Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Hələ vaxtı çatmayıb?!

Àâòîð: Ağabala MEHDİYEV (agabala@islam.az)
Ïðî÷èòàíî: 920


Allah-Təalanın bizlərin həyat proqramımız olaraq göndərdiyi müqəddəs kitabı Qurani-Kərimdə insanlara müxtəlif suallar ünvanlanmışdır. Quranda olan suallar ümumilikdə müxtəlif məqsədlər daşıyır və onların bəzisi təəccüb, bəzisi inkar, bəzisi məzəmmət, bəzisi də təkid məqsədi daşıyır. Növündən asılı olmayaraq bütün sual ayələrindən son məqsəd insanların diqqətini ayədə sözü gedən məsələyə cəlb etmək və onları qəflətə düşərək mahiyyətinə varmadıqları məsələlər barədə daha dərindən düşünməyə sövq etməkdir.

Quranın çox təsirli və insanı düşünməyə vadar edən ayələrindən biri də mübarək Hədid surəsinin 16-cı ayəsidir. İslam tarixində çoxlarının tövbə edərək Allah yoluna qayıtmasına səbəb olmuş bu ayə barədə maraqlı hadislər baş vermişdir.

Ümumiyyətlə Quranın möcüzəvi cəhətlərindən biri onun insana daim yeni təsir bağışlamasıdır. Quranla ünsiyyətdə olan hər bir kəsin etiraf etdiyi məsələlərdən biri onda sanki həmişə yeni ayələrin kəşf edilməsi, üzə çıxmasıdır. Belə ki, Quranı dəfələrlə oxuyub mənasına diqqət etməsinə baxmayaraq adam bəzən elə ayələrlə rastlaşır ki, sanki həmin ayə əvvəllər Quranda omayıb və ona birinci dəfədir rast gəlinir. Həmin səbəbdən də tarix boyu bir çoxlari baxmayaraq ki, Qurani oxuyub ondan xəbərdar olublar, amma haradasa Hədid surəsinin qeyd etdiyimiz ayəsini eşidəndə, onu birinci dəfə eşidirmiş kimi təsirlənərək tövbə ediblər. Sözü gedən ayə budur:

“İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!”

Bu ayə hər bir kəsdən cavab istəyir. İslam, insanin Allah qarşısında təslim olması mənasındadır. Ayədə qəlbin Allahın zikri və haqdan nazil olan Quran qarşısında yumşalması da bir növ həmin mənaya işarədir. Yəni, Allah və Quran qarşısında təslim olmağın vaxti çatmayıb? Ayədəki sual inkar mənalı sualdır, yəni, Allaha üz tutmağın vaxtı çatıb və hətta nəinki vaxtı çatıb, bəlkə bir az gecikib də. Çünki Allaha doğru bu dönüş çoxdan olmalı idi.

Əlbəttə, bəzən bəzi nadanlar cahilllik üzündən bu dönüş vaxtının çatmamasını deyirlər. Çoxumuz bəzilərinin “hələ gəncsən, inşallah qocalanda namaz qılarsan, oruc tutarsan, hələ sənin nə yaşın var ki?” kimi sözlərini eşitmişik. Bu və buna bənzər sözlər əgər mənası dərk edilərək deyilsə, birbaşa Allaha qarşı çıxmaq, necə deyərlər Onun sözünün qabağına söz çıxarmaqdır. Belə ki, Allah-Təala dini ayinlərin yerinə yetirilməsi üçün lazım olan yaşın, məsələn, 15 yaş olmasını deyir, həmin şəxs isə 60 yaş! Qeyd edilən və ona bənzər ifadələrin mənası dolayısı ilə budur ki, - nəuzu billah - Allah nəyin nə vaxt edilməsini yaxşı bilmir və ayinlərin yerinə yetirilmə vaxtını tez deyib.

Görəsən belələrinə qocalacağı barədə kim təminat verib? Məgər gənc yaşında dünyasını dəyişənlər azdır? Bütün bunlar şeytanın vəsvəsələrindən başqa bir şey deyil. Şeytanın insanları Allah yolundan azdırmaq üsullarından biri onları uzun-uzadı arzulara düçar etmək və uzunömürlülük barədə həqiqətdən uzaq olan ümidlər verməkdir. İslam insanin nikbinliyinə və gələcəyə ümidvar olmasına müsbət münasibət bəsləyir və insanları belə bir əhval-ruhiyyəyə təşviq edir. Amma nə qədər və hansı həddə? Həm Peyğəmbərdən (s), həm də imamlardan (ə) nəql edilmiş hədislərin birində necə də gözəl buyurulmuşdur:

“Dünyan üçün elə çalış ki, sanki əbədi yaşayacaqsan, axirətin üçün elə çalış ki, sanki sabah öləcəksən.”

Məsələlərə bu məntiqlə yanaşanda insan öz həyatında həm dünyasının, həm də axirətinin yerini təyin edə bilər. Bu iki aləm barəsindəki səylər arasında tarazlıq pozulanda isə, təbii ki, Allahın ayədəkı sualına cavab “yox, hələ vaxtı çatmayıb!” olacaqdır. Vaxtın çatmamasını düşünəndə isə, təbii ki, insan istənilən xəyanət və cinayətə əl atar. Vaxt isə bizim onun çatıb-çatmamasını qəbul edib etməməyimizdən asılı olmayaraq öz işini görür. Beləcə, aldığımız hər bir nəfəs hədislərdə deyildiyi kimi, bizi ölümə bir addım da yaxınlaşdırır. Həmin o ölümə ki, bizi nə vaxt yaxalayacağını Allahdan başqa heç kəs bilmir. Bizi haqlayandan sonra isə geriyə yol yoxdur və onda daha bizlərə ikinci bir fürsət verilməyəcəkdir.

Allah-Təala insanı yaradaraq onun kamillik istiqamətində addımlaması üçün bütün tədbirləri görmüşdür. Ona ağıl verib, elm verib, peyğəmbərlər göndərib, kitab nazil edib. Kitabında məsələlərin bütün cəhətlərini də açıqlayıb ki, sabah kiminsə “bilmədim, başa salan olmadı” deməyə bəhanəsi olmasın. Belə ki, bəhanə üçün bütün yollar bağlıdır. Odur ki, bu həyat yolunda addımlamaq üçün səfər yoldaşını seçmək qərarı öz əlimizdədir. Bir neçə saatlıq səfərə çıxanda bizimlə yol yoldaşı olacaq şəxs barədə sorğu-sual aparıb onun kimliyi barədə araşdırma aparan bizlər, bizi əbədiyyətə qovuşduracaq həyat yoluna kimlərlə və hansı proqramla çıxmağımız barədə dərindən düşünməyə daha möhtacıq. Çünki bu yolun sonu ya əbədi səadət, ya da əbədi fəlakət və bədbəxtlikdir.

Sonda Hədid surəsinin işarə etdiyimiz ayəsi barədə İslam tarixində baş vermiş maraqlı hadisələrdən birini nəql etməyi məqsədəuyğun hesab edirik.

Yazırlar ki, Xorasandan olan Fuzeyl ibn Əyyaz adlı bir şəxs quldurluq və yol kəsməklə məşğul imiş. Abyurd və Sərəxsdə yol kəsməklə məşğul olan bu şəxs ticarətlə məşğul olanları lap bezdiribmiş. Bir gün Fuzeyl bir kəndin kənarından keçəndə bir qız görür və ondan xoşu gəlir. Qızın eşqi Fuzeyli dərdə salır və o, qərara alır ki, gecə nə yolla olur olsun özünü qıza yetirsin. Gecə qızın yaşadığı evə yaxınlaşaraq hasardan aşıb həyətə keçir. Elə bu vaxt qonşuluqda olan evlərin birində Quran oxuyan bir şəxsin səsini eşidir. Quran oxuyan şəxs Fuzeyl divardan aşıb həyətə daxil olanda bu ayəyə çatır: “İman gətirənlərin qəlblərinin Allahın zikri və haqdan nazil olan (Quran) üçün yumşalması vaxtı gəlib çatmadımı?!” Bu ayə Fuzeylin qəlbinə ox kimi batır və o, qəlbində ağrı hiss edir. Eşitdiyi ayədən hədsiz təsirlənən Fuzeyl “bəli, and olsun Allaha, vaxtı çatıb, and olsun Allaha, vaxtı çatıb” deyə-deyə hasardan aşıb həyətdən çıxır və kəndin kənarındakı xarabalıqlardan birinə gedir. Xarabalığa çatanda görür ki, orada bir karvan oturaq salıb. Diqqət edəndə görür ki, ticarət karvanı olan bu karvanın adamları öz aralarında yola çıxmaq barədə danışırlar. Onların bəzisi elə indi yola çıxmağı məsləhət görür, bəzisi də “səhərə kimi burda qalaq, yoxsa Fuzeyl hücum edib var-yoxumuzu əlimizdən alar” deyir. Fuzeyl bu sözləri eşidəndə daha da təsirlənir və öz-özünə deyir: “Gör mən nə qədər pis adamam. Bu nə bədbəxtçilikdir ki mən düçar olmuşam? Gecənin bu vaxtı mən günah məqsədi ilə evdən çıxmışdım. Bu müsəlman dəstə də mənim qorxumdan xarabalığa sığınıb.” Fuzeyl üzünü göyə tutub deyir: “Allahım, tövbə edib Sənə doğru qayıdıram. Tövbəmin şərtini də bundan sonra Sənin evinin kənarında məskunlaşmaq təyin edirəm....” Beləcə qəlbən tövbə edərək Xorasandan Məkkəyə yollanır və Kəbənin ətrafında məskunlaşaraq ömrünün sonuna kimi (vəfatı 187 h.q.) orada qalır.

Səmimi qəlbdən tövbə edən Fuzeyl Allahın ona göstərdiyi lütf və mərhəmət sayəsində yüksək məqamlara çatır və o, İslami hədis mənbələrində ən etibarlı ravilərdən sayılır. Fuzeyl sonradan özünü o qədər islah edir və yüksək məqama çatır ki, tarixi mənbələrdə alimlərin onun haqqındakı sözlərini eşidəndə adamı heyrət bürüyür. Alimlər onun haqqinda danişarkən “yer üzünün ən təqvalı insanı, ən fəzilətli adamı” kimi ifadələr işlədirlər.

Bütün bunlar göstərir ki, əgər bəndə səmimi qəlbdən tövbə edərək Allaha üz tutsa, Allah onun tövbəsini qəbul edər və onu yüksək məqamlara qaldırar. Beləliklə də, həm Allah yanında əziz olar, həm də bəndə yanında. Uca və mehriban Allah hamımıza belə bir tövbə nəsib etsin. Amin!
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat