanğın və suda batma kimi) təzminat ödəmək məcburiyyətində deyildir.


3. Sığorta – kimisə zərərə saldığı üçün təzminat ödəmək mahiyyətində də deyil. Sığorta şirkətinin taciri aldatmaq niyyəti olmur. Məsələn, bir gəminin dənizdə batıb batmayacağını əvvəlcədən bilə bilməz. Ancaq sığorta şirkəti və sığorta etdirən tacir oğurluq, yol kəsmə kimi yol risqini əvvəldən bilsələr, sığorta şəklində təzminat ödəmək caiz olar. Lakin sığorta müqaviləsi buna tam olaraq uyğun gəlmir. Məsələn, bir nəfər o birinə «Bu yolla get. Əgər malın qəsb edilsə mən təzminat ödəyəcəyəm» desə, həmin yol ilə gedən şəxs həqiqətən də, ziyana düşsə, təzminat ödənməlidir. Çünki belə olan halda mal sahibi ilə zəmanət razılaşması əldə edimiş olur.

İbn Abidinin sığortaçıdan təzminat almağın caiz olmadığı görüşünü əsaslandırdığı prinsiplər bunlardan ibarətdir. Onun fikirlərini qısa şəkildə bu cür ifadə edə bilərik ki, sığortaçı bir müqavilə ilə əslində mükəlləf olmadığı bir borcun altına girmiş olur. Əslinə baxanda o, yanında bir şey əmanət (vədia) qoyulan və ya kirayə verilən bir kəs kimidir. Bunların isə niyyəti, səhvi və ya laqeydsizliyi olmadığı təqdirdə, ortaya çıxan zərərə görə təzminat ödəmək məsuliyyəti yoxdur. Burada təzminat ödəmək məsuliyyəti müqaviləyə daxil edilsə belə, bu şərt keçərli olmaz.

Lakin bununla belə, müsəlmanın xarici ölkədəki bir sığorta şirkəti ilə müqavilə bağlaması İbn Abidin tərəfindən caiz görülmüşdür.

Gördüyümüz kimi, İbn Abidinin sığortaya münasibəti kifayət qədər sərt olmuş və ümumi götürdükdə bunu caiz görməmişdir. Lakin günümüzdə sığortaya münasibət nisbətən fərqlidir. İqtisadiyyatın bu sahəsi haqqında müstəqil əsərlər yazaraq məsələyə liberal yanaşan İslam alimləri ilə yanaşı müxtəlif iddialar irəli sürərək sığortanın İslama uyğun olmadığını irəli sürənlər də vardır. Biz burada əvvəlcə sığortanın müxtəlif növlərinə İslamın baxışını ələ alacaq, sonra isə bu məsələ ilə bağlı irəli sürülən iddialara cavab verməyə çalışacağıq.




Aqil HACIYEV (aqil@islam.az)
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat