Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları

İSLAM CƏRƏYANLARI : İbrətamiz hekayətlər

  Sayta qoyulub: 21:10 31.07.2008 (Oxunub: 1109 dəfə)

Ariflərdən biri öz şagirdi ilə birlikdə qayıqda gedirdi. Şagird nəsə ağıllı bir söz deyib ustadın xoşuna gəlmək istəyir. Bu məqsədlə xeyli fəkirləşdikdən sonra qayığın dibini göstərib deyir:

- İndi ölümlə aramızda cəmi bir taxta parçası qədər məsafə vardır.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : Sufilik – izahı mümkün olmayan aləm

  Sayta qoyulub: 23:57 03.05.2008 (Oxunub: 766 dəfə)

Sufilik yarandığı zamandan bəri onun mahiyyətini açmaq, mənasını sözlə əhatə etmək və söz qəlibində ona tərif vermək cəhdləri olmuşdur. Bu mövzunu araşdırarkən belə bir mənzərə ilə qarşılaşırıq ki, sufilik, bəlkə də barəsində ən çox danışılan və mahiyyətinə ən çox tərif verilən məfhum sayıla bilər.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : İrfan nədir?

  Sayta qoyulub: 23:35 06.04.2008 (Oxunub: 678 dəfə)

(Şəhid Murtəza Mutəhhərinin «İslami elmlərlə tanışlıq» kitabından hissə)

İslam mədəniyyətinin qucağında yaranmış, inkişaf etmiş və təkamül tapmış elmlərdən biri də irfan elmidir. İrfan barəsində iki baxımdan danışmaq və tədqiqat aparmaq olar: ictimai baxımdan və mədəni baxımdan. Arifləri İslam mədəniyyətinin müfəssir (təfsirçi), mühəddis (hədisşünas), fəqih (fiqh alimi), mütəkəllim (kəlam alimi), filosof, ədib, şair və s. təbəqələrindən fərləndirən mühüm bir cəhət vardır. Bu da ondan ibarətdir ki, ariflər mədəni təbəqə kimi mövcud olmaqdan, irfan adlı elm yaratmaqdan, öz sıralarında böyük alimlər yetişdirməkdən və əhəmmiyyətli əsərlər yazmaqdan əlavə, həm də İslam dünyasında özünəməxsus cizgilərə malik ictimai dəstə (firqə) də yaratmışlar.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : Sufilik barədə qeydlər

  Sayta qoyulub: 18:59 28.02.2008 (Oxunub: 620 dəfə)

Əllamə Təbatəbainin «Əl-Mizan» təfsirindən

Məşhur ruhani alim və arif Əllamə Seyyid Muhəmməd Hüseyn Təbatəbai "Əl-Mizan" təfsirində Qurani-Kərimin müvafiq məzmunlu ayələrini şərh edərkən dəfələrlə irfan və təsəvvuf mövzusuna, bunların İslam dini ilə uyğunluq və ziddiyyətlərinə, irfanda araşdırılan əsas məsələlərin izahına toxunmuş və qənaətbəxş məlumatlar vermişdir.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : Azərbaycanda sufilik

  Sayta qoyulub: 22:48 03.02.2008 (Oxunub: 711 dəfə)

Azərbaycanın tarix boyu qərb ilə şərqi birləşdirən ticarət yollarının əsas qovşaqlarından birində yerləşməsi, buranın həm coğrafi, həm mədəni, həm də hərbi-strateji əhəmiyyətli məkan olması, islamın ilk dövrlərindən (20-22 h./641-643 m.) buranın müsəlmanlar tərəfindən fəth edilməsinə səbəb olmuşdur. İslam dini zaman keçdikcə yerli əhali tərəfindən qəbul edildi. Bu da danılmaz faktdır ki, burada yaşayan xalqın müsəlman olmasında ən böyük təsir göstərən amillərdən biri sufilik olmuşdur. Sadəcə, sufilərin xoşməramlı İslam anlayışının insanların qəlbinə təsir etdirmək xüsusiyyətini nəzərə alsaq, bu dinin qəbul edilməsində təzyiqin tətbiq olunmadığını aydın görə bilər və sufiliyin əhəmiyyətini dərk etmiş olarıq.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : Sufiliyin tarixi

  Sayta qoyulub: 22:45 03.02.2008 (Oxunub: 642 dəfə)

«Mistik düşüncə» bəşəriyyət tarixi boyu mövcud olan bir məfhumdur. İlahi bilik və sirlərlə bağlı mənaları özündə əks etdirən yunan mənşəli bu söz (mystikos) tədricən fəlsəfi-dini termin mahiyyətini qazanmışdır. Mistik təcrübə və anlayış yunan fəlsəfəsində, brahmanizm, buddizm, maniheizm, iudaizm və xristianlıqda müxtəlif formalarda mövcud olmuşdur.

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : «Sufi» adı necə yaranıb - 2

  Sayta qoyulub: 22:42 03.02.2008 (Oxunub: 516 dəfə)

Sufilik mövzusunda qədim mənbələrdən sayılan «Təlbisi-İblas» kitabında İbn Covzi yazır: ««Sufi» sözü hicri 200-cü ildən azacıq əvvəl yaranıb. Həzrəti Peyğəmbərin dövründə insanlara ləqəb qoşarkən, ilk növbədə İslama və imana aid edir, «muslim» və «mömin» deyirdilər. Sonra «zahid» və «abid» adları meydana çıxdı. Daha sonra bir dəstə yarandı ki, zahidliyə və Kəbəyə bağlılıqlarının çoxluğundan, dünyadan uzaqlaşdılar, özlərini tamamilə ibadətə həsr etdilər və xüsusi bir təriqət (yol) yaratdılar».

Íàâåðõ

İSLAM CƏRƏYANLARI : «Sufi» adı necə yaranıb - 1

  Sayta qoyulub: 22:39 03.02.2008 (Oxunub: 524 dəfə)

Yüz illərdir ki, «sufi» sözünün mənası və kökü barəsində mübahisələr davam edir. Tarix və ədəbiyyat alimləri, filosoflar, eləcə də sufilərin özləri bu sözün lüğət mənasını, izahını və yaranma tarixini araşdırmış, nəticədə bir-birindən fərqli, hətta ilk baxışda qəribə görünə biləcək nəzəriyyələr irəli sürmüşlər.

Íàâåðõ

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat