Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Ölümdən niyə qorxuruq?

Àâòîð: Aqil HACIYEV (aqil@islam.az)
Ïðî÷èòàíî: 1043


Ağıllı insanın xüsusiyyətlərindən biri də sabahını sığortalamaq üçün bu gündən tədbirlər tökməkdir. Dünya həyatımızda ətrafımıza nəzər salsaq görərik ki, biri gələcəkdə gözəl karyera qurmaq üçün illərlə təhsil alır, digəri gələcəkdə hansısa bir dünya malına sahib olmaq üçün illərlə pul yığır və s. Halbuki bütün bu planlar qurularkən həmin gözlənilən vaxtın gələcəyi ehtimal olunur və heç kimin nəinki o vaxta, heç sabahkı günə belə çıxacağı haqqında yüz faizlik gümanı yoxdur. Belə olan halda, gələcəyi ehtimal olunan sabahkı günləri üçün bu gündən hazırlıq görən insanın, gələcəyi şübhəsiz olan ölümdən sonrakı həyatı xatırlayıb, onun üçün hazırlıq görməməsi həqiqətən də çox düşündürücüdür. Bu səbəblə də Peyğəmbərimiz ölümü çox xatırlamağı və ondan sonrası üçün hazırlıq görməyi əmr etmiş, nəfsinə dəyər verməməyi və ölümdən sonrası üçün çalışmağı ağıllılıq əlaməti saymışdır.

Ümumiyyətlə, İslamda ölümü xatırlamaq və ölümdən sonrasını düşünmək bütün müsəlmanlara tövsiyə edilmişdir. Amma bu tövsiyə mömünə, dünya həyatını zindan etmək üçün deyil, əksinə, dünya həyatını düzgün qurmaqla bərabər axirət həyatına da hər an hazır olması, hər iki dünyası üçün müsbət fəaliyyətlərinə görə səadət ümidilə yaşaması və bədbəxt olmaması üçün edilmişdir. Qış azuqəsi hazır olan insanı qışın gəlişi qorxutmadığı kimi, axirət ''azuqəsi'' hazır olan insanı da ölümün gəlişi qorxutmaz. Bəs rahat ömür sürüb, belə bir axirət ''azuqəsini'' necə hazırlamalıyıq? Necə yaşamalıyıq ki, istənilən vaxt ölümün gəlişinə hazır olaq və ölümün gözlərinə dik baxaq? Bunun tək yolu – Allahın əmr etdiyi, peyğəmbərlərin və əməlisaleh insanların getdiyi yolu izləməkdir ki, məhz bu yolu izləyən insan ömrünü əsl mömün kimi başa vuraraq axirətinə hazır olaraq köç edir. Əsl mömün dünyadan ayrılarkən qiyamətinin qopacağını və əməllərindən hesaba çəkiləcəyini bilir. Qəbrin qaranlıq, ilan-çiyanla dolu, dar və tənhalıq evi olduğunu, orada sorğu-sual olunacağını və qəbri bu dəhşətli halından xilas edib cənnət bağçalarından bir bağça halına gətirməyin öz əlində olduğunu da bilir. Bundan başqa, qəbirdə əməllərinin Rəsulullaha və özündən əvvəl vəfat etmiş mömün qohumlarına ərz ediləcəyini də bilir. Bax bütün bunları bildiyi üçün də ölümü çox xatırlayaraq heç vaxt yadından çıxarmamalı və ona hazırlaşmalıdır.

Mömün, ölümdən sonrasını yaddan çıxarmayaraq ölümə hazır olduğu üçün ölümdən qorxmaz. O, ölümdən qorxmanın, varlığı olmayan bir xəyaldan qorxmaq olduğunu bilir. Çünki, ölümə hazır olmayan insanları qorxudan ölüm deyil, ölümdən sonrasıdır.

Beləliklə, insanların ölümdən qorxmalarının yeganə səbəbi, ölümdən sonrakı həyatı qavrayaraq, ona hazır olmamalarıdır ki, insanın fəzilət dərəcəsi və təqvası artdığı nisbətdə ölüm qorxusu azalır. Söhbətin bu yerində, Əməvi xəlifəsi Süleyman ibn Əbdülməlikin «Ölümdən niyə qorxuruq?» şəklindəki sualına tabiundan olan Sələmə ibn Dinar əl-Mahzuminin verdiyi cavabı da qeyd etmək yerinə düşərdi. Hazırcavab bir şəxs olan Sələmənin xəlifəyə cavabı belə olmuşdur: «Dünyanızı abadlaşdıraraq axirəti xaraba halına saldınız. Abad yerdən xarabaya getmək əlbəttə ki, sizi hürkütməlidir». Beləcə o, ölümdən qorxanların qorxu səbəblərinin ölümə hazır olmadıqları olduğunu bildirmişdir. Ölümü çox xatırlayan mömün isə, ona hazır olduğu üçün belə bir qorxusu olmur.

Axirət «azuqəsi» hazırlamamış və ölümə hazır olmayan insanlar üçün isə, ölüm həddindən artıq qorxuludur. Ölüm qardaşı qardaşdan, övladı anadan, arvadı ərindən ayırır. İnsanı, uğrunda axirətini qurban verdiyi, canından çox sevdiyi mallarından ayırır. Çox vaxt isə, mallarını, sevmədiyi insanlara qismət edir. Ölüm, dünyada qu tükündən olan yataqları belə bəyənməyən neçə-neçə nazlı bədənləri torpağın altında çürüdür.

Ölümün insanlara etdiyi təsir nəticəsində mənəvi aləmə inanmayan insanların bir çoxu maddi ölümü ortadan qaldırmaq və maddi aləmdə daha çox qala bilmənin yollarını axtarmaqdadırlar. Bu məqsədlə özlərini buzxanalarda donduran və barokameralarda əbədilik axtaranlar haqqında məlumatlara gündəlik həyatımızda tez-tez rast gəlirik. Düzdür, bunlar da ölümü xatırlayırlar, amma ölümdən sonrakı həyata hazırlıq üçün yox, ölümü ortadan qaldırıb dünyadakı səfahət və səfalətlərinə davam edə bilmək üçün.

Çox qəribədir ki, çoxumuz ölümün yaxınlaşdığını anladığımız zaman, Allahın hüzuruna təmiz çıxmaq üçün dua və niyaza, tövbə və istiğfara başlayırıq. Onu başa düşmək lazımdır ki, biz real olaraq hər gün, hər saat, hər dəqiqə və hər an ölümə yaxınlaşmaqda və ölməkdəyik. Çünki axirətə hazırlıq üçün verilmiş olan ömürlərimiz keçməkdədir. Qısacası, ölüm döşəyinə qədər təxirə salmadan hər an ölümü xatirimizdə tutmalı və ölümə hazır olmalıyıq.

Ölümə hazır olmaq isə qısaca, gözəl yaşamaq deməkdir. Daima hər xüsusda gözəl hərəkət etmək üçün, ölümü xatırlamaq və ölüm ərəfəsində yaşadığını bilmək kifayətdir.

Ümumiyyətlə, insanlara öyrəşdikləri yerdən ayrılmaq çətin gəlir. Bu etibarla dünya həyatına alışdıqları üçün ölümü də sevməz, dünyadan ayrılmaq istəməzlər. Amma mömünə yaraşan hərəkət, həqiqətən sevilməyə layiq olan şeyləri sevməkdir. Hər kəs yaşamağı sevər, amma mömün, dünyadakı qısa həyatdan çox axirətdəki əbədi həyatı sevməli və ona, orada xoşbəxt yaşamağa hazırlaşmalıdır. Dahilərdən biri belə demişdir: «Doğulduğun zaman hər kəs gülür, sən isə ağlayırdın. Dünyada elə yaşa ki, öləndə, hər kəs ağladığı halda sən güləsən».
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat