Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları

OXUCU QƏLƏMİ : Uşaqları sevin, onlara mərhəmət göstərin

  Sayta qoyulub: 17:05 11.05.2008 (Oxunub: 644 dəfə)

Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub, o gözəl duyğuları yaşamaq arzusundadır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanlar xaraktercə fərqli olsalar da, valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Övladlarınızı sevin

  Sayta qoyulub: 11:01 19.04.2008 (Oxunub: 594 dəfə)

Valideyn olmaq dünyanın ən çətin, ən məsuliyyətli və eyni zamanda ən gözəl vəzifələrindən sayılır. Övlad sahibi olmaq elə gözəl bir duyğudur ki, körpən üçün keçirdiyin yuxusuz gecələr, min bir əzab-əziyyət insana yenə də şirin gəlir. Onun gəlişi ailəyə bir dünya sevinc, yeni bir xoşbəxtlik, sevgi, nur, ruzi-bərəkət bəxş edir. Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir, onun məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır, valideynin övlad sevgisi nur selinə çevrilib ailə ocağını işıqlandırır. Övladın gəlişi ilə sanki ana-atanın ömrü təzələnir, həmin təqvim ailə üçün ənənəvi bayrama çevrilir.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Xoşbəxtliyin bəzi sirrləri

  Sayta qoyulub: 21:48 10.02.2008 (Oxunub: 1296 dəfə)

Sevimli Peyğəmbərimiz (s) buyurur ki, dünya və axirətdə heç bir şey evlənmədən daha ləzzətli ola bilməz. İnsan ailə qurmaqla həm Allah dərgahına yaxınlaşıb savab qazanır, həm də bir sıra günahlardan qorunur. Psixoloqlar ailəni insanın düzgün, doğru tərbiyəsi üçün ən dəyərli məktəblərdən hesab etmişlər. Kiçik cəmiyyət adlanan, əslində isə cəmiyyətin önəmli sütunlarından sayılan ailəni qorumaq üçün son dərəcədə diqqətli, dözümlü, məsuliyyətli, elmli, alicənab, ağıllı və ən əsası səbirli olmağımız vacibdir.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Muhəmməd (şeir)

  Sayta qoyulub: 01:38 08.02.2008 (Oxunub: 773 dəfə)

Bu kainatın nuru,
Böyük fəxri, qüruru,
İnsanların şüuru,
Kamalısan, Muhəmməd!

Íàâåðõ

OXUCU QƏLƏMİ : Uşaqları sevin, onlara mərhəmət göstərin

  Sayta qoyulub: 22:36 06.01.2008 (Oxunub: 572 dəfə)

Övlad tərbiyə etmək, onun qayğısına qalmaq ciddi məsuliyyət, böyük səbir və dözüm tələb etsə də, ailə qurmuş hər bir kəs Allahın bu şirin nemətinə sahib olub, o gözəl duyğuları yaşamaq arzusundadır. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, insanlar xaraktercə fərqli olsalar da, valideyn olduqdan sonra onların xasiyyətlərində bir çox oxşarlıqlara rast gəlmək mümkündür. Bu müqəddəs vəzifəyə sahib olmaq üçün göz yaşı töküb, gecəsini-gündüzünü dualarla keçirən şəxslərdən fərqli olaraq, əfsuslar olsun ki, bu gözəl duyğuların dəyərini dərindən dərk etməyib, körpəsini elə bətnindəcə məhv edənlər də az deyil. Psixoloqların dediyinə görə, abort zamanı körpələr böyük gərginlik hissi keçirir, hətta məhv olmamaq üçün ana bətnində bir güncə çəkilirlər. Nədir onların günahı? O balaca mələklər deyilmi qədəmləri ilə ailəsinə bir dünya sevinc, təravət, yeni bir xoşbəxtlik, sevgi, nur, uğur və ruzi-bərəkət gətirən? Bəzən dağılmaqda olan bir ailəni körpə qığıltısı xilas edir. Onların məsum baxışları anlaşa bilməyən ər-arvad arasında yeni bir məhəbbət yaradır. Gülüşləri ilə valideynlərinə yaşam gücü verir, onları cavanlaşdırır.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Nə yaxşı ki müsəlman oldum

  Sayta qoyulub: 09:45 27.12.2007 (Oxunub: 668 dəfə)

Ali-İmran sürəsinin 19-cu ayəsində buyurulur: «Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır…».
Tanrının haqq, doğru din adlandırdığı İslam dini, həqiqətən, xoşbəxtlik, qardaşlıq, birlik, məhəbbət dinidir. Məhz bu din vasitəsilə bütün bəşəriyyət doğru yola yönəldilir. Qurani-Kərim nəinki ərəblərin, eyni zamanda bütün dünya xalqlarının kitabı sayılır. Bu müqəddəs kitab yalnız müsəlmanlarla deyil, həm də qeyri-müsəlmanlarla da ünsiyyət qurur, onları haqq dini olan İslama səsləyir. Məsələn, Tövbə sürəsinin 11 ayəsində bütpərəstlər haqqında belə buyurulur: «Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onlar sizin din qardaşlarınızdır. Biz ayələrimizi anlayıb bilən bir tayfa üçün belə ətraflı izah edirik».

Íàâåðõ

OXUCU QƏLƏMİ : Hicablı bacılarıma

  Sayta qoyulub: 23:42 20.11.2007 (Oxunub: 1064 dəfə)

Qadın üçün mühüm olan şey hicab və iffətdir. O, öz şəxsiyyətini dərk edəndə oyun-oyuncağa, alış-veriş əşyasına çevrilməz, öz gözəlliyini çirkin adamların tamaşasından qoruyub saxlayar və yalnız ərinə məxsus olar. İslam hicabı qadınlar üçün məhdudiyyət deyil, əksinə onları cəmiyyətin müxtəlif sahələrində istər tibbdə, istər maarifdə fəal bir qüvvəyə çevirir.

Íàâåðõ

OXUCU QƏLƏMİ : İslamda evlənmək və onun bəzi adətləri

  Sayta qoyulub: 21:26 09.11.2007 (Oxunub: 1355 dəfə)

Daha öncəki mövzumuzda qeyd etdiyimiz kimi ailə qurmaq, evlənmək və ya ərə getmək dinimizin bizə buyurduğu ən mühüm və vacib əməllərdən biridir. Bildiyimiz kimi, insan müəyyən yaş dövrünə çatdıqda onun fərdiyyəti, mənəvi siması formalaşır, sanki qəlbində bir boşluq yaranır ki, bu boşluğu doldurmağa - yəni sevgiyə, qarşı cinsə məxsus olan biri ilə xoş ünsiyyət qurmağa ehtiyac duyur. Burada maraqlı bir rəvayəti diqqətinizə ərz etməyim yerinə düşərdi.

Íàâåðõ

OXUCU QƏLƏMİ : İslamda ər və arvadın qanunları

  Sayta qoyulub: 21:19 09.11.2007 (Oxunub: 1504 dəfə)

Allahın Rəsulu Muhəmməd (s) buyurmuşdur: «Hər kəs mənim sünnəmə tabe olmaq istəyirsə, (onda bilməlidir ki,) mənim sünnəmdən biri də evlənməkdir».

Íàâåðõ

OXUCU QƏLƏMİ : Ölüm (əcəl zəngi)

  Sayta qoyulub: 22:23 31.10.2007 (Oxunub: 1141 dəfə)

Ölüm… hər bir şeyin süquta uğrayacağı bir proses, fanilikdən əbədiliyə qovuşmanın başlanğıç nöqtəsi. O nöqtə ki, hər bir canlının taleyinə yazılan və pozulması qeyri-mümkün olan bir nöqtə. Yaradılmışların hər biri elə yarandığı dövrdən etibarən ona doğru gedir, yolun o biri tərəfində ölüm gözləyir hər kəsi. Ondan qurtulmaq mümkün olmadığı kimi, onun haqqında düşünməmək belə mümkün deyildir. Elə bir canlı, hər hansı bir fərd tapa bilməzsən ki, ölümün varlığını bilə-bilə onun haqqında bir anlıq belə fikirləşməsin, düşünməsin “ölüm” adlı bir sonluğun mövcudluğunu.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Ulu peyğəmbər

  Sayta qoyulub: 22:17 31.10.2007 (Oxunub: 747 dəfə)

"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!" (Ənam, 102).

Íàâåðõ

OXUCU QƏLƏMİ : RAMAZAN

  Sayta qoyulub: 22:16 31.10.2007 (Oxunub: 954 dəfə)

Ramazanı sevə-sevə yaşayan,
Ramazanın bitməsini qəm eylər.
Ürəyində Allah eşqi daşıyan,
Gözlərini səhər-axşam nəm eylər.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Dini dəyərlərimizə sahib çıxaq

  Sayta qoyulub: 21:22 30.10.2007 (Oxunub: 533 dəfə)

Azərbaycanda mənəvi, dini dəyərlərimiz uzun müddət ərzində amansız aşınmalara məruz qalıb. Tarixən öz ilkinliyinə, öz mənliyinə qayıtmaq istəyən millətimiz dəqiq olaraq nəyə, hansı dəyəri bərpa etməyin fərqinə varmaqda zorluq, çətinlik çəkmişdir. Əlbəttə, burada yadellilərin, kafirlərin rolu da az olmamışdır. Onların təsiri altında Azərbaycan xalqı mənən təzyiqlərə məruz qalmış, ancaq buna baxmayaraq, öz keçmişini qoruyub saxlamağı və bunu gələcək nəsillərə ötürməyi bacarmışdır. Bu mübarizələrdə xalqımız zaman-zaman ağır nəticələrlə də üzləşmişdir. Xalqımızın maddi nemətləri talan edilmiş, mədəniyyəti, dili və dini ağır zərbə almışdır. Dindəki sarsıntılar da bu yöndən baş qaldırmışdır.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Əfv və güzəşt

  Sayta qoyulub: 21:19 30.10.2007 (Oxunub: 675 dəfə)

Həyatda iki şeyin savabını hesablamaq olmaz: Əfv etmək və ədalətli olmaq. Allah-Təala Qurani Kərimdə Əraf surəsinin 199-cu ayəsində buyurur: «Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!». Unutmaq olmaz ki, əfv və güzəşt dedikdə insan yalnız bəzi hallarda deyil, bütün şəraitlərdə bu xüsusiyyətə sahib olmalı və bu, bir növ onun üçün vərdiş və adət halına çevrilməlidir. Əgər insanlar bir-birlərinə güzəşt etməsə, biri digərinin səhvinə göz yummasa, cəmiyyətdə özbaşınalıq baş alıb gedər və hər cür hərc-mərclik böyük bir problemə çevrilər. Belə bir şəraitdə müqəddəs İslam dininin öz davamçılarına tövsiyə etdiyi şey də səbirli və təmkinli olmaq, hər işdə mümkün qədər güzəştə getməkdir.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Dini dəyərlərimizə sahib çıxaq

  Sayta qoyulub: 21:17 30.10.2007 (Oxunub: 425 dəfə)

Aərbaycanda mənəvi, dini dəyərlərimiz uzun müddət ərzində amansız aşınmalara məruz qalıb. Tarixən öz ilkinliyinə, öz mənliyinə qayıtmaq istəyən millətimiz dəqiq olaraq nəyə, hansı dəyəri bərpa etməyin fərqinə varmaqda zorluq, çətinlik çəkmişdir. Əlbəttə, burada yadellilərin, kafirlərin rolu da az olmamışdır. Onların təsiri altında Azərbaycan xalqı mənən təzyiqlərə məruz qalmış, ancaq buna baxmayaraq, öz keçmişini qoruyub saxlamağı və bunu gələcək nəsillərə ötürməyi bacarmışdır. Bu mübarizələrdə xalqımız zaman-zaman ağır nəticələrlə də üzləşmişdir. Xalqımızın maddi nemətləri talan edilmiş, mədəniyyəti, dili və dini ağır zərbə almışdır. Dindəki sarsıntılar da bu yöndən baş qaldırmışdır.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Məada olan inamın insan həyatında rolu

  Sayta qoyulub: 21:16 30.10.2007 (Oxunub: 390 dəfə)

Əgər bu dünya həyatını başqa bir dünya olmadan təsəvvür etsək, həyat necə də puç və mənasız olar. Bu eynilə ana bətnindəki körpənin bu dünya ilə əlaqəsi olmaması kimidir. Bir anlığa təsəvvür edin ki, ana bətnindəki körpənin düşüncəsi olsa, orada keçirdiyi günlər barədə fikirləşib təəccüb edər və onu bir çox suallar düşündürməyə başlar. Nəyə görə mən buradayam, sonum necə olacaq? Əgər ona desələr ki, bu sənin keçirdiyin başlanğıcdır, sən geniş bir dünyaya daxil olub, orada günəş, ay, yaşıl ağaclar, otlar, güllər və s. görəcəksən, onda körpə rahat nəfəs alıb «indi bildim, mən nə üçün burdayam» deyər. Əgər ana bətnindəki dövrün bu dünya ilə əlaqəsi kəsilsə hər şey puç olar. Bu dünya ilə axirət aləminin əlaqəsi də bu cürdür.

Íàâåðõ

OXUCU QƏLƏMİ : Allahın razılığı

  Sayta qoyulub: 21:12 30.10.2007 (Oxunub: 829 dəfə)

Həqiqi mömin sifətlərindən biri də rizadır, yəni razı qalmaq. İmam Sadiq buyurur: «Rizanın sifəti odur ki, xoşladığı və xoşlamadığı şeylərdən razı qalır». Ümumiyyətlə, bu mövzu çox böyük və məsuliyyətlidir. Amma nədənsə ağlıma ilk olaraq bu mövzu gəldi. Bəlkə də bu səbəbdəndir ki, son günlər məni çox narahat edir. Görəsən Allahın razılığını qazana bilərəmmi və yaxud Allahın razılığını qazanmaq üçün səy göstərirəmmi?

Íàâåðõ

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat