Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Qərbdə dinə münasibət

Àâòîð: Aqil HACIYEV (aqil@islam.az)
Ïðî÷èòàíî: 756


Millətləri millət edən və yaşadan ünsürlərin önündə onların dini və milli baxımdan dəyər qazanmış inancları və adət-ənənələri gəlir. Cəmiyyətin fərdləri üçün daima güc qazanma və qürur duyma qaynağını təşkil edən bu məfhumlar, son dərəcə həssaslıqla qorunması zəruri olan əsaslardır. Hər nə şəkildə olursa olsun, onların tələf edilməsi və ya onlara laqeyd münasibət göstərilməsi nəticə etibarilə cəmiyyəti uçuruma aparar. Hətta o cəmiyyət maddi mədəniyyətin ən yüksək səviyyəsində də olsa, nəticə dəyişməz. Tarixin müxtəlif səhifələrinə baxsaq, dövrünün ən yüksək sivilizasiyasını yaratmış, lakin mənəvi dəyərləri unudaraq arxa plana keçirdiyi üçün çökmüş neçə-neçə millətin acınacaqlı aqibətlərinin şahidi olarıq. Tarixdə ilk referendumu keçirmiş, ən böyük memar və mühəndisləri heyrətləndirən ehramları, kimyaçıları aciz qoyan mumiyaları, Pifaqor, Platon, Solon kimi dahi mütəfəkkirlər yetişdirmiş elm ocaqları ilə dünyaya meydan oxuyan Qədim Misirin; Misir mədəniyyətini Avropaya gətirmiş, Böyük İsgəndərlə dünyanın ən böyük fəthlərini hyata keçirmiş, İliada və Odissey əsərlərini yazaraq dünya ədəbiyyatı tarixində unudulmaz bir iz qoyan Homer, kainatı tək qüvvənin idarə etdiyi iddiasını müdafiə etdiyi üçün edam edilərkən belə, öz sözündən dönməyən idealist Sokrat, Afinada yaratdığı dünyanın ilk akademiyasında həyatının sonuna qədər fəlsəfə dərsi öyrədən Platon, ensiklopedik biliyə malik olan Aristotel kimi dahilər yetişdirmiş Qədim Yunanıstanın; dünyaya böyük memari əsərlər vermiş, üç qitədə hakimiyyət qurmuş Qədim Romanın; altı əsrdən də çox bütün dünyaya hökm etmiş Osmanlı imperiyasının və daha onlarla dövlət və sivilizasiyaların çökməsi buna əyani misal ola bilər.

Qərbdə din anlayışı


Xristian millətlər və dövlət adamları ən kritik zamanlarında belə, mənsub olduqları əqidələrinə sıx bir şəkildə sarılmağı və bu yöndə hərəkət etməyi bacarırlar.

İkinci dünya müharibəsində müttəfiq qoşunların baş komandanı general Eyzenhauer, qələbə çaldıqdan sonra ABŞ prezidenti seçilmişdi. Bu hərbçi və dövlət adamı Vaşinqtonda təşkil olunmuş «Milli Xristian Birliyi»nin illik toplantısında söz almış və belə bir bəyanatla çıxış etmişdi:

- Amerika Birləşmiş Ştatları, sağlam bir dini əsasa istinad etməlidir. Bu prinsipi həmişə özümüzə əsas götürsək, başımızı həmişə dik tuta bilər və qorunacağımızdan əmin ola bilərik. Konstitusiyamızı hazırlayanlar, bu dövləti qurarkən dini etiqada əsaslnmışlardır. Qurulacaq bu yeni dövlətin bütün dünyaya örnək olmalı olduğuna və buna ancaq bu şəkildə nail ola biləcəklərinə inanmışlardır.

Qərbdə din tədrisi


Avropada ən dünyəvi dövlət olaraq tanınan Fransada keşiş hazırlayan yüzlərlə ibtidai məktəb və 94 orta məktəb vardır. Katolik ali məktəblərinin sayı isə 5-dir. Bunları üç keşiş idarə edir. İlahiyyat fakültələrini də buraya əlavə etmək olar. Missionerlər Fransa ərazisində 65, Fransadan kənarda isə 76 qrup halında fəaliyyət göstərirlər. Fransadan kənarda 30000 (otuz min) din adamı tərəfindən idarə olunan 8000 (səkkiz min) fransız din məktəbində bir milyon yarımdan çox tələbə oxuyur. Fransız missioner təşkilatının 46000 orta məktəbində 96000 din adamı işləyir, buradakı şagirdlərin sayı isə təxminən 5 milyondur.

ABŞ-da dini təhsil verən məktəblər üç cürdür: Rəsmi məktəblər, dini qurumlar tərəfindən açılmış məktəblər və kilsə məktəbləri. Valideyn öz övladını orta məktəbə qoyarkən ona dininin öyrədilməsini istərsə, məktəbin rəhbərliyi ona ən yaxın kilsə məktəbində dinini öyrənməsinə imkan yaradır.

ABŞ-da hal-hazırda 110 ilahiyyat fakültəsi, 150 ilahiyyat litseyi vardır. Məsələn, kiçik bir qəsəbədə 500 tələbə kontingentinə sahib olan adi bir kollecdə 3 din dərsi müəllimi olur.

Vəz və nəsihətə, din dərslərinə əhəmiyyət verilməsi, kilsələrin yardım işində aktivlik göstərməsi ABŞ-da dini həyatın təşəkkül tapmasına səbəb olmuşdur. Amerikan ailəsi duasız yeməyə başlamaz, duasız yuxuya getməz.

İslama münasibət


Qərbdə 11 sentyabr məlum terrorundan sonra İslam və müsəlmanlar diqqət mərkəzinə gəlməyə başladı. Bu, bir çox yerlərdə müsəlman dedikdə yalnız bir terrorist təsəvvürü formalaşdırsa da, əslində istər ABŞ-ın, istərsə də Avropanın intellektual hissəsi tərəfindən İslamı ilkin qaynaqlarından öyrənmə həvəsi yaratdı. Məhz bu həvəs son nəticədə Avropada İslamın yayılması prosesini sürətləndirdi. Bəzi ölkələrdə bunun qarşısını süni olaraq almaq məqsədilə bəzi iyrənc kampaniyalara (Muhəmməd peyğəmbərin karikaturalarından ibarət sərgi və s.) başlasalar da, bunun nə cür əks effekt verdiyini və söz azadlığını bəhanə gətirərək insanların dini inanclarını təhqir etməyin nə qədər yanlış bir addım olduğunu anladılar. Bu həqiqəti dərk edən dünyanın inkişaf etmiş ölkələri müsəlman cəmiyyətləri ilə münasibətlərdə bu nüansı diqqətdən qaçırmayaraq, bu sahədə kiçik bir xətanın necə problemlərə yol açacağını anlamağa başladılar. Artıq təəccüblü deyil ki, bu günlərdə Brüssel şəhərində Avropanın islamlaşmasına etiraz olaraq anti-islamçıların keçirmək istədikləri aksiyaya şəhər meriyası icazə verməyib. Təşkilatçılar aksiyanı Ramazan ayının yaxınlaşması ilə bağlı keçirmək istəyidilər. Belə ki,Avropanın bəzi şəhərlərinin rəhbərlikləri əhalidən Ramazan ayı boyunca kütləvi yerlərdə qida qəbul etməkdən çəkinmələrini xahiş edib və bunu müsəlmanlara hörmət əlaməti kimi izah edib. Brüssel rəhbərliyinin aksiyanın keçirilməsini qadağan etməsinin də məntiqi izahı var. Belə ki, Brüssel şəhərinin 20 faizini müsəlmanlar təşkil edir və şəhərin mərkəzində belə bir aksiya keçirilərsə, müsəlmanlarla aksiya iştirakçıları arasında problemlərin qaçınılmazlığını meriya yaxşı başa düşür.

Avqust ayının sonlarında İsveçdə də buna oxşar bir hadisə baş vermişdi. Belə ki, orada Muhəmməd peyğəmbərin karikaturalarından ibarət sərgi hazırlanmışdı. Sərgidə İslam peyğəmbərini təhqir edən illustrasiyalar yer almışdı. Lakin İsveç hökuməti məsələyə vaxtında müdaxilə edərək rüsvayçı sərginin keçirilməsini qadağan etdi.

Gördüyümüz kimi, bu gün bütün dünya İslamla daha yaxından maraqlanmağa başlayıb ki, bu, Ramazan ayının yaxınlaşması ilə daha da sürətlənib. Artıq heç kimə sirr deyil ki, düşmənçilik və kin-küdurət kənara qoyularaq İslamı obyektiv olaraq öyrənən şəxs bu dinin nə qədər ali bir din olduğunu dərk edə bilər. Artıq Avropanın müsəlmanlaşması sürətli hal alıb. Allahın vəd etdiyi zəfər yaxınlaşır. Günəş bu dəfə Qərbdən doğacaq.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Orucluğun mənəvi faydaları
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat