Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Yalanların ən böyüyü

Ïðî÷èòàíî: 1037


Əsrlər boyu İslam alimləri bir məsələ barəsində hökm çıxararkən əvvəl Qurana, sonra isə Muhəmməd peyğəmbərin hədislərinə üz tutublar. Beləcə, Qurani-Kərimlə bərabər səhih hədislər də İslam şəriətində mötəbər qaynaq hesab olunmuş, bu səbəbdən də sırf bu elm sahəsi ilə məşğul olan görkəmli hədis alimləri ortaya çıxmışdır. Bu cür alimlər müxtəlif hədisləri cildlər halında toplayaraq bu hədislərin itib-batmamasına və günümüzə qədər gəlim çatmasına nail olmuşlardır. Lakin biz bu gün hədis elmindən yox, əksinə, hədis elminin ən böyük problemlərindən biri – uydurma hədislər haqqında danışacağıq.

Həqiqətən İslamın doğuşundan günümüzə qədər İslam aləmində ən böyük çaxnaşmalar yaratmış problem – uydurma hədis problemidir. Belə bir problemin ortaya çıxmasının ən böyük səbəbi, İslamın ilk dövrlərində Quranın bir kitab halında toplanmasına rəğmən, hədislərin kitab halına salınmaması, uzun müddət yalnız insanların hafizəsində, şifahi şəkildə qorunmuş olmasıdır. Bu da, İslamın düşmənləri tərəfindən istənilən sözün hədis kimi uydurulmasına şərait yaratmışdır. Hələ o zamanlar Əbdulkərim ibn Əbi-l Əvca saxta hədis uydurmaqda ittiham edilərək edam olunarkən «dininizdə halalı haram, haramı halal göstərən min hədis uydurmuşam» demişdi.

Ümumiyyətlə, uydurma hədis nədir və onu səhih hədisdən necə ayırd etmək olar? Bu suala cavab vermək üçün gəlin əvvəlcə hədisin nə olduğuna qısaca toxunaq. Qısaca tərif versək, Hz. Peyğəmbərin mübarək sözləri, işləri və görüb mane olmadığı şeylər hədis adlanır. Hədis praktiki olaraq Muhəmməd peyğəmbərin həyat tərzidir və yerinə görə ya Qurani-Kərimin gətirdiyi hökmləri dəstəkləyir, ya onları şərh edir, ya da Quranın ümumiyyətlə toxunmadığı mövzularda hökmlər qoyur. Hədis iki hissədən ibarət olur: Hədisi rəvayət edəndən Rəsulullaha qədər olan ravilər zəncirini göstərən sənəd və rəvayətin hədis hissəsi olan mətn. Hədis uydurularkən də bu iki hissədən birində saxtakarlığa yol verirlər.

Bir görüşə görə hələ Peyğəmbərin dövründə, başqa bir görüşə görə isə Xəlifə Osmanın qətlindən sonra ortaya çıxmış hədis uydurma fəaliyyətlərinin müxtəlif səbəbləri olmuşdur. Bəziləri hansısa bir qrupun görüşünü müdafiə etmək üçün, bəziləri şəxsi mənfəət əldə etmək üçün, bəziləri isə İslama olan düşmənçilikləri səbəbilə saxta hədis uydurmağa başlamışlardır. Lakin uydurma hədislərin yaranmasına yol açan bir səbəb də var və çöx təəssüflə də olsa bildirməliyik ki, bu, İslama xidmət etmək arzusudur. Bəli, İslama xidmət etmək arzusu. Ürək ağrısı ilə bildirməliyik ki, hətta günümüzdə də bu cür arzuyla bir çox din xadimləri saxta hədislər söyləməkdə, bununla sanki İslama «humanistlik» gətirməkdədirlər. Belə bir yolla uydurulmuş hədislərə misal olaraq, «Bir saat elm oxumaq altmış illik ibadətdən daha xeyirlidir» kəlməsini göstərmək olar. Belə uydurmaları ortaya atanlar yəqin ki, Hz. Peyğəmbərin «Özündən uydurduğu bir sözü hədis olaraq söyləyən şəxs cəhənnəmdə əzab görəcəkdir» deyə buyurduğunu eşitməmiş, eşitsə də qulaqardına vurmağı üstün tutmuşdur.

Böyük hədis alimi Muhəmməd Xadimi öz kitabında qeyd edir ki, hədisi səhih və ya şübhəli olduğunu bilmədən söyləmək, hədis səhih olsa belə günahdır. Bu cür şəxsin hədis söyləməsi caiz deyildir. Hədis kitablarından hədis nəql etmək üçün hədis alimlərindən icazə (diplom) almalıdır.

Lakin günümüzdə istər yas mərasimlərində, istərsə də mətbuatda bəzi üzdəniraq din xadimləri iddialarını sübuta yetirmək üçün hədis söylərkən nəinki hədis alimlərindən icazə almaq, heç hədisin hansı mötəbər kitabda keçdiyini, kim tərəfindən rəvayət olunduğunu zikr etməyi də lazım bilmir. İslamı düzgün başa düşməyə mane olan bu cür uydurma hədislərin dinin təhrif edilməsi, məzhəblərarası iğtişaşlara yol açma, insanları dindən soyutma kimi çox ciddi zərərləri vardır.

Yazının bu yerində belə uydurma hədislərə bir neçə misal vermək yerinə düşərdi. Belə uydurma hədisin biri, hətta bəzi kitablara belə yol tapmağı bacarmış bu cəfəngiyyatdır: «Yaşıl rəngə və gözəl qadına baxmaq görmə qabiliyyətini artırır». Bu absurd kəliməni yəqin ki, təhlil etməyə ehtiyac da yoxdur. Başqa belə bir cəfəngiyyat kitablara yol tapa bilməsə də, xüsusilə içkiyə aludə olmuş insanlar arasında çox məşhurdur. İçki içən bir çox insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün belə bir əhvalat nəql edirlər: «Bir gün Peyğəmbər oturub içki içən bir neçə insanın yanından keçərkən onların mehriban şəkildə yeyib-içdiklərini görüb ''halalınız olsun'' deyir. Daha sonra oradan qayıdarkən həmin insanların içkinin təsirindən mübahisə edərək dalaşdığını görmüş, məhz bu səbəbdən də ''haram olsun'' demişdir».

Gördüyünüz kimi, bu cür içki aludəsi olmuş insanlar öz günah əməllərinə haqq qazandırmaq üçün Peyğəmbərə böhtan atmaqdan belə çəkinmirlər. Bu cür insanlar bilməlidirlər ki, peyğəmbər adına yalan uydurmaq ən böyük günahlardandır. Çünki, yalan onsuz da günahdır, onda da ola peyğəmbər adına ola. Peyğəmbərin «Kim mənə nisbət edərək yalan uydursa, cəhənnəmdəki yerinə hazırlaşsın» mənasındakı hədisi bunu bir daha təsdiq edir.

Sonda bir daha üzümüzü bütün din xadimlərinə tutub bu məsələdə ehtiyatlı olmalarını, hədis rəvayət edərkən sənədini və götürüldüyü qaynağı qeyd etmələrini xahiş edirik. Gündəlik həyatımızda rast gəldiyimiz hədislərin uydurma olub-olmadığını isə müxtəlif meyarlardan təhlil edərək ortaya qoymaq olar. Belə ki, hədis deyə ortaya atılmış sözün qrammatik cəhətdən yanlış olması, o sözün uydurma olduğunun ilk və ən bariz nümunəsidir. Çünki, Hz. Peyğəmbər ərəblərin ən gözəl danışanı olmuşdur. Bundan başqa, Quran və səhih sünnəylə təzad təşkil etməsi, ağıl, hiss, müşahidə və tarixi faktlarla uyuşmaması bu cür uydurma hədislərin əsas əlamətləridir və onların tanınmasında bu cür meyarlardan istifadə etmək olar.

Nəticə olaraq, bu cür xoşagəlməz hədis uydurma fəaliyyətinin içində biz müsəlmanlar üçün qürurverici bir incəliyə diqqətinizi çəkmək istəyirik. Hər kəsə məlumdur ki, istənilən halda yalnız qiymətli şeylərin saxtası düzəldilir. Buradan da belə aydın olur ki, kim tərəfindən uydurulmasından asılı olmayaraq, saxtasının düzəldilməsi hədisin hətta İslam düşmənləri arasında da nə qədər qiymətli olduğunu göstərir. Bizə düşən isə yalnız ustalıqla hərəkət edib saxtanı oricinaldan ayırd etmək qalır.


Aqil HACIYEV (aqil@islam.az)
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat