Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Ruzi (II yazı)

Àâòîð: Ağabala MEHDİYEV (agabala@islam.az)
Ïðî÷èòàíî: 835


Əslində Allah-Təala insanların çoxuna özünə lazım olandan artıq ağıl, bacarıq və sərvət vermişdir. Bunun mənası Allahın Özünün digər bəndələrinə bu kimi şəxslərin vasitəsi ilə ruzi verməsidir. Allah bütün imkanları yaradıb və göstərişləri həyata keçirəcək ağıl da verib. Bundan əlavə insana ixtiyar və azadlıq da bəxş edib ki, bu işi könül xoşluğu ilə görsünlər. Çünki əgər hər hansı bir iş ixtiyar və azadlıqla edilməsə, onun dəyəri olmaz. Maraqlıdır ki, Allahın yaratdığı varlıqlar içərisində təkcə insan və cinlərdir ki, Onun əmrlərindən çıxırlar. Çünki Allah-taala onları ixtiyar sahibi etmiş, onlara belə bir sınaqdan keçmək imkanı vermişdir. Digər bütün varlıqlarda isə belə bir imkan yoxdur və onlar Allahın əmr etdiyini və xilqətlərində qoyduğunu müticəsinə yerinə yetirirlər. Bu səbəbdən də müxtəlif məsələlərdə tarazlıq digər bütün varlıqlardan çox insanlar arasında pozulur. Bunun səbəbi də qeyd etdiimiz kimi Allahın insanı ixtiyar sahibi etməsidir.

İstedadların fərqliliyinin kökü başqa bir cəhətdən yenə insanların ilahi qanunlara riayət etməmələri və onları Allahın nəzərdə tutduğu kimi sərf etməmələri ilə bağlıdır. Biz bəzən ilk baxışda hansısa bir uşağın məsələn şikəst və ya əqli cəhətdən zəif olduğu üçün kasıb halda yaşamasını görüb təəssüflənir və Allahın ədalətinə irad tuturuq ki, nə üçün onu belə yaratmışdır. Amma məsələyə bir az dərindən yanaşanda və diqqətlə araşdırma aparanda görürük ki, həmin uşağın bu vəziyyətə düşməsinin səbəbkarı onun valideynləridir. Uşaq ana bətnində olarkən valideynlərdən hansısa nəsə yeyib, yaxud elə bir iş görüb ki, onun bu cür olması ilə nəticələnib. Yəni hadisələrə bir az dərindən yanaşanda çox vaxt əsl günahkarı çox asanlıqla tapmaq mümkün olur. Odur ki, qiyamətdə Allahın məhkəməsi bizim dünyada öyrəşdiyimiz məhkəmələrdən fərqli olacaqdır. Məsələn, bir də görəcəksən ki, kiminsə oğurluğuna görə Allah-Təala onun ondan üç nəsil əvvəl yaşamış babasını mühakimə edəcək. Səbəb? Sən demə bunların dörd nəsil əvvəlki babasının çoxlu sərvəti var imiş və bu üçüncü baba əyyaşlıq edərək həmin sərvəti dağıdıb, nəticədə sonrakı nəsillərə bir şey çatmayıb və onlar yoxsulluq içində yaşayıblar və bu nəslin 150 il sonrakı nümayəndəsinin oğurluq etməsinə bu yoxsulluq səbəb olub.

Bu səbəbdən də İslamda insanların hər bir əmələ görə məsuliyyət daşıması çox vurğulanır. Yəni elə olmalıdır ki, bizim hansısa əməlimiz hətta bizdən neçə-neçə sonrakı nəslimizdə hansısa günahın baş verməsi ilə nəticələnməsin.

Qeyd edilməsi lazım olan digər bir məsələ budur ki, insanların arasında istedad fərqi olsa da bu fərq hər şeyin birinə verilməsi və birinin hər şeydən məhrum edilməsi qismindən deyil. Belə ki, bütün fiziki və ruhi istedadlar elə bölünüb ki, hər bir kəsdə digərinin məhrum olduğu şey var. Sadəcə insanlar adətən əlində olmayanı arzulayır, başqasının malik olduğunu daha mühüm hesab edirlər. Bədəni sağlam olan pulu çox olana həsəd aparır, pulu çox olan sağlama. Əslində isə hərədə bir istedad və nemət vardir. Birinin riyaziyyatda istedadı güclüdür, digərinin ədəbiyyatda. Birinin əkinçiliyə həvəsi var, birinin idmana, digərinin ticarətə və s. Əgər insanlar özlərində olan istedadları tanıyıb, onları üzə çıxarsalar, dünyanın təsviri gördüyümüzdən daha fərqli olar. Hələ nəzərə alsaq ki, bir çox hallarda mövcud istedadların üzə çıxmasına mane olan şey cəmiyyətlərdə mövcud olan bir sıra ədalətsizliklər və süni amillərdir, mövcud ruzi fərqlərinə görə Allahı deyil, həmin əngəlləri yaradanları qınayarıq.

Allahın insanların ruzisi arasında fərq qoymasının digər bir səbəbi odur ki, ruzinin bol olması bəzi insanların fəsad törətmələrınə səbəb olur. Allah-Təala buyurur:

“Əgər Allah ruzini genişləndirsə, yer üzündə fəsad törədərlər” (Şura, 27).

Digər bir ayədə buyurur:

“İnsan özünü ehtiyacsiz görən kimi azğınlaşır!” (Ələq, 6-7).

Doğrudan da dünyaya nəzər salanda bu mübarək kəlamı təsdiqləməkdən başqa çarəmiz qalmır. Əlbəttə bunun mənası insanın təlaşdan əl götürüb fəsada düçar olmamaq üçün evdə oturması deyil. Məqsəd bu deyil ki, əgər kasıbsansa, evdə otur və daha çalışma, çünki Allah belə istəyib. Əksinə, bəzən kasıblığın səbəbi Allahın istəyindən yox, insanın öz tənbəlliyi ucbatından olur. Amma əgər insan əlindən gələn qədər çalışır, amma nəticə əldə edə bilmirsə, deməli burada nəsə bir hikmət var. Odur ki, çalışmaqla yanaşı həm də Allahın təqdiri və hikməti ilə hesablaşmaq lazımdır.

İnsanın əlində olan sərvətə görə məğrurlaşması təkcə yaşadığımız dövrə aid deyil. Buna tarixdən də çoxsayli nümunələr tapmaq mümkündür. Çox maraqlı məsələlərdən biri də budur ki, tarix boyu Allahın peyğəmbərlərinə qarşı çıxanlar cəmiyyətin imkanlı təbəqəsi olmuşdur.

“Biz hər hansı bir məmləkətə (kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbər göndərdikdə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: “Biz sizinlə göndərilənləri (Allahın hökmlərini, risaləti, möcüzələri) inkar edirik!” – dedilər” (Səba, 34).

Hər halda Allah-Təala bizə Quranda məğrurlaşmış şəxslərdən nümunələr də göstərmişdir. Buyurur:

“(Qarun) dedi: “Bu (var-dövlət) mənə yalnız məndə olan elm (Tövratı gözəl bilmək, yaxud əlkimyaya yaxşı bələd olmaq, ticarətdən baş çıxartmaq) sayəsində verilmişdir. Məgər o (Qarun) Allahın ondan əvvəl özündən daha qüvvətli və daha varlı olan neçə-neçə kəsləri məhv etdiyini bilmirdimi? Günahkarlar öz günahları barəsində sorğu-sual olunmazlar” (Qəsəs, 78).

Allah-Təala digər bir ayədə var-dövlətin məğrurlaşdırdığı dəstələrin belə deməsini nəql edir:

“Bizim malımız, övladımız çoxdur, bizə əzab verilməyəcəkdir” (Səba, 35).

Allah-Təala Peyğəmbərə (s) onlara belə deməsinin əmr edir:

“Ruzini az-çox edən Allahdır, lakin insanların çoxu bunu bilmir” (Səba, 36).

Bəli, mal insanın bu qədər məğrurlaşmasına səbəb olur. Təbii ki, bu hamı barəsində deyil, əksəriyyət barəsində, xüsusilə Allaha imanı zəif və təqvası az olanlar barəsində özünü daha çox büruzə verir.

Allahın əta etdiyi nemet müqabilində nankorluq və üsyankarlığın nəticəsi isə bəladır:

“Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Lakin (əhalisi) Allahın nemətini inkar etdi, Allah da həmin şəhərə (sakinlərinin) etdikləri əməllərə görə (yeddi il) aclıq və qorxu bəlası daddırdı” (Nəhl, 112).

Odur ki, bir çox hallarda insanların ruziləri arasındakı fərq Allahın bəndələrə olan rəhm və mərhəmətindən doğur. Hər halda nəzərə alsaq ki, Allahın peyğəmbərləri arasında bir-iki nəfərdən başqa heç kəs var-dövlət sahibi olmayıb, bu məsələnin hansı hikmətə əsaslandığını dərk edərik.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat