Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Məsih

Ïðî÷èòàíî: 789


İsa (ə) bəşər tarixində Adəmdən (ə) sonra atasız doğulan ilk və hələ ki, yeganə insandır. O, körpə ikən, bələkdə dil açıb danışmış, gələcək hadisələri xəbər vermişdir: “Mən, həqiqətən, Allahın bəndəsiyəm. O, mənə müqəddəs kitab (“İncil”) verdi, özümü də peyğəmbər seçdi” (Məryəm, 30).

İsa (ə) Allahın ən qüdrətli və möcüzəli adını (“ismi-ə’zəm”) bilirdi. Bu adı söyləməklə ölüləri dirildir, sağalmaz xəstələrə şəfa verir, palçıqdan quş heykəlləri düzəldirdi və onlara üfürdükdə heykəllər canlanaraq uçurdu. İsaya (ə) dörd səmavi kitabdan biri – “İncil” nazil olmuşdur. O, pak doğulmuş, pak yaşamış, insanları haqqa hidayət etmək yolunda heç nədən qorxub-çəkinməmişdir. Nəhayət, ölümə bircə addım məsafədə olduqda Allah onu xilas edərək səmaya – öz hüzuruna aparmışdır. İsanın (ə) missiyası hələ başa çatmayıb. O, dünyanın sonuna yaxın yenə zühur edib Allahın izni ilə yerə enəcək, onu Tanrı oğlu sayanlara haqqı anladacaq, bəşərin son imamı olan Xilaskara yardım göstərəcək.


Əxlaq müəllimi


İsa (ə) özündən əvvəlki bəzi peyğəmbərlər kimi silahlı mübarizə aparmamış, müharibə etməmişdir. Nə Davud (ə) kimi hökumət qurmuş, nə də Musa (ə) kimi öz xalqını əsirlikdən xilas etmişdir. İsa (ə) bəlkə də bunlardan daha çətin və daha mühüm bir vəzifənin icrasına girişmişdi. O, ürəklərdə Allahın hökumətini qururdu. O, insanları öz tamah və nəfslərinin əsirliyindən xilas etməyə çalışırdı. İsa (ə) şəhərləri, kəndləri dolaşıb, xalqa nəsihət və öyüd verən əxlaq müəllimi, mənəviyyat ustadı, ruh həkimi idi. Onun üçün ölüləri diriltmək, ölü qəlbləri diriltməkdən ötrü vasitə idi. Onun üçün xəstələri sağaltmaq, zəlalət mərəzinə tutulmuş ürəklərə şəfa verməyin müqəddiməsi idi.

“Məryəm oğlu İsa (ə) daşı mütəkkə kimi başının altına qoyar, qaba və kobud paltarlar geyər, quru çörək yeyərdi... Həyat yoldaşı yox idi ki, onun qayğısına qalsın. Övladı yox idi ki, öz qayğıları ilə onu kədərləndirsin. Sərvəti yox idi ki, başını qatsın. Tamahı yox idi ki, onu xar etsin. Miniyi – öz ayaqları, nökəri – öz əlləri idi” (Həzrəti Əli (ə) - “Nəhcu'l-bəlağə”, 159-cu xütbədən).

Üzüyünün qaşına ona nazil olmuş İncildən bu ilahi kəlmələri həkk etdirmişdi: “Xoş o bəndənin halına ki, Allahı həmişə Allahın özü xatirinə (sidq ürəklə) xatırlayır. Vay o bəndənin halına ki, Allahı onun özü xatirinə (sırf inadkarlıqla) unudur”.

İsa (ə) buyururdu:

«Sizin ürəyiniz mal-dövlətinizin yanındadır. Siz öz xəzinələrinizi səmada yerləşdirin ki, orada nə itər, nə də oğurlanar».

«Günəşin işığı kor adama nə fayda verər? Həmçinin, öz elminə əməl etməyən alimin elmindən də fayda olmaz. Nə çoxdur meyvə ağacları, amma heç də hamısının meyvələri yeməli deyil və nə çoxdur bilənlər, amma heç də hamısı öz biliyindən bəhrələnmir».

«Əkin yalnız torpaqda və hamar yerdə bitər, daşın üstündə yox. Həmçinin, hikmət də təvazökar qəlbdə məskən salar, təkəbbürlü qəlbdə yox!»

«Əgər bir evə od düşsə, oradan başqa evlərə də keçər və bütün evləri bürüyər. Yalnız od düşən birinci evi dağıtsalar, alov kəsiləcək. Həmçinin, zülm edən ilk zalımın da qarşısını alsalar, ardınca başqası cəsarət edib zülm etməz».

«Hər kəs ilanın qardaşını sancacağını görsə və xəbərdarlıq etməsə, ilan sancandan sonra o adamın qətlində şərik olar. Eləcə də, hər kim qardaşının günah etdiyini görüb onu çəkindirməsə, həmin günahda şərikdir. Hər kim zalımın zülmünə mane ola bildiyi halda, bunu etməsə, zülmdə şərikdir».

«Hər kim atına təlim verməsə, onunla məşq keçməsə, at qudurğan və tənbəl olar. Həmçinin, əgər ürəklər ölümü yada salmasa və ibadətə öyrəşməsə, kobudlaşar və bərkiyər».

«Xırda günahlar şeytanın tələləridir, onları sizin gözünüzdə əhəmiyyətsiz göstərər ki, etina etməyəsiniz və günahlara qərq olasınız».

«Vay olsun halınıza! Muzdunuzu bütöv alırsınız, həmin muzdla ruzi yeyirsiniz, paltar geyinirsiniz, evlər tikirsiniz, amma muzd verənin işini pozursunuz. Yaxın vaxtlarda sifariş sahibi sizinlə hesab çəkəcək, korladığınız iş barəsində sizi sorğu-suala tutacaq və sizi rüsvay edəcək!» (Kəlamlar İbn Şu'bə Hərraninin «Tuhəfu'l-uqul» kitabındandır).

Bu gün əlimizdə olan İncilləri oxuyanda və xristian kilsəsinin təbliğat metodları ilə tanış olanda belə qənaətə gəlirik ki, İsanın (ə) dini laqeydlik, məsuliyyətsizlik, xəyalpərəstlik, zülmlə barışmaq ideyalarının məcmusundan ibarətdir. Guya Həzrəti İsa (ə) ədalət uğrunda hər cür mübarizə və inqilabları rədd edirdi. İki minillik boyunca Həzrəti İsanın (ə) dünyagörüşünün xarakterik xüsusiyyətləri kimi, «Hər kəs sənin sağ yanağına sillə vursa, sol yanağını da ona tərəf çevir», «Hər kəs sənin üst geyimini tələb etsə, alt geyimini də ona hədiyyə et» ifadələrnin insanlara təqdim olunması da məhz bu məqsədi daşıyır.

Görəsən, İsanın (ə) həqiqi siması doğrudanmı belə imiş? Doğrudanmı, bu yeni şəriət sahibi, «Ruhullah» ləqəbli peyğəmbər yalnız belə ideyaların təbliği üçün göndərilmişdi? Əgər belə idisə, İsanın (ə) dediklərində nə qorxulu ideya var idi ki, onu aradan götürmək istəyirdilər? Məgər istisnasız olaraq hamıya məhəbbət, zülmlə barışıq çağırışları Allahı tanımayan ruhanilərin, uca qəsrlərdə yaşayan hakimlərin, pul və sərvət sahiblərinin mənafeyinə uyğun deyildimi? İsa (ə) onlarla hansı düşmənçiliyinə görə dar ağacına sürüklənirdi?

Elə mövcud İncillərə diqqətlə nəzər salsaq, əsil həqiqətlə üzləşərik. Həqiqət isə budur: İsanın (ə) dini əslində tam inqilabi bir təlim idi. Zaman keçdikcə bu təlim təhrif edilərək, camaata xəyalpərəstlik və süstlük aşılayan tiryəkə çevrildi. Amma Həzrəti İsa (ə) bu cür deyildi. O, tamam başqa sözlər deyir, başqa fikirlər yayırdı: «Elə düşünürsünüz ki, mən dünyaya sülh gətirməyə gəlmişəm? Yox, əksinə, ayrılıq salmağa gəlmişəm! Çünki bundan sonra bir evdə yaşayan beş nəfər bir-birinə zidd olacaq: üçü ikisinə qarşı və ikisi üçünə qarşı; ata oğula və oğul ataya qarşı, ana qızına və qız anaya qarşı, qayınana gəlinə, gəlin qayınanaya qarşı olacaq» (Luka İncili, XII, 51-53).

«Hər kəs atasına, anasına, arvad-uşağına, qardaş-bacısına, hətta öz həyatına düşmən deyilsə (yəni lazım olduqda bunları qurban verə bilmirsə), mənim yanıma gəlsə də, şagirdim ola bilməz. Hər kim öz çarmıxını daşıyıb, mənim ardımca gəlmirsə, mənə şagird ola bilməz!» (Luka İncili, XIV, 26-27).

Həzrəti İsanın (ə) əsas iki mübarizə hədəfi var idi: saraylarda bəslənən yalançı, muzdur ruhanilər və pulu tanrı sayan insafsız varlılar. Məryəmin haqsevər oğlu ruhani geyimli fırıldaqçılar barəsində həvarilərə tövsiyə edirdi: «Tövrat yazan katiblərdən ehtiyatlı olun! Onlar uzun paltarlarda nazlanmağı, meydanlarda, cəmiyyət içində salam almağı, məbədlərdə baş kürsüləri, ziyafətlərdə yuxarı yerləri sevirlər. Onlar dul qadınların evini talayır, riyakarcasına uzun-uzadı ibadət edirlər. Onlar ağır cəzaya düçar olacaqlar» (Mark İncili, XII, 38-40).

Həzrəti Məsih (ə) Allaha yaxınlaşmaq yolunda var-dövlətin necə böyük maneə olduğunu xatırladır və insanları dünya ləzzətlərinə aludə olmamağa çağırırdı: «Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib digərini sevəcək, ya da birinə yaxın olub digərinə xor baxacaq. Siz eyni zamanda həm Allaha, həm də mal-dövlət bütünə itaət edə bilməzsiniz» (Matfey İncili, VI, 24).

Həzrəti İsa (ə) öz zəmanəsində dünya məzlumlarına yönəlmiş əvəzsiz manifestin müəllifidir: «Ey bütün zəhmətkeşlər və ağır yüklülər, mənim yanıma gəlin! Mən sizə rahatlıq verərəm. Mənim hakimiyyətimi qəbul edin və məndən öyrənin, onda canınız rahat olar. Mənim itaət zəncirim asanlıq və rifahdır, yüküm yüngüldür» (Matfey İncili, XI, 23-30).

İsa (ə) şüurlarda başlanan inqilabın tərənnümçüsü, dünya məzlumlarının azadlıq ideyalarının bayraqdarıdır. İsa (ə) özünün məşhur «qılıncı olmayan paltarlarını satıb qılınc alsın!» çağırışı ilə zülmlə barışmazlıq və azadlıq rəmzidir.


İsa (ə) Həzrəti Muhəmmədi (s.ə.s.) müjdələyir


«Məryəmin oğlu İsa dedi: «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi mücdələyirəm» («Səff» surəsi, ayə 6).

Həzrəti Muhəmməd peyğəmbər (s.ə.s.) barəsində İncildəki xəbərlərdən danışarkən, kilsə tərəfindən qeyri-qanuni sayılmış və bütün nüsxələrinə qarşı əsil «ov» elan edilmiş «Barnaba İncili» kimi mənbələrdən söz açmayacağıq. Yalnız kilsənin qanuni mətnlərdən biri kimi tanıdığı İohann İncilindəki əlamətləri araşdıracağıq.

Həzrəti İsa Məsihin (ə) öz həvariləri ilə son görüşü İohann İncilində ətraflı təsvir olunmuşdur. İsa (ə) yemək süfrəsi arxasında həvarilərlə halallaşıb onlara son tapşırıqlarını verirdi:

«Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O, gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək... O, yə’ni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək» (XVI, 8-13).

Əvvəla, bunu deyək ki, o biri İncillər kimi İohann İncilinin də əlimizdə olan ən qədim nüsxəsi yunan dilindədir. Halbuki Həzrəti İsa (ə) və onun şagirdləri yunan yox, arami dilində danışırdılar. Demək, İncillərdəki heç bir söz İsanın (ə) dilindən çıxan kəlmələrin oricinalı deyildir. İohann İncilindəki Həzrəti İsanın (ə) bütün sözləri də (əgər həqiqətən onundursa) yalnız tərcümədir.

İohann İncilinin yunanca mətnində işlənmiş «Paraklitos» sözü «təsəlliverici», bə’zən isə «müdafiəçi, vəkil» kimi mə’nalandırılmışdır. Əslində isə «Paraklitos» sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və «Periklitos» kəlməsinin eybəcər hala salınıb dəyişdirilməsi nəticəsində yaranmışdır. İohann İncilinin ilkin yunan variantında «Periklitos» ifadəsi işlənmiş, sonralar məqsədli şəkildə dəyişdirilərək «Paraklitos» şəklinə salınmışdır.

Yunan dilindən tərcümədə «Periklitos» (Periqlytos) kəlməsi «çox bəyənilmiş, çox tə’riflənmiş» mə’nasını bildirir. Heç təsadüfi deyil ki, bu sözlərin ərəb dilində qarşılığı «Əhməd»dir. «Əhməd» də «çox tə’riflənmiş, çox həmd edilmiş» deməkdir. Deməli, Həzrəti İsa (ə) həvariləri ilə vidalaşarkən, İslam peyğəmbərini ən məşhur ləqəbi ilə – «Əhməd» adlandırmışdır. İncil qələmə alınarkən bu söz yunan dilinə «Periklitos» kimi tərcümə olunmuş, daha sonra təhrif edilərək «Paraklitos» (Təsəlliverici) şəklinə salınmışdır.

Bəli, bu həmin Əhməddir ki, Həzrət İsa (ə) onun insanlarla əbədi qalacağını (yə’ni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını mücdələmişdir.

«O, özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək», - cümləsi Qurani-Kərimin məşhur bir ayəsinin eynidir. Qur’anın «Nəcm» surəsinin 3-4-cü ayələrində Allah-Təala Həzrəti Muhəmməd (s) haqqında belə buyurur: «O, heç vaxt öz şəxsi istəyi ilə söz deməz. Onun dediyi yalnız vəhydir».


Xaç əfsanəsi


«Onlar: «Məryəm oğlu İsa Məsihi öldürdük», - dedilər. Halbuki, onlar İsanı nə öldürdülər, nə də çarmıxa çəkdilər. Bu, onlara belə göründü. Bu barədə fikir ayrılığına düşənlər şəkk-şübhə içindədirlər. Onların buna dair heç bir məlumatı yoxdur. Onlar ancaq zənnə qapılırlar. Həqiqətdə, onlar İsanı öldürməmişlər. Xeyr, Allah onu öz dərgahına qaldırmışdır. Şübhəsiz, Allah qüvvət və hikmət sahibidir» (Nisa, 157-158).

Quranın bu ayələri öz dövründə 600 illik tarixə malik «xaç əfsanəsi»ni yerlə-yeksan etmişdir. İsa (ə) xristianların iddia etdiyi kimi, çarmıxa çəkilməmişdir. Hər şey çox sadə və ədalətli şəkildə baş vermişdir. Belə ki, İsanı (ə) 30 qızıl parçasına satan Yəhuda öz xəyanətinin qurbanı oldu. Sonsuz qüdrət sahibi olan Allah Yəhudanın sifətini İsaya (ə) bənzətdi və əsgərlər bu xainin özünü tutub dara çəkdilər. Yəhuda, onu İsa (ə) sayan dostların və düşmənlərin gözü qarşısında, iki yolkəsən quldurla birlikdə çarmıxın üstündə can verdi, əsil İsa (ə) isə səmaya yüksəlib, öz qövmündən şikayətlər dolusu qəlblə Allahın hüzuruna tələsdi.

İsaya (ə) qalib gələ bilməyən xainlər onun xatirəsini ürəklərdən silmək üçün çarə tapdılar. Əsil İsanı (ə) yaddaşlardan silmək üçün yalançı İsa obrazı yaratdılar. «Yeni» İsa adi insan deyildi, Tanrının oğlu idi; xalqı zülmə qarşı mübarizəyə səsləmirdi, əksinə, insanlara deyirdi ki, onların qanını içən zalımlara qardaş desinlər. Bu İsa bir-biri ilə uyğun gəlməyən dolaşıq sözlər danışır, məntiqsiz hərəkətlər edirdi, şərab içirdi! Get-gedə böyük missiya sahibi olan İsa (ə) unuduldu, onun yerini cılız və iradəsiz, oyuncağabənzər fiqur tutdu. Bütün ömrünü təkallahlılıq dininin təbliğinə həsr etmiş, beşikdə ikən dil açıb: «Mən yalnız Allahın bəndəsiyəm», - söyləmiş İsa Məsih (ə) isə Allahın hüzurunda bütün bunları səbirlə izləyərək, dünyanın sonunu gözləyir: «O zaman (qiyamət günü) Allah belə buyuracaq: «Ey Məryəm oğlu İsa! Sənmi insanlara demişdin: «Allahla yanaşı, məni və anamı da özünüzə tanrı bilin!» İsa cavabında deyəcək: «Sən pak və müqəddəssən. Haqqım çatmayan sözü söyləmək mənə yaraşmaz! Əgər mən bunu demiş olsaydım, Sən mütləq bilərdin. Sən mənim ürəyimdə olan hər şeyi bilirsən, mən isə Sənin zatında olanları bilmirəm. Şübhəsiz, qeybləri bilən ancaq Sənsən! Mən onlara, yalnız Sənin mənə etdiyin əmri çatdırıb belə demişəm: «Mənim də, sizin də rəbbiniz olan Allaha ibadət edin!» (Maidə, 116-117).

Natiq RƏHİMOV

natiq@islam.az
[ Âåðíóòüñÿ â ðàçäåë DİGƏR DİNLƏR | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat