Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Ruzi (III yazı)

Àâòîð: Ağabala MEHDİYEV (agabala@islam.az)
Ïðî÷èòàíî: 917


Bəzən isə ruzinin azlığı imtahan xarakteri daşıyır. Amma insanlar ilahi meyarlarla tanış olmadığı üçün onun həqiqi mənasını dərk etmirlər. Allah-Təala buyurur:

“Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər” (Fəcr, 16).

Ruzinin azlığı imtahan ola bildiyi kimi Allahın ruzini bol etməsi də imtahan ola bilər:

"İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər" (Fəcr, 15).

Bu iki ayədən belə məlum olur ki, insan özünün ehtiram və təhqirinin meyarı kimi ruzisinin bol və ya az olmasını görür. Halbuki bunların heç biri deyilən kimi deyildir, nə dövlətlilik Allah yanında böyük ehtirama malik olmağı göstərir, nə də kasıblıq təhqir ve həqarəti.

Buradan da ilahi meyarların insanın fikirləşdiyi meyarlardan tamamilə fərqli olması məlum olur. Bu barədə Quranın daha bir ayəsinə nəzər salaq:

“Əgər insanların (müşriklərin cah-cəlal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı (təhlükəsi) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik. Eləcə də evlərinin qapılarını və söykəndikləri taxtları (gümüşdən düzəldərdik). Və (bunlardan əlavə onları) qızıl bəzəklər (içində qərq edərdik, yaxud həmin şeyləri qızıldan düzəldərdik). Həqiqətən, bütün bunlar fani dünya malıdır. Axirət (Cənnət) isə sənin Rəbbinin yanında ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlər üçündür!” (Zuxruf, 33-35).

Bu ayəni təfsir alimləri bir neçə cür izah edirlər. Bəzilərinin fikrinə görə, ayədə insanların hamısının bir ümmət olmasından məqsəd onların dindən çıxıb kafir olmalarıdır. Yəni, əgər insanların hamısının kafirlərin vəziyyətinin yaxşi olmasını görüb kafir olması qorxusu olmasaydı, Allah-Təala kafirlərin evlərinin damlarını, ora qalxmaq üçün istifadə etdikləri nərdivanları, eləcə də qapılarını və taxtlarını qızıl-gümüşdən düzəldərdi. Digər bir görüşə görə isə Allah-Təalanın “insanların tək bir ümmət olmasından” məqsədi insanların hamısının - istər kafir olsun, istər mömin - dünya nemətləri əldə etmək barədə bərabər olmasıdır. Belə ki, Allahın qanunlarına əsasən insanlar göstərdikləri səy və təlaş müqabilində münasib nəticə əldə etmək barədə bərabərdirlər. Yəni belə deyil ki, məsələn, Allah-Təala kafir nə qədər çalışsa da onun səylərini nəticəsiz qoysun, amma mömin hətta çalışmasa belə, onu firavanlıq içində yaşatsın. Hər halda, ayənin insanlara çatdırmaq istədiyi əsas mənalardan biri budur ki, Allah yanında var-dövlət və sərvət nəinki insanın üstün və ya alçaq olmasının göstəricisi deyil, hətta bəzən Allahın qəzəb əlamətidir.

Bütün bu deyilənlərdən əlavə, Quran baxımından ruzinin azalmasi səbəblərindən biri də imansızlıq ve günahlardır. Əlbəttə, ruzinin azalmasinin səbəbi həmişə günah deyil. Amma bir sira günahlar nəticəsində ruzinin azaldığı bildirilmişdir. Bir sıra əməllər ruzinin azalmasına və bəla gəlməsinə səbəb olduğu kimi, bəzi əməllər də ruzinin artmasına səbəb olur. Allah-Təala buyurur:

“Əgər o məmləkətlərin əhalisi iman gətirib (pis əməllərdən) çəkinsəydilər, sözsüz ki, onların başlarına göydən və yerdən bərəkət yağdırardıq. Lakin onlar (öz peyğəmbərlərini) yalançı hesab etdilər, Biz də onları qazandıqlarına (qazandıqları günahlara) görə məhv etdik” (Əraf, 96).

Bu, Allahın ənənəvi qanunlarındandır. Allah-Təala Maidə surəsinin 66-cı ayəsində də yəhudi və xristianlar haqqında buna bənzər ifadə işlətmişdir. Bu kimi ayələr insanların iman və təqvalarının onların maddi həyatındakı təsirini və rolunu bəyan edir. Burada belə bir sual yaranır ki, əgər iman bərəkətə, imansızlıq isə bəlaya səbəb olursa, bəs nə üçün dünyanın bir çox imansız məmləkətləri naz-nemət içində xöşbəxt həyat sürürlər? Bu suala cavab olaraq qeyd etmək istərdik ki, əvvəla onların naz-nemət içində xoşbəxt olmasını güman etmək tamamilə yanlışdır. Bu yalnışlığın səbəbi sərvəti xoşbəxtlik amili hesab etməkdir. Əslində, sərvət heç də həmişə xoşbəxtlik və rahatlıq deyil. Əgər kimsə bu cəmiyyətlərin içinə girib insanların əhval-ruhiyyəsi ilə tanış olsa görər ki, onların yaşadıqları mənəvi sarsıntılar olduqca cansıxıcı və ağrılıdır. Maddi nailiyyətlərin səbəbi təbii ki, onların səy və təlaşlarıdır. Bunu inkar etmək olmaz. Amma bu o demək deyil ki, kimin maddi vəziyyəti yaxşıdırsa, həyatı da gözəldir və o, özünü xoşbəxt hiss edir. Digər tərəfdən, hətta bu nemətlərin onlara Allah tərəfindən birbaşa əta edilməsini fərz etsək belə, yenə də məsələdə qaranlıq bir məqam qalmır. Bu məqamı bir məsəllə daha aydın dərk etmək mümkündür. Məsələn, iki nəfər eyni xəstəliklə həkimə müraciət edir. Həkim bu xəstələrə müalicə dövründə bir sıra şeyləri qadağan edir. Amma bir müddətdən sonra onların birinə “get ürəyin istəyəni ye”, digərinə isə “sən hələ pəhrizdə qal” deyir. Məsələyə zahiri cəhətdən yanaşsaq, həmin xəstələrin birinin sağalmasını, ikincisinin isə sağalmadığı üçün hələ də məhrumiyyətdə qalmasını güman edərik. Amma əgər gedib həkimdən bu məsələnin səbəbini araşdırsaq, görərik ki, sən demə məsələ tamamilə əksinə imiş. Sən demə birinci xəstəyə hər şəy yemək icazəsinin verilməsinin səbəbi işin-işdən keçməsi və onun sağalmaq ehtimalının olmamasıdır. Bu səbəbdən də həkim ona heç bir pəhrizin fayda verməyəcəyini görüb ürəyi istəyəni yemək icazəsi verir. İkinci xəstədə isə sağalma ehtimalı olduğu üçün pəhrizin saxlanılması tapşırılır. Allahın bəzilərinə nemət verməsinin və ya bəzilərindən törətdikləri bütün fəsadlara baxmayaraq nemətləri almamasının səbəbi də bəzi hallarda budur. Çünki Allah günahlara görə insanlara ona görə bir sıra məhrumiyyətlər verir ki, bəlkə qəflət yuxusundan ayılaraq ibrət götürdülər. Amma iş o yerə çatanda ki, daha ibrət götürməyə heç bir ümid qalmır, onda neməti başlarından tökür. Müsəlman cəmiyyətdə isə ayılmaq ehtimalı olduğu üçün bəzi məhrumiyyətlər tətbiq edilir.

Rifah içində yaşayan və bəzən bir çoxlarında sual doğuran cəmiyyətlər barədə bunu da qeyd etmək lazimdır ki, onların malik olduqları sərvətlərin hamısı nə Allahın onlara əta etdiyi nemətlərdir, nə də onların öz istedad və bacarıqları ilə əldə etdikləri qazanclar. Həmin sərvətlərin çox hissəsi də onların tarix boyu müxtəlif millətləri qarət edib istismarçılıqla əldə etdikləri sərvətlərdir. Odur ki, həmin şeyləri nəinki arzulamaq lazım deyil, hətta Allahdan bu kimi şeyləri bizdən uzaq etməsini istəmək lazımdır. Çünki sağlam düşüncəli insan hansısa oğrunun oğurladığı malın onun olmasını istəməz.

Digər tərəfdən imanlı cəmiyyətlərin məhrumiyyətdə yaşmalarının səbəbi barədə danışarkən nəzərə almaq lazımdır ki, Allahın iman gətirəcəkləri təqdirdə başlarından nemət tökmək vədi verdiyi insanlar sırf iman iddiası ilə yaşayanlar deyil, imanla həyat sürənlərdir. Bəli, cəmiyyət iman gətirsə, Allah-Təala vəd verdiyi kimi neməti onun başından tökər. Amma necə iman? Dildə müsəlmançılıq iddiası etmək həmin məqama nail olmaq üçün yetərli deyil. İslam paklığa, düzlüyə, əmanətdarlığa, səy və təlaşa, fədakarlığa dəvət edir. Bunlar isə təəssüf ki, müsəlmanların böyük bir qisminin həyatının ən nadir məqamlarıdır.

Qurani-Kərimdə buyurulur:

“Kim Allahdan qorxsa, Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü (hədd, müddət) təyin etmişdir” (Talaq, 2-3).

Əlbəttə, bu ayədən məqsəd hər şeydən əl çəkib ibadətlə məşğul olmaq deyil. İnsan bir tərəfdən Allahın əmrlərinə tabe olmalı, digər tərəfdən də ruzi qazanmaq istiqamətində çalışmalıdır. Çünki elə bunun özü də Allaha ibadətin bir növü, itaətin nümunələrindəndir. İmam Sadiq (ə) buyurur: “Kim ruzi arxasınca getməyi (səy və təlaşı) tərk etsə, duası qəbul olmaz”.

Ruzinin artmasına səbəb olan digər bir amil şükrdür.

“Əgər (Mənə) şükür etsəniz, sizə (olan nemətimi) artıracağam. Yox, əgər nankorluq etsəniz, (unutmayın ki) Mənim əzabım, həqiqətən şiddətlidir!” (İbrahim, 7).

Əlbəttə şükürdən məqsəd təkcə dil ilə həmd-səna etmək deyil. Şükrün ən gözəl nümunələrindən biri hər bir neməti öz yerində sərf etməkdir, istər Allahin verdiyi bədən üzvlərindən halal istiqamətdə bəhrələnmək olsun, istərsə də sərvətin halal yolda xərclənməsi.

Bu mənaya hədislərdə də çox təkid edilmiş və bir çox əməllərin ruzinin artmasına səbəb olduğu vurğulanmışdır. Peyğəmbər (s) buyurmuşdur:

“Çox sədəqə verin ki, Allah sizə ruzi versin.”

İmam Sadiq (ə) buyurmuşdur:

“Ailəsinə qarşı yaxşı olanın ruzisi artar.”

Hədislərdə bunlardan əlavə zəkat verməyin, əmanətə riayət etməyin, niyyəti gözəlləşdirməyin, möminlər üçün dua etməyin, qohum-əqrəba ilə gözəl münasibətin, gülərüzlülüyün və digər əməllərin də ruzini artırdığı bildirilmişdir. Bütün bunlar göstərir ki, ruzinin əldə edilməsində yeganə amil təkcə maddi səbəblər deyil, onların kənarında mənəvi amillər də öz təsirini göstərir.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat