Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları
Din adamı yoxsa, provokator siyasətçi?

Àâòîð: Elşad MİRİ
Ïðî÷èòàíî: 1530


İslamın sürətlə yayılması bu həyəcanlı çıxışların səbəbidir

İslam dini ilahi dinlərin arasında ən gənci hesab edilir. Bu gənc dinin nümayəndələri isə hər ötən gün kəmiyyət etibarilə çoxalırlar. Keyfiyyət baxımından da artıq oyanışlar başlayıb. Dünyanın əksər bölgələrində İslamı qəbul edənlərin əsasən ziyalılar olması, Avropanın ortasında müsəlmanların sayının artması artıq müəyyən dairələrdə təlaş oyandırıb. Bütün mənfi ləkələmə təbliğata baxmayaraq, İslam dini bütün dünyada ən çox rəğbət görən dindir. Hər tərəfdə İslama üz tutanların sayı sürtələ artır. Hətta bir qədər əvvəl «Time» jurnalı 50 ildən sonra Avropanın İslamın ən böyük mərkəzlərindən biri olacağını qeyd edib. Bunun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirilir, müxtəlif kampaniyalar aparılır. Bu kampaniya karvanına qoşulanlardan biri də 110-120 qoca kardinalın seçdiyi və bir milyarddan çox katolik dünyasının dini rəhbəri statusunda olan Roma Papası XVI Benedikt (kardinal Ratzinger) oldu.
Papa kardinal ikən 1969 - 1977-ci illərdə dərs dediyi Regensburq Universitetinin ilahiyyat fakültəsində elm adamlarının qarşısındakı çıxışında İslam və İslamın sonuncu peyğəmbəri Həzrəti Muhəmməd haqqında təhqirəamiz ifadələri sitat formasında işlətdi. «Həzrəti Muhəmməd bəşəriyyətə yeni heç nə gətirməyib, ancaq şər və qeyri-insani şeylər gətirib», - deyən bütün katoliklərin ruhani Papası bu ifadələri XIV əsrdə yaşamış Bizans imperatoru II Manuel Paleoloqdan sitat şəklində çıxışında qeyd etdi. Həmin çıxışında Papa İslamın inama deyil, zorakılığa əsaslandığını bildirdi. Paleoloq 1391-ci ildə İslamdakı cihad məsələsi ilə bağlı mübahisə etdiyi iranlı müsəlman alimə: «Muhəmmədin gətirdiyi hansı yenilik var? O ancaq şər və qeyri-insani şeylər gətirib. Eyni ilə təbliğ etdiyi etiqadı qılıncla yaymağı əmr etdiyi kimi...», - demişdi.

Mədəniyyətlərin qarşıdurması?
Hantinqtonun Pentaqonun sifarişi ilə yazdığı bildirilən «Mədəniyyətlər qarşıdurması» tezisindən sonra məşhur «11 sentyabr» hadisəsinin baş verməsi, ABŞ prezidenti Corc Buşun Yaxın Şərqdə başlatdıqları müharibəni səlib yürüşləri kimi qeyd etməsi, «İslam terroru», İslamofobiya, İslamofaşist kimi ifadələrin geniş yayılması, Danimarkada Həzrəti Muhəmmədin karikaturalarının çəkilməsi, İranın hazırki prezidenti Əhmədinejadın İranın əvvəlki dini lideri Xomeynidən «Yəhudiləri yer üzündən silmək lazımdır» sözlərini təkrarlamasından sonra Roma Papasının eyni məqsədə xidmət edən ifadələr işlətməsi mədəniyyətlər qarşıdurmasının yüksələn xətt üzrə inkişaf etdiyini göstərir.
Qərb dünyasında İslamofobiya yayıldığı bir ərəfədə Papanın da bu kampaniyaya qoşulması İslam dünyasının ənənəvi müdafiə reflekslərini ayağa qaldırdı. Müsəlmanlar Papanın çıxışında İslamın qılınc və zorakılıq yolu ilə yayılmış bir din kimi qeyd olunduğunu əsas götürərək bu sözlərə görə katoliklərin rəhbərinin üzr istəməsini tələb edirlər. Katoliklər isə dini etiqadlarına görə «müqəddəs bir məqam» olaraq hesab etdikləri və Papa statusundakı bir şəxsin tənqid edilməsindən narahat olduqlarını bildirirlər.
Vatikanın mətbuat xidməti də daxil olmaqla ölkənin səlahiyyətli katolikləri Papanın müsəlmanları təhqiredici bir məqsədi olmadığını, XVI Benediktin sözlərinin səhv başa düşüldüyünü iddia edirlər. Katoliklər Papanın ancaq zorakılıqla dinin bir-biri ilə uyğunlaşdırıla bilməyəcəyini demək istədiyini bildirirlər. Bəzi kardinallar da Papanın sitat gətirdiyini əsas götürərək etirazları başa düşmədiklərini söyləyirlər. Ancaq əksəriyyət isə Papanın etirazlara səbəb olan çıxışının mətnindəki üslubu doğru qəbul etmir və həmin sözlərin Papanın özünün də fikri olduğu üçün işlətdiyini bildirirlər. Faktiki olaraq, Papanın imperator Paleoloqun İslam haqqındakı sözlərini tənqid etmədən, həmçinin öz düşüncəsini dəstəkləmək mahiyyətində qeyd etməsini Papanın bu fikirləri müdafiə etdiyini, bu düşüncədə olduğunu açıq-aşkar göstərir.
Həmçinin Roma Papasının sitat gətirdiyi imperatorun dövründə xristianlığın öz daxilində başqa məzhəblərə qarşı tolerantlıq olmadığı halda, başqa dinlərə qarşı dözümsüz yanaşdığı halda, qloballaş bir dünyada həmin ifadələri işlətmək dini tolerantsızlığın bir təzahürüdür. Əgər həmin dövrlərdə dini dözümlülük olsaydı, bu gün tolerantlıqla bağlı müzakirələr aparmağa da əsas və yer də qalmazdı.

Kardinal olarkən...
Gənclik illərində Nasist təşkilatı ilə yaxınlığı olan Roma Papası XVI Benedikt, əvvəlki adı ilə Ratzinger kardinal olduğu dövrdə də əhalisinin əksəriyyəti müsəlmanlardan ibarət olan Türkiyənin Avropa Birliyinə daxil olmasının əleyhinə çıxışları ilə tanınmışdı. Həmin vaxtlar kardinalın Osmanlı imperiyasının ordusunun Vyananın qapısına kimi gedib çıxmasını və uzun illər xristianlarla döyüşdüklərini əsas kimi qeyd etmişdi. Həmin vaxtlar əksər katoliklər kardinalın bu sözlərini onun şəxsi fikirləri olduğunu, kilsə ilə əlaqəsi olmadığını bildirmişdi. Ancaq bu dəfə Kilsənin ən səviyyəli rəhbəri kimi etdiyi bu çıxışının da kilsəyə aid olub-olmadığını söyləmək mümkündürmü? Roma Papasının bu çıxışının İslama, Həzrəti Muhəmmədə və İslamın dəyərlərinə baxışının necə olduğunu əks etdirməsi baxımından çox mühüm amildir. Orta əsrlərdə törədilən səlib yürüşlərinə (xaçlı səfərləri) görə üzr istənəndən sonra tarixin tozlanmış rəflərində qalmış kitablardan sitat gətirməyə ehtiyac var idimi?

Dialoqu başladan Papa
Tarixdə çox qanlı müharibələrə səbəb olan xristianlığın katolik versiyası uzaqgörən bir rahibin XXIII Con (John) adı ilə papa seçilməsindən (1959) sonra bir çox dəyişikliklər yaşadı. XXIII Con Papa seçiləndən üç ay sonra Vatikan Şurasını yığmağa qərar verdi. Bunun səbəbini soruşanlara Papa çox maraqlı cavab vermişdi: «Kilsəyə bir pəncərə açmaq istəyirəm. Bu pəncərə ilə həm ətrafı görək, həm də ətrafdakılar bizi görsün». Fəaliyyəti 3 il davam edən (1962 - 1965) II Vatikan Şurasında Papa xristianlığın başqa məzhəblərinin din xadimlərini də dəvət etmişdi. Hətta Şurada yəhudilərə və müsəlmanlara qarşı əvvəlki mövcud olan fikirləri müəyyən qədər dağıdan bir qərar da qəbul etdi. Hazırki Papa XVI Benediktin müsəlmanları təhqir edən bəyanatı Katolik Kilsəsinin II Vatikan Şurası ilə açdığı pəncərəni bağlamaq mənasına gəlir ki, bu da yenidən Papalığın orta əsrlərdəki zülmətli günlərə dönüşünü göstərir. Həmin qaranlıqda isə ancaq mədəniyyətlərarası qarşıdurma, zorakılıq, radikallıq, nifrət, təzyiq və s. mənfiliklər ola bilər.

Xristianlıq digər dinləri qəbul etmir
Sistemli bir din olan xristianlığın əsasında digər iki ilahi dini inkar etmək məsələsi var. Bu inkarı heç kim inkar etmir. Kilsə dünya həyatını çarmıxa çəkilərək tamamlayan Həzrəti İsanın başına gətirilən bütün hadisələrin baiskarı kimi yəhudiləri günahkar bilir. İslamı isə «saxta bir din» kimi qəbul edərək Həzrəti Muhəmmədi peyğəmbər hesab etmir.
Maraqlıdır, görəsən, Papa özündən əvvəlki papaların, imperatorların yəhudilər üçün işlətdiklərindən nəyə görə sitat gətirmir? Müsəlmanlar Papanın bu cür düşüncənin arxasında hansı hərbi, iqtisadi və siyasi zərbənin gələcəyinin hesablamağa çalışırlar. Çünki bu sözlər nasistlər və kommunistlərdən sonra müsəlmanları «public enemy», yəni xalq düşməni elan edən düşüncənin bir təzahürü kimi qəbul edilir.

Dinlərdə şiddət varmı?
«Dinlər və şiddət» əsrlərlə boyu mübahəsələr səbəb olmuş bir mövzudur. Demək olar ki, bütün dinlərin tərkibində şiddətlə bağlı müxtəlif ifadələr var. Amma bu ifadələrin hamısı zorakılığa çağırmaq üçün deyil, aradan qaldırmaq üçün işlədilən ifadələrdir. Məsələn, Əhdi-Ətiqdə nəfəs alan bircə canlının da sağ buraxılmaması məqsədilə bir şəhər xalqını qılıncdan keçirmək tövsiyə edilir (Tövrat, «Təsniyyə», 7:16). Papanın təmsil etdiyi dinin müqəddəs kitabı olan Əhdi-Cədiddə hakimlərə, rəhbərlərə onları təhdid edən şər güclərə qarşı qılınc işlətmək haqqı verir (İncil, «Romalılar» 13:3-4, «Peter», 2:13-14). Qurani-Kərimdə də vətəni müdafiə etmək kimi vəziyyətlərdə qılıncdan istifadə etmək hüququ verilir. Amma ümumilikdə götürdükdə isə ilahi dinlərin heç birində zorakılığa çağırış yoxdur. Din adından başladılan döyüşlərin və ixtilafların dinlə əlaqəsi yoxdur. Bunların səbəbi kin və nifrətin, şəxsi mənfəətlərin dinin hökmlərini öz arzu və istəklərinə uyğun olaraq şərh edən dindən sui-istifadə edən mənfəət xadimlərindən qaynaqlanır.

Papanın çıxışı provokasiyadır
Almaniyadakı son çıxışı zamanı zorakılıq haqqında danışan Roma Papasının İslamla, Həzrəti Muhəmmədlə bağlı işlətdiyi ifadələr, əksinə zorakılığa çağırışdır, iğtişaşa dəvətdir, xaosa istiqamətdir, mədəniyyətlər qarşıdurmasının bünövrəsini möhkəmlətməkdir. Papanın İslam haqqındakı bu sözləri müəyyən qruplar tərəfindən bütün dünyada geniş yayılan bir kampaniyaya açıq dəstəkdir. Bunlar səlib yürüşlərində olduğu kimi indi də radikal qruplara cəsarət verən sözlərdir. Qloballaşan dünyada bu cür sözlər dinlər, mədəniyyətlər arasında mövcud olan münasibətləri gərginləşdirmək məqsədilə atılan səhv bir addımdır.

İslamda «müqəddəs müharibə» yoxdur
XVI Benedikt teoloq kimi çox yaxşı bilir ki, İslamda «müqəddəs müharibə» yoxdur. Bu fikri IV əsrdə ortaya atan Papa Əziz Aqustindir. Ondan sonrakı Papalar da Səlib yürüşlərində eyni şeyi söyləyərək insanları coşduraraq «kafir» elan etdikləri şəxslərin üzərinə hücuma keçiblər. İslamda isə cihad müdafiə xarakterlidir.

Provokasiyalara aldanmamalıyıq
Dinlər Tarixinə diqqətlə nəzər salsaq, hazırda mövcud olan dinlərin arasında şiddətdən ən çox uzaq olan dinin İslam olduğunu görə bilərik. Vaxtı ilə Avropanı bürüyən məzhəblər müharibəsinin (30 illik müharibə) hansı dini səbəbdən ortaya çıxdığını xatırlatmağa zənn edirəm ki, ehtiyac yoxdur.
Bu gün artıq İslam və İslamın müqəddəsləri başqa dinlərdə olmadığı qədər hücumlara məruz qalır. Daxili məsələləri ilə məşğul olan İslam dünyası aparılan kampaniyaların qarşısında təsirli və qaneedici cavab verməyi bacarmalı, provokasiyalara aldanmamalıdır. Müsəlmanların barbar, mədəniyyətsiz, vəhşi göstərilməsinə imkan verilməməlidir. Onlar dialoqdan müxtəlif bəhanələrlə qaçmağa çalışsa da, biz müsəlman olaraq bundan qaçmamalıyıq. Vatikanla bağlı tədqiqatlar aparan, məlumatlar yayan jurnalistlərin hazırki Papanın sələfi qədər «dinlərarası dialoq»dan çox az bəhs etməsini xatırlatmalarına fikir vermədən biz müsəlmana yaraşan davranışımızla özümüzü göstərməliyik. Karikatura hadisəsində olduğu kimi hərəkət etməməliyik.
Bəzilərinin iddia etdiyi kimi Papanın sözləri xristianlarla aramıza divarlar hörməyimizi deyil, əksinə, daha çox dialoq qurmağımızı zəruri edir. Məqsəd sülh dini olan İslamı başqalarına düzgün təbliğ etmək, İslamın həqiqətlərini doğru çatdırmaq, sevgi peyğəmbəri olan Həzrəti Muhəmmədi insanlara olduğu kimi tanıtmaqdır. Bunu yerinə yetirə bilmək üçün dialoqdan başqa yol yoxdur. Qaranlığa lənət yağdırmaq yox, şam yandırıb bu zülməti nura çıxarmaq lazımdır. Onların səhvindən sonra biz də səhv etməməliyik. Bilməliyik ki, iki səhv bir doğru etməz.
Unutmamalyıq ki, tarix boyunca Peyğəmbərimizin pak əhli-beytinə qarşı aparılan çirkin təbliğatlar, «Şeytan ayələri» yazaraq İslamı gözdən salmağa çalışan bədxah və arxasında dayananların səyləri, Allah Rəsulunun karikaturasını çəkən provokatorlar nə İslamın müqəddəslərinə ləkə sürə, nə də bu dinin sürətlə yayılmasının qarşısını ala bilib. Günəşi palçıqla sıvamaq mümkün olmadığı kimi onların üfürükləri də bu sürətin qarşısını ala bilməyəcək. Yaddan çıxarmayaq ki, Allah sonuncu peyğəmbərini aləmlərə rəhmət olaraq göndərib. Həzrəti Peyğəmbər: «Mən kamil olan əxlaqı tamamlamaq üçün, lənətləyən olaraq deyil, rəhmət olaraq göndərildim», - buyurub.
[ Âåðíóòüñÿ â ðàçäåë İSLAM BU GÜN, SABAH... | Âåðíóòüñÿ â ãëàâíûé ðàçäåë ] Ñòðàíèöà äëÿ ïå÷àòè Ïîñëàòü ýòó ñòàòüþ äðóãó

MƏQALƏLƏRİN SİYAHISI


İSLAMIN ƏSASLARI
İntihar – Allahdan önə keçmə cəhdi
Din meyitdən imtinaya necə baxır?
Keçmiş namazların qəzası
Cümə namazı və onun əhəmiyyəti
Dinlərdə hicab

İslam möcüzəsi
Dua sağalma prosesini tezləşdirir

DİGƏR DİNLƏR
Məsih
İsa Məsih nə zaman doğulub
Qədim Misir niyə süqut etdi?

NAMAZ
Gündəlik namazlar mütləq beş dəfəmi qılınmalıdır?

İSLAM BU GÜN, SABAH...
Lev Tolstoy: “Xahiş edirəm, məni Məhəmmədi hesab edin”
H‎əyat örnəyimiz kimdir?
Dini mövzular barəsində fikir yürütmək kimin vəzifəsidir
Barak Obamanın İslam dünyasına müraciəti (Tam mətn)
Hələ vaxtı çatmayıb?!
Şahzadə Çarlzın Londonda keçirilmiş seminarda etdiyi çıxışın mətni
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (1-ci yazı)
Vaxtımızın qədrini bilək
Qadın kişinin qabırğasından yaranıb?
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (2-ci yazı)
Allah heç kimə zülm etmir
Mehr – İslamın qadına verdiyi haqq
Dünyaya neçə dəfə gəlirik? Sirrlərlə dolu Reenkarnasiya nəzəriyyəsi (3-cü yazı)
İnsan iradə azadlığına malikdirmi?
Dünyanın hər 5 sakinindən biri müsəlmandır
Iraq tarixi və həkimilər
Ruzi (I yazı)
Qadın kişinin qabırğasından yaranıbmı?
"Avropa 50 ildən sonra müsəlman olacaq"
Ruzi (II yazı)
İslam yeniliyə qarşıdırmı?
Din adamı yoxsa, provokator siyasətçi?
Ruzi (III yazı)
İslam və sığorta (1-ci hissə)
Müasir cəmiyyətdə dinə münasibət
Ölümdən niyə qorxuruq?
İslam və sığorta (2-ci hissə)
Qərbdə dinə münasibət
İohann Volfhanq Höte: «Quran – kitabların kitabıdır»
İslam və sığorta (3-cü hissə)
Dinlərarası dialoqun bugünkü vəziyyəti
Yalanların ən böyüyü
Orta Əsrlər şərqində elm akademiyaları
Dinlərin təbliğat mexanizmi
Vəhdət - günümüzün əsas ehtiyacı
Bibliya Muhəmməd Peyğəmbər (s) barəsində müjdə verir
Pravoslavlıqda və İslamda oruc
On səkkiz min aləm, yaxud İslam yerdənkənar sivilizasiyaların mövcudluğu barədə nə deyir

İSLAM VƏ TƏHSİL
Dünyəvi təhsil sistemində dini tədris
Orta məktəblərdə dini tədris: Siyasi həll və icra yolları
Məktəb və mənəviyyat: dünya təcrübəsi

İSLAM TARİXİ
İslamda tarixşünaslıq elmi və ilk müsəlman salnamələri
Əbu Talib mömin olub, yoxsa..? (birinci hissə)
Məşhur rus səyyahı Afanasi Nikitin müsəlman imiş?
Əbu Talib mömin olub, yoxsa..? (ikinci hissə)
İslamda əsas hədis qaynaqları - 1
Əbu Talib mömin olub, yoxsa..? (üçüncü hissə)
İslamda əsas hədis qaynaqları - 2
İslamda əsas hədis qaynaqları - 3
Aşura qiyamının təhrifləri
Aşura qiyamının mahiyyəti
Sadə torpaqdırsa, lakin Kərbəla torpağıdır...
Milli hərəkatımız haradan başladı: ictimai-siyasi aspektləri
Kərbəla şəhidlərinin sırasında azərbaycanlı olubmu?
Milli hərəkatımız haradan başladı: İdeya-fəlsəfi əsasları
Çürüməyən cəsədlər
İlk müsəlman qadınlar elmi, ictimai və hərbi fəaliyyət sahələrində
Osmanlı dövlətində qeyri-müsəlmanlara qarşı münasibət
Həzrəti Muhəmməd bəşərə nə gətirib?
Böyük fəth – İspaniya
Fəzilət qalalarının fatehinin son vəsiyyəti
İslam peyğəmbəri niyə bir neçə qadınla evlənmişdir?

HƏCC
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça)
Həcc (Əli Şəriətinin eyni adlı kitabından parça) - 2-ci hissə

QURAN
Quran möcüzələri
Quran bəlağətinin ecazkarlığı

RAMAZAN
Ramazan – tozu yuyan bir yağış...
Orucun tibbi faydaları
Filippin müsəlmanları
Orucun ictimai faydaları
Azərbaycanda din sahəsində qadağalar
Mübarək Ramazan ayının gündəlik duaları
Musa Sədr – 31 ilin itkini
İftar duaları
Oruc – dünya və axirət səadəti gətirən ilahi ziyafət
Dərk edənlər və etməyənlər üçün RAMAZAN
İslam müqəddəsləri Ramazan ayı və oruc haqqında
Qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar
Merac
Orucu necə tutmalı?
İslamın ilk illərində necə oruc tuturdular?
Oruc tutmaq sağlam olmaq deməkdir
Ramazan ayında gündəlik ediləcək dualar
Bədirlənmiş ay və oruc
Peyğəmbərin (s.) RAMAZAN xütbəsi
Orucluğun mənəvi faydaları

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat