Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Ruzi (I yazı)

Àâòîð: Ağabala MEHDİYEV (agabala@islam.az)
Ïðî÷èòàíî: 1068


İnsanın ən zəruri təbii ehtiyaclarından biri onun dolanışığının təmin edilməsi vasitəsi olan ruzidir. Insanların demək olar ki, çox az bir hissəsindən başqa hamısı öz qüvvəsinin və ömrünün çoxunu bu istiqamətdə sərf edir və ruzi qazanmağa çalışır. Lakin bu işdə heç də hamı istədiyi nəticəni əldə edə bilmir.

Bu istiqamətdə qazanılan uğurlar və uğursuzluqlar barədə müxtəlif fikirlər mövcuddur. Onları hərə bir cür yozur. Görəsən bu barədə İslamın görüşü nədir? Rizini insan özü səy və təlaşı ilə əldə edir, yoxsa ruzi birmənalı olaraq Allahın yaratdıqlarına bəxşişidir? Bu kimi suallar hamını düşündürən suallardandır.

İslamın ana mənbəyi olan Qurani-Kərimin müxtəlif ayələrində ruzinin mənbəyi və insanın bu işdəki rolu barədə müxtəlif aspektlərdən bəhs olunur. Quranin mübarək ayələrinə əsasən bütün canlıların ruzisi Allahın öhdəsindədir. Allah-Təala buyurur:

“Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin” (Hud, 6).

Həmçinin digər bir ayədə buyurur:

“(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir” (Ənkəbut, 60).

Bəli, hamının, ən zəif canlılardan tutmuş ən böyük varlıqlara kimi bütün məxluqatın ruzisini Allah verir. Allahın ruzi verməsinin əlamətləri çoxdur, sadəcə onlara bir az diqqət etmək lazımdır. Uşaq ana bətnində olanda qidalanır. Amma haradan və necə? Görəsən ona bu ruzini kim verir? O, dünyaya gələn kimi ananın süd vəzilərinə süd gəlir və Allah onu ruzi ilə təmin edir. Bu iş heyvanlarda da belədir. Uşağın özünün həmin südü əldə etməsi qeyri-mümkün olduğu üçün ruzinin Yaradan tərəfindən əta olunduğunu daha yaxşı müşahidə etmək mümkündür. Amma o uşaq bir az böyüdükdən sonra bəzi hərəkətlər etmək qüdrətinə malik olduğu üçün elə bilir ki, əldə etdiyi ruzini özü qazanır. Halbuki körpəlikdə olduğu kimi, böyüyəndə də ona ruzini verən Allahdır. Sadəcə vasitələr fərqli olur. Körpə olanda ruzinin çatdırılma vasitəsi ana idi, böyüyəndən sonra hansısa peşə ilə məşğul olmaq.

Əlbəttə Allahın verdiyi ruzini əldə etmək üçün uşaq ananın döşlərini əmməlidir. Yəni, Allahın verdiyi ruziyə çatmaq üçün onun da müəyyən hərəkətləri olmalıdır. Bu məsələ eyni ilə böyük insanlarda da belədir. Allah ruzini müəyyən yerlərdə qoymuşdur. Insan onları əldə etmək üçün hərəkət etməli, səy göstərməlidir. Lakin unutmamalıdır ki, ruzinin əldə edilməsinin yeganə amili onun öz zəhməti və bacarığı deyildir. Çünki həmin zəhməti çoxları çəkir, amma hamı eyni nəticəni əldə edə bilmir. Digər təfərdən ondan daha zirəkləri ola bilər ki, nəinki heç nə əldə edə bilməz, hətta səfalət içində yaşayarlar. Deməli insan bir tərəfdən səy və təlaş göstərməli, digər tərəfdən isə bütün hallarda Allaha güvənməlidir, ruzini Ondan diləməlidir.

Bütün canlıların ruzisi Allahın əlində olduğu üçün Quran da insanlara ruzini Allahdan diləməyi tövsiyə edir:

“Ruzini Allahdan diləyin” (Ənkəbut, 17).

Quranın bu tövsiyəsinə əməl edərək insanlar öz ruzilərini Allahdan diləyirlər. Allah-Təala isə onu Özünün lazım bildiyi miqdarda nazil edir:

“(Yerdə və göydə) elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Lakin Biz ondan ancaq müəyyən (lazım olduğu) qədər endiririk” (Hicr, 20-21).

Bəli, göylərin və yerin xəzinələri Allahın ixtiyarında olmasına baxmayaraq Allah onu bütün varlıqlar arasında bərabər olaraq bölməmişdir. İnsanlar arasında ruzi fərqi vardir. Bu ruzi fərqi barədə Allah-Təala belə buyurur:

“Allah ruzi baxımından birinizi digərinizdən üstün etmişdir. Üstün olanlar (varlılar) tabeçiliyində olanları (qulları, kənizləri) öz ruzilərinə şərik etməzlər ki, bu cəhətdən bərabər olsunlar. İndi onlar Allahın nemətlərini inkarmı edirlər?” (Nəhl, 71).

Bu, bir çoxlarında ruzi fərqi və Allahın bu işdəki hikməti barədə suallar yaratmışdır. Ruzilər arasındakı fərqin müxtəlif səbəbləri vardır. Bu fərqin əsas səbəblərindən biri insanların onu əldə etmək istedadları arasındakı fərqdir. Belə ki, ruzinin əsas səbəbkarı Allah olsa da, onu əldə etmək istiqamətində hər bir insanın səyi də tələb edilir. Insanlar bu səyi göstərməkdə, həmçinin bu işdəki istedadlarında bir-birindən fərqlidirlər. Əslində insanlar arasında istedad fərqinin olmasının özü ilahi nemetlərdəndir. Çünki əgər insanların hamısı bütün cəhətlərdən bərabər olsaydılar, yaşayış qeyri-mümkün olardı. Bir anlıq təsəvvür edin: hamı eyni bacarığa malikdir, eyni şeyi sevir, eyni şeyi əldə etmək istəyir, eyni cür geyinir, eyni cür həyat tərzi sürür və ... Belə bir cəmiyyətdə yaşamaq mümkün olmazdı. Çünki onda insan həyatının zəruri ehtiyaclarını təmin etmək qeyri-mümkün olardı. Belə ki, hamı, məsələn, həkim olmaq istəyər və bərabər istedada malik olduğu üçün buna nail olardı da. Amma heç kim əkinçiliklə məşğul olmağı sevməz və bu sahədə istedadı olmadığı üçün onu bacarmazdı. Həmçinin hamı, məsələn, şəhərdə yaşamağa üstünlük verər, hamı rahat həyat sürməyə can atardı. Eyni istedada malik olduğu üçün buna nail olub başqa istiqamətdə çalışmazdı. Beləcə, həyatın bir sahəsindən başqa bütün sahələri boş qalardı. Nə əkinçiliklə məşğul olan olardı, nə ticarətlə, nə elmlə və nə də digər işlərlə. Bu cəmiyyətdə nə yeməyə bir şey tapılardı, nə də geyinməyə. Hətta həyatın zəruri tələbləri olan bu cəhətlər hansısa yollarla təmin olsaydı belə, yenə belə bir cəmiyyətdə yaşamaq insan üçün olduqca cansıxıcı, hətta qeyri-mümkün olardı.

Bütün bunlardan belə bir nəticəyə gəlirik ki, mövcud fərq özü-özlüyündə olduqca gözəldir. Sadəcə insanlar bu fərqlərdən Allahın buyurduğu qaydada yararlanmadıqda nəticəsi xoşagəlməz sonluqla bitir. Çünki Allahın hikmətlərə əsaslanaraq varlıqlar arasında yaratdığı bu fərq əslində bir-birini tamamlamalıdır. Qarşılıqlı şəkildə haqlara riayət olunmadıqda bu fərqlər gözəllik deyil, çirkinliklərə çevrilir. Əlbəttə bu fərqlərin bir sıra təbii, ictimai, siyasi və irsi kökləri də vardır. Amma hər halda, mövzudan çox uzaqlaşmamaq üçün çox dərinə getməyib məsələyə bu mustəvidən nəzər salanda görürük ki, Allah bu fərqləri doldurmaq uçun bir sıra qanunlar da qoymuş, insanların hamısının bir nəfər kimi digəri qarşısında məsuliyyət daşıdığını bəyan etmişdir. Əgər istedadı çox olan şəxs az istedadlıya kömək etsə, istedadı az olanın heç bir narahatçılığı olmaz. Əgər Allahın var-dövlət əta etdiyi şəxs Allahın muəyyən etdiyi qaydalar cəhrçivəsində yoxsula əl tutaraq yardım etsə, heç bir kasıb narahatçılıq keçirməz. Bu gun dunyada təqribən 850 milyon insan aclıqdan əziyyət çəkir. Əgər insanların hamısı Allahın xüms, zəkat, sədəqə və bu qəbildən olan digər göstərişlərinə əməl etsə, yer uzundə bir nəfər belə ac insan qalmaz. Demək, əslində fərqlərdən yaranan narahatlıqların köku mövcud fərqlər deyil, insanların bir-birini tamamlamasıdır. Qurani-Kərimdə “Allah sənə yaxşılıq etdiyi kimi sən də başqalarına yaxşılıq et” - deyə buyurulur (Qəsəs 77). Həmçinin tövsiyə edilir ki, hər bir insan Allahdan umduğu şeyi başqaları haqqında da həyata keçirməlidir. Bu, İslamda qanun şəklini almış bir qaydadır.

Peyğəmbər (s.ə.s.) buyurmuşdur: “Əlinizin altında olanlar sizin qardaşlarınızdır. Geyindiklərinizdən onlara da geyindirin, yediklərinizdən onlara da yedizdirin.” Əgər belə olsa, narahatlıq və məhrumiyyət olmaz, hətta imkansız və kasıb insanlar daha çox məmnunluq hiss edərlər.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat