Yalan – həqiqətin əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış, olmamış hadisəni isə olmuş kimi göstərməkdir. Yalan ən çirkin əməllərdən biridir. Bunun belə olduğunu, çox vaxt yalan danışan insanın özü də bilir. Çünki yalan danışan insan özünə «yalançı» deyilməsini istəmir, bundan narahat olur. Yalançı olduğunu qəbul etməməsi isə, şübhəsiz ki, başqa bir yalandır.
“Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir” (Ali-İmran, 92).
İsar, özünün ehtiyacı olsa belə, zərər və çətinliyə dözərək başqasını özündən üstün tutmaq, başqasının ehtiyacını öz ehtiyacından əvvəl fikirləşməkdir. İsar, səxavət və kərəm sahiblərinin adətidir.
Allaha kamil bir şəkildə iman etməyin təzahürü olan digər bir əxlaqi kefiyyət Uca Yaradana güvənmək - təvəkküldür. Təvəkkül, bir möminin etdiyi işlərdə lazımı tədbirləri gördükdən və əlindən gələn səyi göstərdikdən sonra, ürəyini Allaha bağlaması və Ona güvənib arxalanması deməkdir. Təvəkkül – qətiyyən, heç bir iş görmədən “Allaha güvənirəm” deyib tənbəllik etmək mənasına gəlməməlidir. Belə ki, bir dəfə bədəvilərdən biri “Heyvanımı bağlayıb Allaha təvəkkül edim, yoxsa bağlamadan?” ―deyə soruşanda, Rəsulullah (s.ə.s) ona belə cavab vermişdi: “Əvvəlcə bağla, sonra təvəkkül et!” (Tirmizi, Qiyamət, 60).
Qənaətcillik, əldə olanla kifayətlənməkdir. Aza qane olub, ehtiyacları minimum ölçüdə təmin edə biləcək maddi imkanla kifayətlənmək, başqalarının əlindəkilərə göz dikməmək və çox qazanmaq həvəsindən çəkinmək – qənaətcilliyin təzahürləridir.
Verilən sözün yerinə yetirilməsi və əhdə vəfalı çıxmaq dinimizin ömən verdiyi məsələlərdən biridir. Allah-Təala: “Ey iman gətirənlər. Əhdlərə sadiq olun...” (Maidə, 1) buyurmuşdur. Bununla da müsəlmanların, eləcə də bütün insanların bağladıqları əhdlərə, verdikləri vədlərə sadiq olmaları əmr olunmuşdur.
Hər insan bir ana və atanın övladı olaraq dünyaya gəlir. Hər uşaq bir ailəyə mənsub olaraq doğulur. İnsanın ailəsinin də bağlı olduğu bir milləti, vətəndaşı olduqları bir vətənləri vardır.
Təvazökarlıq – sadə olmaq, haqqa boyun əymək və haqqı qəbul etmək deməkdir. Təvazökarlığın az olması təkəbbürün əlaməti, həddindən çox olması isə alçalmadır. Bundan başqa, həddini aşmış təvazökarlıq, nəfsdə lovğalığın əlaməti olaraq da təzahür edə bilər. Bu həssas məsələdə tarazlığı saxlamaq lazımdır.
Şükür – verilən hər hansı bir nemətə və ya edilən yaxşılığa görə bunu edən şəxsə qarşı söz, əməl ya da qəlb ilə hörmət və minnətdarlıq etməkdir. Söz ilə olunan şükür, yaxşılığı edən şəxsin adını dil ilə xatırlamaq, onu tərifləmək və onun üçün dua etməkdir. Əməl ilə olunan şükür, bədənin bütün üzvlərindən Allah rızası üçün istifadə etməkdir. Həmçinin imkan sahibi olan insanların Allahın bəndələrini qoruması və möhtac insanların yanında olması deməkdir. Qəlb ilə olunan şükür isə insanın sahib olduğu hər şeyi verəni qəlbən tanıması və onu təsdiq etməsidir.
Həya – utanmaq və ayıb olan bir şeyin nəticəsində insanda meydana çıxan xəcalət hissi mənalarına gəlməkdədir. Həya iki növdür ki, birincisi Allahın hər kəsə doğuşundan vermiş olduğu fitri həya hissidir. Buraya xüsusən hər kəsin cəmiyyət içərisində açıq-aşkar etməkdən utanaraq etmədiyi hərəkətlər daxildir. İkincisi isə tərbiyə, təhsil, böyüdüyü mühitin və imanının ona verdiyi mənəvi və tərbiyəvi dəyərlərdir ki, bunu insanlar yaşadığı zaman ərzində qazanmaqdadırlar. Bir sözlə desək, həya, pis və çirkin olanlardan uzaq olmaq, hal və hərəkətlərində diqqətli, danışıq tərzində və sözlərində ağıllı olmağa çalışmaqdır.
Səbir orta yolu tapmaq, bəla və əzab vaxtı dözmək, həyatın və dinin şərtləri qarşısında bezmədən, yorulmadan yola davam etməkdir. Səbir dinimizin ən çox istədiyi və əmr etdiyi əxlaqi qaydalardan biridir. Səbirdə məqsəd gözlənilməz hadisələr və həll edə bilmədiyimiz problemlər qarşısında həyəcanlanmadan, təşvişə düşmədən ağılla fikirləşərək doğru qərarlar verə bilməkdir. Ancaq səbir zülmə boyun əymək, vətən, namus və insan şəxsiyyətinə qarşı olan təhqirlərə dözmək mənasına gəlməməkdədir. Belə olan hallarda buna qarşı etiraz etməyən insanlar acizlik və qorxaqlıq nümayiş etdirmiş olurlar. “Ey iman gətirənlər. Səbir və dua ilə kömək diləyin. Çünki Allah səbir edənlərlədir” (Bəqərə, 153).
Ailəmizdən sonra ən yaxın əlaqə qurduğumuz insanlar, şübhəsiz ki, qonşularımızdır. İnsan olaraq cəmiyyət halında yaşadığımız üçün hər birimizin qonşumuz vardır. Onlar günün hər saatında müxtəlif səbəblərlə qarşılaşdığımız insanlardır. Buna görə də, haqlarına hörmət göstərməli olduğumuz insanların arasında qonşularımız ön cərgələrdə dururlar. Xüsusilə şəhər yerlərində, çoxmərtəbəli binalarda onlarla ailənin bir binanı, bir giriş-çıxışı bölüşdüyünü nəzərə alsaq, belə yerlərdə qonşuluq münasibətlərinin yüksək səviyyədə qorunub saxlanılmasının nə dərəcədə əhəmiyyətli olduğu ortaya çıxmış olar.
Hər bir insanın dünyaya gəlməsində, inkişaf edib yetişməsində, həyata hazırlanmasında ailənin əhəmiyyəti düşünüldüyündən daha çoxdur. Ailə, insan övladının həyatda qalmasını təmin edir, nəslin davam etməsinə xidmət edir. Lakin insan üçün ailənin əhəmiyyəti nə qədər böyükdürsə, ailə üçün də sevgi və hörmət şəraitinin əhəmiyyəti o qədər böyükdür.