Artıq neçə ildir ki, Vətən torpaqlarımızın bir hissəsi xain qonşularımızın tapdağı altındadır. Ermənilər həmin torpaqların Azərbaycana məxsusluğunu sübuta yetirən tarixi abidə və sənədləri təhrif edib özününküləşdirir, qədim azəri ərazilərini öz adlarına çıxmaq istəyirlər. Amma fakt budur ki, nəinki yalnız Dağlıq Qarabağ, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın və Kəlbəcər, hətta müasir Ermənistanın paytaxtı İrəvan şəhəri də tarixən Azərbaycanın tərkib hissəsi olmuşdur. Azərbaycanın tərkibindən qoparılmazdan və ermənilərin orada məskunlaşmasından əvvəl İrəvan müsəlman şəhəri olmuş, buradan dünya şöhrətli İslam alimləri çıxmışdır. Onlardan biri də mərhum Ayətullahu'l-uzma Fazil İrəvanidir.