Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

Ïðî÷èòàíî: 965


İslamın ana qaynaqlarında UNO (uçan naməlum obyektlər) barəsində dəqiq və birmənalı məlumatlar axtarmaq yanlış olardı. Çünki hər şeydən öncə, VII əsr ərəbinin düşüncə səviyyəsi bu cür məsələlərdən danışmağa imkan verməzdi. Yerdənkənar sivilizasiyaların axtarışı problemi həm riyazi, fiziki və astronomik biliklərin müəyyən səviyyəyə çatması, həm tələb olunan texnologiya və tədqiqat cihazlarının kəşf olunması, həm də bütünlükdə bəşər şüurunun bu cür məsələləri dərk edəcək və buna önəm verəcək həddə yetişməsi ilə birbaşa bağlıdır.

Lakin bununla belə, istər Qurani-Kərimin bəzi ayələri, istərsə də İslam müqəddəslərinin bir çox kəlamları bu gün araşdırıldıqda, onlarda yerdənkənar sivilizasiyalar, məskunlaşmış dünyalar və s. barədə işarələrin olması ehtimalı ortaya çıxır. Belə ki, müasir təfsirçilərin bir qismi hətta hamının əzbər bildiyi “Əl-həmdu lillahi rəbbil-aləmin” (Fatihə, 2) ayəsini də bu cür şərh edirlər. Bildirirlər ki, Allah bu aləmdən başqa digər aləmlərin də rəbbidir ve həmin aləmlərdə də canlılar yaşayırlar. Bundan başqa, təfsirçilər Quranın aşağidakı ayələrini də yerdənkənar sivilizasiyaların mövcudluğuna sübut kimi təqdim edirlər:

«Yeddi göy, yer və onlarda olanlar (bütün məxluqat) Allahı təqdis edir. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükür etməsin, lakin siz onların (dillərini bilmədiyiniz üçün) təqdisini anlamazsınız. (Allah) həqiqətən həlimdir, bağışlayandır» (İsra, 44)

«Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt (qiyamət günü) onları bir yerə yığmağa qadirdir» (Şura, 29)

«Göylərdə və yerdə olan (bütün) canlılar, hətta mələklər belə heç bir təkəbbür göstərmədən Allaha səcdə edərlər» (Nəhl, 49)

Göründüyü kimi, bu ayələrdə göylərin və yerin canlı sakinlərindən söhbət açılır. Bu canlıların mələklərdən fərqli olduğu bildirilir. Məlumdur ki, yalnız Yer səması (birinci səma) quşlarla məskunlaşıb. Deməli, səmanın daha yüksək qatlarında başqa növ canlıların yaşadığını fərz etməyə güclü əsas vardır.

Bu mövzudakı hədisləri də dediklərimizə əlavə etsək, xeyli inandırıcı bir mənzərə ilə qarşılaşarıq.

İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Allahın 12 min aləmi var. Hər aləm 7 səmadan və 7 yerdən daha böyükdür. O aləmlərdən heç biri sizə görünmür. Allahın bunlardan başqa da aləmi var. Mən bu aləmlərin hamısına höccətəm” («Nuru's-səqaleyn» təfsiri, cild 1, səh. 16-17).

İmam Əlidən (ə) rəvayət edilən bir hədisdə isə belə buyurulur: «Səmada gördüyümüz bu ulduzlar yerdəki şəhərlər kimi şəhərdir. Bu şəhərlər bir-biri ilə nur sütunu vasitəsilə əlaqə saxlayırlar» («Təfsiri-nümunə», cild 20, səh. 439; Şeyx Abbas Qummi – «Səfinətu'l-bihar», cild 2, səh. 574).

Məşhur Quran təfsirçilərindən sayılan Mucahiddən rəvayət etmişlər ki, bizim Kə'bə 14 Kə'bədən dördüncüsüdür və hər asimanda Kə'bə vardır.

Qətadə adlı ravi isə belə söyləyir: «Allah 7 səma və 7 yer yaratdı, onların hər birində vücudlar xəlq etdi. Bu səmalarda və yerlərdə Allahın tamam ayrı-ayrı hökm və əmrləri işləyir».

Ötən əsrlərdə yaşamış Quran təfsirçilərinin əksəriyyəti göylərdə və yerdə gəzib-dolaşan, Allaha həmd edən canlıların varlığı barədə ayələri izah edərkən, yerdənkənar sivilizasiyaların mövcudluğu ehtimalını inandırıcı saymışlar. Zəməxşəri, Fəxruddin Razi, Əbu's-Səud kimi məşhur Quran mütəxəssisləri həmin ayələrin təfsirində yazmışlar: «Mümkündür ki, Allah səmalarda yerdəkilərə bənzər canlılar yaratmışdır və yerdəki canlılar gəzib-dolaşdığı kimi, səmanın sakinləri də orada gəzib-dolaşır, ömür sürürlər» (Əbdülğəni əl-Xətib – «Quran və bugünkü elm», səh. 229-232).

İmam Baqir (ə) hədislərin birində buyurmuşdur ki, Allah-Təala min-min (milyon) aləm və min-min Adəm yaratmışdır. Biz bu aləmlərin sonuncusunda yaşayırıq və sonuncu Adəmin nəsliyik (Mələki Təbrizi – «Əsraru's-səlat», səh. 367).

Yenə İmam Baqirdən (ə) rəvayət edilən bir hədisə görə, Allah bizim günəşdən əlavə daha 40 günəş, bizim aydan əlavə daha 40 ay xəlq edib. Bu günəşlərin və ayların bir-birindən məsafəsi 40 illik yoldur. Onların hər birində çoxlu canlılar yaşayır və bu canlıların bizim mövcudluğumuzdan heç bir xəbəri yoxdur (Seyyid Haşim Bəhrani – «Təfsiru'l-burhan», cild 1, səh. 47).

Dilçi alimlər də məsələyə münasibət bildirmiş və yuxarıda xatırlanan «Əl-həmdu lillahi rəbbil-aləmin» ayəsini bu mövzu baxımından incələmişlər. Onlar «aləmin» kəlməsində bizim dünyamızdan savayı digər canlı aləmlərin (sivilizasiyaların) mövcudluğuna işarə olduğunu sübut etmək üçün «in» cəm şəkilçisinə diqqət yetirmişlər. Məlumdur ki, «aləm» sözünün cəmi «əvalim» və «aləmun»dur. «Aləm» - «faəl» babında olan yeganə sözdür ki, «un» şəkilçisini artırmaqla cəm yaranır (Ayətullah Xoyi – «Əl-Bəyan», cild 2, səh. 775).

Lakin ayədə aləmlərin çoxluğunu bildirmək üçün «əvalim» forması deyil, «aləmun» forması işlənmişdir. Bu isə canlı varlıqların cəmini bildirmək üçün istifadə edilir. Buna görə də bəzi dilçilər və təfsir alimləri sözü gedən ayədə məhz canlı və şüurlu varlıqlardan ibarət aləmlərin nəzərdə tutulduğunu israr etmişlər.

Qeyd etməliyik ki, İslam fikir tarixinin ayrılmaz tərkib hissəsi olan irfan və təsəvvuf ədəbiyyatında da aləmlərin sayının 18 min olması barədə məlumatlar vardır (Səccadi – «İrfani sözlər, terminlər və ibarələr lüğəti», səh. 567). İrfan sahibləri olan məşhur şairlərin əsərlərində «18 min aləm» ifadəsinə tez-tez rast gəlirik. Orta əsrlər klassik Azərbaycan ədəbiyyatının aparıcı simaları olan İmadəddin Nəsimi, Şah İsmayıl Xətai və başqalarının şeirləri də bu baxımdan diqqətəlayiqdir.

Nəsimi öz qəzəllərində «on səkkiz min aləm» ifadəsini xüsusi ədəbi və məna çalarları ilə işlətmişdir:

On səkiz min aləmə ayinə oldu surətin,
Çar ənasir surətində şəkli-insan göstərir.

Və ya:

Ki nişan içrə binişan mənəm uş,
On səkiz min cahana can mənəm uş!

Xətai isə «İdim» rədifli məşhur qəzəlində aləmlərin varlığından bu cür söz açır:

On səkiz min aləmə mən gərdiş ilə gəlmişəm,
Ol səbəbdən həqq ilə sirdar idim, sərdar idim.


Natiq RƏHİMOV
natiq@islam.az
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat