Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...

Ïðî÷èòàíî: 824


Ey Füzuli, məskənim çün Kərbəladır, şebrimin
Hörməti hər yerdə vardır, xalq onun müştağıdır.
Nə qızıldır, nə gümüş, nə ləl, nə mirvaridir,
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır.

Məhəmməd Füzuli



Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) və onun Əhli-beyti nəinki yalnız öz sağlıqlarında ümmətin rəhbəri və yolgöstərəni olmuşlar; onlar vəfat etdikdən sonra da pak ruhları müsəlmanların imdad yeri və Allah qarşısında şəfaət mənbəyidir.

İmam Hüseyn əleyhissalam İslam dininin yaşaması, müsəlmanların öz şəxsiyyət və əzəmətlərini itirməməsi yolunda qiyam etdi, bu yolda ən əziz bildiyi şəxsləri qurban verdi, canını belə əsirgəmədi. Lakin onun missiyası bununla bitmədi. Şəhadətindən sonra da onun möcüzə və kəramətləri davam etdi. Bəli, Allah-Təala öz sevimli bəndələrinə elə üstünlüklər verər ki, hər iki aləmdə bu fəzilətlərdən faydalana və başqalarını da faydalandıra bilərlər.


Möcüzəli torpaq


İmam Hüseynə (ə) Allahın bəxş etdiyi kəramətlərdən biri də onun dəfn edildiyi torpağın fəzilətlərə malik olmasıdır. Vaxtilə Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) Kərbəla torpağının qəribə xüsusiyyətlərini bəyan etmişdi. Həm şiə, həm də sünni məzhəbinə məxsus mənbələrdəki hədislərdən məlum olur ki, Peyğəmbərimiz öz həyat yoldaşı Ummu Sələməyə Hüseynin (ə) gələcəkdə şəhid olacağını söyləmiş və ona bir ovuc Kərbəla torpağı vermişdi. Həzrəti Peyğəmbər Ummu Sələməyə buyurmuşdu ki, nə vaxt bu torpaqda qan damcıları görsə, Hüseynin (ə) şəhid edildiyini bilsin. Ummu Sələmə həmin torpağı şüşə qabın içinə töküb, saxlayırmış. Üstündən 50 il keçəndən və İmam Hüseyn (ə) Kufə istiqamətində yola çıxandan sonra Ummu Sələmə hər gün səhər və axşam qabı götürüb torpağı yoxlayırdı. Bir axşam torpaqda qan damcılarının sızdığını görür və İmam Hüseynin (ə) qətlə yetirildiyini başa düşür. Matəm saxlamağa başlayaraq yaxınlarına da bu müsibəti xəbər verir. Camaat onun verdiyi xəbərə inanmır. Yalnız bir neçə gündən sonra aşura faciəsinin əks-sədası Mədinəyə çatanda hesablayıb görürlər ki, torpaqda qan damcılarının görünməsi Məhərrəm ayının 10-a, aşura gününə təsadüf edibmiş.

Bu hadisənin təsviri aşağıdakı kitablarda və daha bir neçə mənbədə təsvir edilib:

İbn Həcər Heysəmi – «Əs-Səvaiqu'l-muhriqə», XI bab, 30-cu hədis.

İbn Həmzə – «Əs-Saqib fi'l-mənaqib», hədis 272.

Şeyx Mufid – «Əl-İrşad», cild 2, VII bab, hədis 7.

Şeyx Səduq – «Əmali», məclis 29, hədis 1 və 4.

Məlumat üçün bunu da bildiririk ki, bir neçə il bundan əvvəl vəfat etmiş görkəmli ruhani alim Seyyid Murtəza Muvəhhid Əbtəhi İsfahanidə mövcud olan əsl Kərbəla türbətinin də belə xüsusiyyəti var idi. Qum şəhərində nəşr olunan «Hövzə» curnalına vaxtilə verdiyi müsahibədə alim qeyd edirdi ki, həmin türbəti kağıza büküb, xüsusi qabın (mücrünün) içində saxlayır. Hər ilin aşura günündə türbətin büküldüyü kağızın üzərində qan ləkələri görünür. Alimin vəsiyyətinə əsasən, vəfat etdikdən sonra həmin türbəti onun qəbrinin içinə qoymuşlar.

Yazırlar ki, Səfəvilər dövründə Qərb ölkələrindən birinin nümayəndə heyəti İsfahana gəlir. Nümayəndə heyətinin başçısı qəribə bir istedada malik imiş. Qarşısında duran adamın ovcunda nə gizlətdiyini deyə bilirmiş. Həmin adam şaha təklif edir ki, onu istədiyi qədər yoxlasın. Əgər bütün hallarda gizlədilən əşyanı tapsa, həm şah, həm də saray əyanları İslamı atıb xristian dinini qəbul etsinlər. Əgər bircə dəfə gizlədilmiş əşyanı tapa bilməsə, özü və bütün nümayəndə heyəti xristian dinindən çıxıb, müsəlman olacaqlar. İmtahan başlayır, xristian alimi hamının ovcunda gizlətdiyini tapır. Şah məğlub olduğunu görüb, məşhur mütəfəkkir Molla Möhsün Feyz Kaşanini çağırtdırır. Feyz Kaşani vəziyyətlə tanış olandan sonra ovcunda bir qədər Kərbəla torpağı gizlədib xristian alimindən soruşur ki, nə olduğunu söyləsin. Alim uzun müddət cavab verə bilmir, axırda israrlı tələblər qarşısında məcbur olub deyir: «Ona görə cavab vermirdim ki, cavabımın izahı heç özümə də məlum deyil. Mənə elə gəlir ki, bu adamın ovcundakı behişt torpağıdır. Amma bilirəm ki, bu iş mümkün deyil, insan behişt torpağını necə əldə edə bilər?». Feyz Kaşani ovcundakı türbəti xristian aliminə göstərib başa salır ki, bu, bizim peyğəmbərimizin nəvəsinin dəfn edildiyi yerin torpağıdır və namazda biz alnımızı onun üzərinə qoyuruq. Xristian alimi bunu eşidəndə İslam dinini qəbul edib müsəlman olur və bir daha vətəninə qayıtmaqdan imtina edir.


Səcdə üçün ən fəzilətli torpaq


Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı bu pak torpağın üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. İmam Hüseynin (ə) öz oğlu, aşuranın şahidi İmam Zeynu'l Abidindən (ə) başlayaraq, məsum imamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında İmam Hüseyn (ə) türbətini saxlayırdı. Namaz vaxtı torpağı səccadənin üstünə səpir, onun üzərinə səcdə edir və buyururdu: «Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)» («Mənahilu'l-əbrar vi təlxisi Bihari'l-ənvar», cild 14, səh. 121).

Həmçinin, rəvayətə görə, İmam Sadiq (ə) Allah qarşısında təvazökarlıq məqsədilə Hüseynin (ə) türbətindən savayı heç nəyin üzərinə səcdə etməzdi (həmin mənbə, cild 12, səh. 389).

Hədis kitablarında rəvayət edilir ki, On ikinci İmamın (ə) kiçik qeybət dövründə yaşamış Abdullah ibn Cəfər Himyəri ona məktub yazıb, İmam Hüseyn (ə) türbətindən hazırlanmış möhürün üzərinə səcdə etməyin bir üstünlüyü olub-olmadığını soruşur. On ikinci İmam (ə) cavab məktubunda bildirir ki, belə səcdənin böyük fəziləti vardır («Mənahilu'l-əbrar», cild 12, səh. 388; həmçinin, Ayətullah M.H.Kaşifu'l-Qita – «Yer üzü və Hüseyn (ə) torpağı», səh. 149).

Hicri III əsrdə (kiçik qeybət dövründə) Kərbəla torpağından möhür düzəldilməsi faktının mövcudluğu, hələ o dövrdə bunun adət kimi yayıldığını düşünməyə əsas verir (İmadzadə İsfahani – «İmam Hüseynin (ə) həyatı», səh. 855).

Mərhum Şeyx Abbas Qummi «Məfatihu'l-cinan» kitabında yazır ki, bir nəfər üçün İmam Rza (ə) Xorasandan hədiyyə göndərmişdi. Hədiyyəni alan adam boxçanı açanda içində bir az torpaq olduğunu görür. Hədiyyəni gətirəndən bu torpağın nə olduğunu soruşur. Cavab verir ki, bu, İmam Hüseyn (ə) türbətidir. İmam Rza (ə) kimin üçün nə hədiyyə göndərirsə, arasına bir az bu torpaqdan tökür və buyurur: «Bu torpaq Allahın izni ilə bütün bəlalardan amandır».

Kərbəla türbətindən hazırlanmış təsbehi çevirmək və onunla zikr etmək böyük savaba malikdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: «Hər kimdə İmam Hüseyn (ə) qəbrinin torpağından hazırlanmış təsbeh varsa, hətta onu çevirib zikr etməsə də, bunu etmiş qədər savab qazanar» (Şeyx Səduq – «Mən la yəhzuruhu'l-fəqih», cild 1, səh. 268, hədis 829).

İmam Musa Kazimdən (ə) rəvayət edirlər ki, bizim tərəfdarlarımız (şiələrimiz) dörd şeydən ehtiyacsız deyillər. Həmin dörd şeyin biri də Hüseynin (ə) qəbrinin torpağından hazırlanmış 33 dənəli təsbehdir («Mənahilu'l-əbrar», cild 14, səh. 120).

Müstəhəbdir ki, vəfat etmiş şəxsin kəfəninin üstünə duaları türbət qarışdırılmış su ilə yazsınlar, mərhumun hənutuna azacıq türbət qatsınlar, qəbrin içinə bir az türbət qoysunlar. Əgər ayaqyolunun su yoluna türbət düşsə, mümkündürsə çıxarsınlar, mümkün olmasa, həmin suyolundan daha istifadə etməsinlər.

Həmçinin, körpə uşaqlara təbərruk kimi azacıq Kərbəla türbəti yedizdirmək də faydalıdır. İmam Sadiq (ə) bu barədə belə buyurub: «Uşaqlarınıza Hüseyn (ə) türbəti dadızdırın; çünki o, hər bəladan amandır» («Mənahilu'l-əbrar», cild 14, səh. 119; «Mizanu'l-hikmə», cild 2, səh. 941, hədis 6170).


Şəfalı torpaq


Kərbəla torpağının şəfaverici xüsusiyyətləri isə hər dövrdə müşahidə olunmuş və günümüzdə də görünməkdədir. Hər cür xəstəliyi və çətinliyi olanlar, qorxu və dəhşət içində qalanlar bu türbətin möcüzələrini hiss etmişlər. Hüseyn (ə) türbətinin şəfa bəxş etməsi barədə konkret hadisələri qeyd etməzdən əvvəl, bu mövzu barəsində məsumlarımızdan nəql edilən bəzi hədisləri diqqətinizə çatdırmağı lazım bilirik.

İmam Rza (ə) buyurmuşdur: «Hər növ torpağı yemək haramdır; meyyit (ölmüş heyvan leşi), qan və Allahdan başqasının adı ilə kəsilmiş heyvan əti kimi. Yalnız Hüseyn (ə) qəbrinin torpağı istisnadır. O, bütün dərdlərin şəfasıdır» (Şeyx Abbas Qummi – «Səfinətu'l-bihar», cild 2, səh. 103).

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: «Hüseyn (ə) qəbrinin torpağında bütün dərdlərin şəfası var və o, ən böyük dərmandır» («Mən la yəhzuruhu'l-fəqih», cild. 2, səh. 599-600, hədis 3204; Reyşəhri – «Mizanu'l-hikmə», cild 2, səh. 941, hədis 6169).

Bir nəfər İmam Sadiqdən (ə) soruşdu ki, niyə İmam Hüseyn (ə) türbətindən istifadə edənlərin bir hissəsi şəfa tapır, bir hissəsi isə yox? İmam cavab verdi: «Tək və şəriksiz Allaha and olsun ki, hər kim Allahın izni ilə türbətin ona fayda verəcəyinə inanıb istifadə edirsə, mütləq şəfa tapır» (Təbrisi – «Məkarimu'l-əxlaq», səh. 317).

Tarixdə bəzi şəxslərin İmam Hüseyn (ə) türbətinə təvəssül etməklə şəfa tapması barədə nümunələr vardır. Miladi XVIII əsrin məşhur ruhani alimi Seyyid Nemətullah Cəzairi təhsilinin ilkin dövrlərində maddi çətinlik içində yaşadığından şam tapa bilmir və dərslərini ay işığında oxuyurdu. Bu səbəbdən, həmçinin, çox oxuyub-yazdığından, getdikcə gözləri zəifləmişdi. Bu böyük alim şəfa niyyətilə Kərbəla türbətindən azacıq gözlərinə sürtdü və gözləri tamam sağaldı (Şeyx Abbas Qumminin «Əl-Fəvaidu'r-Rezəviyyə» kitabından).

Nəinki İmam Hüseyn (ə) torpağı, hətta Hüseynin (ə) adı ilə bağlı başqa torpaqlar da möcüzəvi xüsusiyyətlərə malikdir. Bir neçə onillik bundan əvvəl yaşamış və şiə aləminin ən məşhur və nüfuzlu mərceyi-təqlidi kimi tanınmış mərhum Ayətullahu'l-uzma Seyyid Hüseyn Birucerdinin başına gəlmiş bir hadisə buna misaldır. Ayətullah Birucerdi bir müddət Nəcəf şəhərində təhsil aldıqdan sonra doğulduğu şəhərə – Birucerdə qayıtmışdı (onun Qum şəhərinə dəvət olunması və Qum dini elmlər mərkəzinə rəhbərliyi öz öhdəsinə alması bundan sonra baş vermişdir). O zamanlar Birucerd şəhərində belə bir dini adət vardı: Aşura günündə bütün şəhər camaatı (başda ruhanilər olmaqla) bədənlərinə gil sürtərək, kütlə halında toplaşır və böyük küçə nümayişi təşkil edirdilər, İmam Hüseynin (ə) müsibətlərini xatırlayıb, əzadarlıq keçirirdilər. Ayətullah Birucerdi özü xatirələrində qeyd edirdi ki, çox yazıb-oxuduğundan, tədricən gözləri zəifləmişdi. Aşura günündə onun gözlərinin ağrısı daha da artır və heç əza məclislərində də iştirak edə bilmir. Bu zaman ürəyində Allahla dərdləşir ki, belə əziz günün savabından məhrum olub; qoy Allah onun dərdinə çarə etsin. Birdən sanki qeyb aləmindən alimə ilham olunur ki, əza dəstəsindəki adamların öz bədənlərinə sürtdükləri gildən təbərruk kimi istifadə etsin. Ayətullah əzadarların birinin (deyilənlərə görə, bu, azyaşlı uşaq imiş) ayağından sıçrayan gildən bir az götürüb gözünə çəkir. O gündən bəri Ayətullah Birucerdinin gözləri ağrı və zəiflik bilməyib. Fotoşəkillərdən də məlum olur ki, ömrünün sonuna qədər (o, təqribən 90 yaşında vəfat edib) gözünə eynək salmadan yazıb-oxuyurmuş.

Məşhur cəfəri alimi Müqəddəs Ərdəbiliyə aid edilən «Hədiqətu'ş-şiə» kitabında aşağıdakı məzmunlu maraqlı bir hadisə təsvir olunub:

Hüseyn ibn Məhəmməd ibn Abdullah adlı şəxs öz atasından rəvayət edir ki, bir gün Mədinə məscidində namaz qılmağa hazırlaşarkən, yanında oturmuş iki nəfərin söhbətini eşidir. Adamlardan biri o biri üçün belə bir əhvalat danışır: «Bir neçə ay bundan əvvəl ağır xəstəliyə düçar olmuşdum. Həkimlər nəinki məni sağalda bilmirdilər, hətta xəstəliyimin nə olduğundan da baş açmırdılar. Əlacım hər yerdən üzülmüşdü. Qonşuluğumuzda yaşayan Sələmə adlı qarı xəstəliyimdən xəbər tutanda söz verdi ki, məni sağaldacaq. Qarı evinə gedib, azacıq sonra qayıtdı. Özü ilə gətirdiyi bir qab suyu mənə verib dedi ki, içim. Suyu içən kimi dərhal xəstəliyim keçdi. Bir neçə ay sağlam halda yaşadım. Bir gün yenə qarını görəndə soruşdum ki, vaxtilə mənə verdiyin dərman nə idi? Qarı əlində tutduğu təsbehi göstərib dedi ki, bu təsbehin bir dənəsini suda həll edib sənə içirmişdim, onun sayəsində şəfa tapmışdın. Soruşdum: «Axı sənin təsbehin nədən düzəldilib?» Qarı cavab verdi: «Hüseyn ibn Əlinin (ə) türbətindən». Bunu eşidəndə hirslənib qışqırdım ki, ey rafizi məzhəb qadın, sən məni Hüseynin (ə) qəbrinin torpağı ilə sağaltmısan?! (rafizi – keçmişdə Əhli-beyt düşmənlərinin şiələrə verdikləri təhqiramiz ləqəbdir; mənası «dindən çıxmış» deməkdir). Qarı əsəbləşib bizdən getdi. O hələ evinə çatmamışdı ki, xəstəliyim yenidən qayıtdı. İndiyə kimi xəstəlik davam edir və heç bir həkim məni sağalda bilmir» (Müqəddəs Ərdəbili – «Hədiqətu'ş-şiə», səh. 512).

Yenə həmin kitabda Musa ibn Əbdüləziz adlı bir nəfərin danışdığı əhvalat təsvir edilir:

Bir gün Bağdadda məşhur həkim kimi tanınan xristian təbib Yuhanna Nəsrani ilə rastlaşdım. Yuhanna məndən soruşdu: «Səni and verirəm öz dininə və peyğəmbərinə, mənə de görüm, Kərbəlada qəbri ziyarət olunan şəxs kimdir?» Cavab verdim: «Peyğəmbərin nəvəsi Hüseyn ibn Əli (ə)». Sualının səbəbini soruşanda Yuhanna mənə bu əhvalatı danışdı:

«Bir gecə Harun ər-Rəşidin xidmətçisi evimə gəlib dedi ki, xəlifənin qohumu Musa ibn İsa Haşimi ağır xəstədir. Xəlifə əmr edir ki, gedib onu sağaldım. Mən təcili Musa ibn İsagilə gedəndə gördüm ki, huşsuz vəziyyətdə uzanıb. Yanındakılardan soruşdum ki, xəstə nədən şikayət edirdi? Bir teşt gətirdilər, içərisi insan ciyəri və qanla dolu idi. Dedilər ki, bayaqdan bunları qusub. Bundan əvvəl nə hadisə baş verdiyini soruşdum. Dedilər ki, bir az bundan qabaq məclis qurulmuşdu. Musanın qohumu, Bəni-Haşimdən olan bir nəfər Kərbəla faciəsindən və Kərbəla torpağının şəfaverici xüsusiyyətindən söz açdı. Musa istehza ilə dedi ki, rafizilər Hüseynin (ə) haqqında çox ifrata varırlar, hətta onun qəbrinin torpağından şəfa istəyirlər. Həmin kişi dedi ki, mən özüm bu torpağın təsirini hiss etmişəm, filan xəstəliyim onun vasitəsilə sağalıb.

Musa ibn İsa kişiyə tapşırdı ki, o torpaqdan bir az gətirsin. Kişi tez evdən azacıq türbət gətirib Musaya verdi. Musa türbəti istehza ilə alıb dedi ki, indi yoxlayaram görüm, bunun nə təsiri var? Torpağı götürüb təhqir niyyyətilə altına qoydu. Elə o dəqiqə də halı dəyişib ah-nalə etməyə başladı: «Yandım, yandım! Teşt gətirin!» Teşt gətirdik, gördüyün kimi, bütün içalatını qusdu.

Yuhanna danışır ki, xəstənin vəziyyətinin ümidsiz olduğunu görüb evimə qayıtdım. Səhər xəbər yayıldı ki, Musa ibn İsa ölüb».

Bu hadisədən sonra Yuhanna İslamı qəbul edib müsəlman olur, dəfələrlə İmam Hüseynin (ə) ziyarətinə gedir (Müqəddəs Ərdəbili – «Hədiqətu'ş-şiə», səh. 512-513).

Şeyx Abbas Qummi «Məfatihu'l-cinan» kitabında öz müəllimi, məşhur hədis alimi Şeyx Hüseyn Nurinin ailəsinin başına gələn bir hadisəni nəql etmişdir. Bu hadisəni Şeyx Nuri «Daru's-səlam» əsərində də qələmə almışdır. O yazır ki, uşaq vaxtımda bir gün qardaşlarımla birlikdə anamın yanında idim. Anam gördü ki, qardaşlarımdan biri namaz qılarkən istifadə etdiyi Kərbəla möhürünü əbasının aşağı cibinə (dizdən aşağı) qoyur. Anam qardaşımı tənbeh edib dedi ki, bir də belə etməsin. Çünki oturanda möhür altında qala bilər. Bu isə həm möhürə qarşı hörmətsizlikdir, həm də bu halda möhür sına bilər. Qardaşım da etiraf edib dedi ki, artıq indiyə kimi iki Kərbəla möhürü bu qayda ilə sınıb. Həmin gün qardaşım qərara aldı ki, bir də belə iş tutmasın.

Bu əhvalatdan bir neçə gün keçdi. Bir səhər atamız bizim üçün gecə gördüyü yuxunu danışdı. Atamız yuxuda görür ki, İmam Hüseyn (ə) evimizə qonaq gəlib. Atam onu kitabxanaya aparıb, orada söhbət ediblər. İmam Hüseyn (ə) atama təklif edib ki, oğullarını çağırsın, onlara hədiyyə vermək istəyir. Atam danışırdı ki, bizim (cəmi 5 qardaş) hamımızın otağa gəldiyini görüb. İmam Hüseyn (ə) hər birimizə müəyyən hədiyyələr bağışlayıb. Növbə həmin qardaşıma çatanda, atam hiss edib ki, İmamın üzündə qəzəb əlaməti vardır. Səbəbini soruşanda İmam buyurub ki, sənin bu oğlun mənim türbətimdən hazırlanmış iki möhürü sındırıb, buna görə ona qardaşları kimi münasibət bəsləyə bilmərəm. İmam bunu deyib, bir qədər etinasız halda qardaşıma nəsə xırda bir hədiyyə verib.

Atam bu yuxunu danışandan sonra anamız bir neçə gün əvvəl baş vermiş hadisədən onu xəbərdar etdi. Hamımız bu işə təəccüb etdik.

Bu hadisələr İmam Hüseyn (ə) türbətinin nə qədər möcüzəvi xüsusiyyətlərə malik olduğunu, ona ehtiram bəsləyən şəxsin nə qədər mənfəətlər əldə etdiyini, onu təhqir edən, hörmətsizlik göstərən adamın isə Allahın və din böyüklərinin qəzəbini qazandığını aşkar göstərir.


Natiq RƏHİMOV
natiq@islam.az
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM TARİXİ | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat