Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Müasir cəmiyyətdə dinə münasibət

Àâòîð: Aqil HACIYEV (aqil@islam.az)
Ïðî÷èòàíî: 813


«Din cəmiyyəti qorxu və təzyiq altında saxlamaq üçün vasitədir». Bunu materialist alimlər deyiblər. Onlar hesab edirdilər ki, inkişaf etmiş cəmiyyətlərin dinə heç bir ehtiyacı yoxdur və cəmiyyət inkişaf etdikcə din yavaş-yavaş aradan çıxacaqdır. Lakin qatı ateist K. Marks məhdudiyyətsiz vicdan azadlığının təmin edilməsini dövlət-din münasibətlərində zəruri şərt kimi irəli sürərək «Qota proqramının tənqidi» əsərində yazırdı: «Hər kəsə öz dini, habelə cismani ehtiyaclarını ödəmək üçün elə bir imkan verilməlidir ki, polis bu işə öz burnunu soxmasın». Çünki o başa düşürdü ki, istənilən cəmiyyətin ən böyük xüsusiyyətlərindən biri onun fərdlərinin hansı dinə mənsub olmasından ibarətdir.

Bu gün rəsmi məlumatlara görə, Azərbaycan əhalisinin 95 faizi İslam dininə sitayiş edir. Lakin sirr deyil ki, cəmiyyətimizdə dinə, daha konkret demək İslama münasibət heç də birmənalı deyil. Bunun da öz ictimai-sosioloji səbəbləri var. Ateist təlimini dövlət ideologiyası kimi təbliğ edən sovet sisteminin çökməsindən bu gün 15 ildən də çox vaxt keçməsinə baxmayaraq, cəmiyyətimiz hələ də dinlə tanışlıq mərhələsindədir. Bu tanışlıq isə müxtəlif vasitələrlə həyata keçirilir. Xüsusilə dövlət tərəfindən dinin tədrisi təşkil olunmadığından, bu sahəni doldurmağa çalışanlar ilkin dövrlərdə həddindən artıq çox olmuşdur. Bu isə müxtəlif ölkələrin kəşfiyyat orqanları ilə əməkdaşlıq edən təşkilatların əl-qolunun açılmasına böyük imkan verirdi. Bunun yaratdığı neqativ təzahürlər bu gün artıq öz bəhrəsini verməkdədir. Məsələn, maraqlıdır ki, ölkədə fəaliyyət göstərən bütün qeyri-islami dini icmaların mərkəzləri ölkədən kənarda yerləşir və həmin dini icmalar öz mərkəzlərinə yüksək intizamla bağlı qaldığı kimi, bütün fəaliyyət planlarını da oradan alırlar. Bu isə onların milli maraqlarımızı qulaqardına vurmasına gətirib çıxarır.

İslamın təbliği ilə bağlı isə daha çox problemlər mövcuddur. Belə ki, bu gün hər bir müsəlman müsəlman kimliyi daşımaqla bərabər, həm də hansısa cərəyanın (və ya qrupun) üzvü sayılır. Söhbət təbii ki, ənənəvi məzhəblərdən getmir. İslamın əsasında inzibati üsul-idarə sistemi olmasa da, bu gün İslama siityaiş edən şəxslər (söhbət bütün müsəlmanlardan deyil, İslamın qaydalarına tam əməl edən möminlərdən gedir) həm də hansısa bir qrupa və həmin qrupun liderinə bağlı hesab olunur. Bu isə özü-özlüyündə həmin qrupun və ya liderin təmsil etdiyi ölkəyə qarşı simpatiyanı doğurur. Bunun əsas səbəbi İslamın təbliği sahəsində heç bir xarici mənbədən maliyyələşməyən, sırf Azərbaycana bağlı təşkilatların yox səviyyəsində olmasıdır. Buna görə də dinini xarici təşkilatların, ya da onların burdakı ardıcıllarının vasitəsilə öyrənən şəxs, hətta onların təsirinə düşməsə belə o cərəyanın ardıcılı hesab olunur. Məsələn, Nurçu cərəyana mənsub olan tədris müəssisələrində oxuyan, dinini əsasən türkcə yazılmış kitablardan öyrənən, Azərbaycanda olan türk məscidlərinə daha çox gedən şəxslər, əslində belə oldu, olmadı, «nurçu» adlandırılırlar. Bunun əksinə olaraq islamı ərəb fondlarının vasitəsilə, ərəbcə yazılmış kitablardan öyrənən, daha çox ərəblərin tikdiyi «Əbu Bəkr» məscidinə gedənlər «sələfi», bir az da irəli gedilərək «vəhhabi» adlandırılırlar. Ümumiyyətlə ölkədə uzun saqqal vəhhabiliklə assosiasiya olunaraq bütün uzun saqqallılar vəhhabi adlandırılırlar.

Bütün bu proseslərin nəticəsində artıq hansısa dini cərəyana obyektiv münasibət mümkün deyil. Ya onlara simpatiya bəsləməlisən, ki, bu o deməkdir ki, onların üzvüsən, ya da onları sevməməlisən, ki bu da o deməkdir ki, başqa cərəyana mənsubsan. Bu isə özü-özlüyündə ona gətirib çıxarıb ki, bu kimi qruplar cəmiyyətə adaptasiya olunmaq əvəzinə get-gedə cəmiyyətdən təcrid olunurlar. Məsələn bu cür qrupların üzvləri əsasən bir-birləri ilə ünsiyyət qurmağa, ailə qurarkən bir-birləri ilə qohum olmağa, hətta alverlərini də bir-birlərinin dükanlarından etməyə çalışırlar.

Ölkədəki cərəyan fərqliliklərinin bu cür təzahüründə xaricə dini təhsil almağa gedən gənclərin də rolu var. Belə ki, müvafiq olaraq Türkiyəyə, İrana, və ya ərəb ölkələrinə gedən gənclər çox vaxt konkret bir cərəyanı öyrənərək təbdiğ edirlər. Bu onların ölkəyə qayıtdıqdan sonra da fəaliyyətlərində əsas xətti təşki l edir.

Bütün bunların bir neçə il sonra ölkədə dini sahədə partlayışa səbəb olacağı şübhəsizdir. Çünki bu gün İslamı təbliğ edən şəxs daha çox İslam dinindən deyil, mənsub olduğu cərəyandan danışır, onun digər cərəyanlardan üstünlüyünü, başqa cərəyan mənsublarının doğru yolda olmadığını və onlara qarşı mübarizə aparmağın vacibliyindən söz açırlar. Hətta ölkədə artıq bir-birlərini küfrdə ittiham edən qruplar formalaşmaqdadır.

Yekun olaraq belə bir nəticəyə gəlmək olar ki, ölkənin dini sahəsində gedən proseslər çox yüksək sürət əxz edib. Hər bir cəmiyyətin lokomotivi gənclər hesab olunur. Bu gün Azərbaycan cəmiyyətində dinə və dinin radikal formasiylarına daha çox gənclərin üz tutması faktına bu rakursdan yanaşsaq, onda vəziyyətin nə qədər ciddi olduğunu təsəvvür edə bilərik. Bu gün bir-birindən təcrid olunmuş şəkildə formalaşan bu qruplar arasında hələ ki, nisbi sakitlikdir. Amma din sahəsi həssas sahə olduğunu nəzərə alsaq bu sakitliyin nə qədər sürəcəyini heç kim deyə bilməz. Rafiq Tağının hələ keçən il «Sənət» qəzetində dərc olunmuş «Avropa və biz» adlı məqaləsinin yaratdığı rezonansdan da gördüyümüz kimi, kiçik bir qığılcım din adamının hisslərini alovlandırmağa kifayətdir. Elə isə çalışmaq lazımdırki, belə bir qığılcım yaranmasın. Qarşı tərəfi kor-koranə ittiham etməzdən əvvəl onu dinləməyi bacaraq. Unutmayaq ki, müxtəlif vasitələrlə cəmiyyətdən təcrid etməyə çalışdığımız bu qruplaşmaların hər bir üzvü bu vətənin vətəndaşıdır. Unutmayaq ki, müharibə şəraitində olan ölkəmizdə sabah onların hər biri torpaqlarımız uğrunda bir döyüşçü, namusumuzun bir keşikçisidir.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat