Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Pravoslavlıqda və İslamda oruc

Àâòîð: Vyaçeslav Əli POLOSİN (fəlsəfə elmləri doktoru, tarix elmləri namizədi)
Ïðî÷èòàíî: 704


Xristianlığın ilk dövrlərində oruc tutmaq kədərli, üzücü bir hal kimi deyil, mənəvi sevinc və rahatlıq kimi qəbul edilirdi. «Matfey İncili»ndə Həzrət İsa Peyğəmbərin (ə) belə buyurduğu rəvayət olunur: «Və oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin; ona görə ki, onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tutarlar. Doğrusunu sizə deyirəm: Onlar mükafatlarını aldılar. Fəqət sən oruc tutduğun zaman, başına ətirli yağ sürt və üzünü yu. Ta ki, insanlara yox, gizli olan Atana (Allaha) oruclu görünəsən; gizlində görən Atan (Allah) sənə açıq-aşkar əvəz verəcəkdir» («Matfey İncili», 6: 16-18).

İsa (ə) sevinclə yerinə yetirilən bu ibadəti orucluq zamanı qara geyimə bürünən və oruc tutduqlarını gözə soxmaq məqsədilə camaat arasında əzgin sifətlə gəzən farisyelərin (yəhudi ruhanilərinin) tutduqları oruca qarşı qoyur.

Pravoslav məzhəbində ilin günlərinin təqribən yarısını oruc günləri təşkil edir. Orucların bəzisi bir gün, bəzisi isə bir neçə gün tutulur. Bir neçə gün tutulan orucların sayı 4-dür:

Böyük oruc – Pasxadan 48 gün qabaq tutulur.

Milad orucu – Məsihin doğumundan 40 gün qabaq tutulur.

Pyotr orucu – apostollar Pyotr və Pavelin xatirəsi anılan 12 iyuldan 2-5 həftə qabaq tutulur.

Uspeniye orucu – bakirə Məryəmin vəfatına həsr olunur və Uspeniyedən 14 gün əvvəl tutulur.

Göstərilən bir neçə günlük oruclardan əlavə, demək olar ki, ilin bütün çərşənbə və cümə günləri, habelə, «Əhdi-cədid»də («İncil») anılan bir neçə əlamətdar gün də oruc günlərindən sayılır.

Böyük oruc və Uspeniye orucu daha ciddi hesab edilir. Belə ki, bu orucun bütün günlərində (oruc müddətinə təsadüf edən böyük bayramlar istisna edilməklə) hətta Günəş batdıqdan sonra belə, canlı heyvan mənşəli qidaları, o cümlədən, süd məhsullarını qəbul etmək olmaz. Yalnız bitki mənşəli yeməklə qidalanmaq olar. O biri oruclarda, bir qayda olaraq, balıq yeməyə icazə verilir. Xəstələrin süd məhsulları yeməsinə də icazə vardır.

İlk zamanlarda xristian orucu yəhudi orucunu xatırladırdı. Bu, sutkanın işıqlı hissəsində yemək-içməkdən tam uzaqlaşmaq demək idi. Bu zaman səhrada 40 gün oruc tutmuş Musa Peyğəmbərin (ə) hərəkəti əsas götürülürdü. «Matfey İncili»ndə xəbər verilir ki, Həzrət İsa (ə) da səhrada 40 gün oruc tutubmuş.

Lakin getdikcə ilk xristian icmalarına qnostiklər (zərdüştiliyin son mərhələsi olan dualizm tərəfdarları) soxulmağa başladılar. Onlar hər bir maddiyyatı şərin daşıyıcısı sayır və ondan xilas olmağı təbliğ edirdilər. Beləcə, təqvimdə oruc gunlərinin sayı getdikcə artdı, ruhanilərin ailə həyatı sürmələrinə qadağan qoyuldu, rahiblik (kişilərin və qadınların ayrı-ayrılıqda, subaylıq andı içərək monastırda yaşamaları) ortaya çıxdı.

Xalq arasında ciddi oruc tutmaqla və ya daha hər hansı «zahidlik hünəri» ilə (məsələn, özünü dirəyə bağlayaraq bir il, hətta bir neçə il bu vəziyyətdə qalmaqla) öz nəfsini öldürən və cisminə əziyyət verən zahidlər ehtiram sahibi olmağa başladılar. Müqəddəsliyin bu cür nümunələrini isanlar ailəli şəxslərə də şamil edirdilər. Onların gözündə evlilik həyatı – imanın qəbul edilə bilən zəifliyi sayılırdı; bununla müqayisədə rahiblik – imanın yüksək nümunəsi idi. Məsələn, orta əsrlər Rusiyasında qanuni ər-arvadın gecə yatağa girməzdən əvvəl ikonaların üzünə pərdə çəkmələri (insanların «iman zəifliyi»ni görməsinlər deyə) dini adətə çevrilmişdi…

…Orucluğun mənasının dərk olunmasında da müsəlmanlıqda rast gəlinməyən yeni çalar – mitstika, əsrarəngizlik üzə çıxmağa başladı. Bu zaman insan mistik formada İsa Məsihlə (ə) «kilsənin daxilində qovuşmaq» üçün özünü ona bənzədirdi. Buna görə də insanların özünü məhdudlaşdırma səyləri qeyri-məhdud şəkil alırdı. Öz sağlamlığına birbaşa ziyan vurmaq cəhdlərinə «səma sakinlərinə» və keçmiş müqəddəslərə bənzəmək bəhanəsi ilə haqq qazandırılırdı. Orucluq məsələsində pravoslavlıqla İslam arasındakı əsas fərq də elə bundan ibarətdir.

Kilsənin qədim qanunlarına görə, Böyük oruc aşağıdakı qaydada tutulmalı idi (bu qaydalar formal olaraq kilsə tərəfindən hələ də ləğv edilməmişdir): günün işıqlı hissəsində heç nə yemək və içmək olmaz, Günəş batdıqdan sonra səhərə qədər keçən vaxt ərzində iki dəfə – axşam ibadətindən sonra və sübh ibadətindən əvvəl bişirilməyən (çiy və ya qurudulmuş) meyvə-tərəvəz (bitki mənşəli yağlardan istifadə etməmək şərtilə) yeməyə və çiy (qaynanmamış) su içməyə icazə verilir. Bundan əlavə, bir fincan təbii qırmızı şərab içməyə də icazə vardır. Şənbə və bazar günlərində isə bircə dəfə bişmiş, isti, bitki mənşəli yemək qəbul etmək olar (lakin yenə də bitki mənşəli yağlardan istifadə etməmək şərtilə).

Böyük orucluğun 48 günü ərzində yalnız bu günlərə təsadüf edən 3 bayramda bitki mənşəli yağda bişirilmiş balıq məhsulları yeməyə və gündə iki fincan şərab içməyə icazə verilir.

Əlbəttə, belə orucu yalnız monastırda – insanın işləmək, ailə saxlamaq, Vətənə xidmət etmək vəzifələrindən azad olduğu şəraitdə tutmaq mümkündür. Buna görə də adi həyatda tədricən orucluq qaydalarına yumşaqlıq gətirən düzəlişlər tətbiq edilməyə başlandı. Bununla da nümayiş etdirilən həyat tərzi ilə əslində yaşanan həyat tərzi arasında fərqlər meydana çıxdı.

Bu gün Böyük orucluq günlərində pravoslav kilsələrinin qapısından asılan ibadət ayinlərinin cədvəlinə nəzər salsaq, belə bir mənzərənin şahidi olarıq: «sübh ibadəti» adlanan ibadət axşam vaxtı – saat 17-18 arasında, «axşam ibadəti» adlanan ibadət isə səhər vaxtı – saat 7-8 arasında həyata keçirilir. Niyə?

Mənim təhsil aldığım Moskva Ruhani Seminariyasında müəllimlər bunun səbəbini bizə belə izah edirdilər: orucluq qaydalarında yeməyin vaxtı günün hissələrinə əsasən təsbit olunmayıb; yazılıb ki, axşam ibadətindən sonra yeməyə icazə verilir. Axşam ibadəti adətən, saat 17 radələrində başlayıb, təqribən saat 20-də (səmada ilk ulduz görünəndə) qurtarır.

Lakin işləyən adamın bütün gün ərzində ac qalması çox çətin oduğu üçün, axşam ibadəti saat 17-də deyil, səhər saat 8-də keçirilir və bundan sonra dindarlara yemək-içmək icazəsi verilir. Sübh ibadəti də öz növbəsində iki-üç saat davam etdiyinə və iki ibadət üst-üstə 5-6 saat vaxt çəkdiyinə görə, sübh ibadətini öz vaxtından əvvəl axşam keçirirlər.\

Orucluğun forması da dəyişmişdir. İndi həm ruhanilər, həm də rahiblərin əksəriyyəti orucluq zamanı bitki mənşəli yağda bişirilmiş tərəvəz yeyirlər. Seminariyalarda təhsil alan gələcək ruhanilərə Böyük orucluq günlərinin ikinci yarısnda balıq da verilir. Həqiqətən, ağ göbələk şorbası, bundan sonra ağ balıq, üstündən də çərəz kimi meyvə yeyəndə oruc tutmaq bir o qədər də çətin olmur.

Qədim xristianlıqda olduğu kimi, günün işıqlı hissəsində yemək və içməyin qadağan olunduğu oruc – hal-hazırda pravoslav dünyasında yalnız ikicə gün vacib sayılır: Milad və Pasxa bayramlarından əvvəlki günlər. Miladdan əvvəlki günü «Milad axşamı» adlandırırlar.

Televiziya ekranlarında bir vaxtlar tez-tez göstərilən bir reklam yəqin ki, yadınızdadır. Rusiya imperatriçəsi İkinci Yekaterinanın bütün qonaqları süfrə arxasına toplaşıb yeməyə hazırlaşırlar, yalnız məşhur sərkərdə Suvorov yeməkdən imtina edir və səbəbini söyləyir: «Birinci ulduz görünməyincə yemək olmaz!». Buna cavab olaraq imperatriçə əmr verir: «Aleksandr Vasilyeviç Suvorovun ulduzunu gətirin!». Qiymətli daş-qaşla bəzənmiş ulduzu sərkərdənin yaxasına taxdıqdan sonra hamı iştaha ilə yeməyə başlayır…

…Beləliklə, deyilənlərdən aydın olur ki, orucluğun əsil və qədim siması İslam dinində qorunub-saxlanmışdır. Oruc – günün işıqlı hissəsində bütövlükdə yemək və içməkdən çəkinməkdir. Elə bu ciddilik imanın sadə bir prinsipinini qorunmasına şərait yaradır: filan əməl qadağandır, vəssalam! Əgər bu prinsipə yumşaqlıq və güzəşt gətirsək, belə çıxar ki, əgər öz nəfsinə hakim ola bilmirsənsə qadağanı poza bilərsən.

Bununla belə, pravoslavlıqda da həqiqi möminlər və əməlisaleh insanlar orucluğun sirrlərini dərk edə və mənəvi təkamül yolunda yüksələ bilərlər.

«Mədinə» qəzeti.

P.S. Müəllif keçmişdə pravoslav kilsəsisinin nüfuzlu ruhanilərindən olmuş, sonra hidayət olaraq İslamı qəbul etmişdir.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat