Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları

Cümə xütbəsi : Ramazan ayının fəziləti

  Sayta qoyulub: 00:04 05.09.2008 (Oxunub: 401 dəfə)

Hörmətli müsəlmanlar!

Uca Allahın bizlərə bəxş etdiyi gözəl nemətlərdən biri də mübarək Ramazan ayıdır. Ramazan ayı ibadət, mərhəmət və bağışlanma ayıdır. Bərəkəti bol, xeyri çox olan bir aydır. Ramazan ayı bir illik maddi və mənəvi kirlərdən təmizləndiyimiz, insani hisslərin coşduğu, tövbə edib haqqa yönəlmə şüurunun formalaşdığı maddi və mənəvi bir tərbiyə ayıdır.

Íàâåðõ

Cümə xütbəsi : Peyğəmbərin (s.) Ramazan xütbəsi

  Sayta qoyulub: 11:36 29.08.2008 (Oxunub: 569 dəfə)

Həzrəti Peyğəmbər (s) Ramazan ayının gəlişi ərəfəsində müsəlmanların qarşısında xütbə oxuyaraq belə buyurmuşdu:

Íàâåðõ

Cümə xütbəsi : Zəkat ibadəti

  Sayta qoyulub: 10:39 22.08.2008 (Oxunub: 347 dəfə)

Hörmətli möminlər!

Bildiyimiz kimi, zəkat İslamın təməl şərtlərindən biridir. Malla bağlı bir ibadət olan zəkat imkanlı insanların yerinə yetirməli olduqları bir fərzdir. Zəkat hicrətin ikinci ilində orucdan qabaq fərz qılınmışdır. Önəminə görə Qurani-Kərimdə otuz iki yerdə namazla birlikdə zikr olunmuşdur.

Íàâåðõ

Cümə xütbəsi : Övladlarımız və təlim-tərbiyə

  Sayta qoyulub: 02:17 15.08.2008 (Oxunub: 316 dəfə)

Hörmətli müsəlmanlar!

İslam dini elm, irfan, hikmət və həqiqət dinidir. Hər hökmü insanın imkanlarına və sağlam məntiqə uyğun olan, dünya və axirət səadətini təmin edən bir dindir.

Təsadüfi deyildir ki, İslam dininin insanlığa ilk mesacı «Oxu» (Ələq, 1) əmri olmuşdur. Bu əmrin mənasının üzərində yaxşı-yaxşı düşünmək lazımdır. Çünki insan yalnız oxumaq və öyrənməklə həqiqəti tapa, səadətə qovuşa, vətəninə və millətinə faydalı ola bilər.

Íàâåðõ

Cümə xütbəsi : Dinimizdə təmizlik

  Sayta qoyulub: 11:32 08.08.2008 (Oxunub: 369 dəfə)

Hörmətli müsəlmanlar!

Məlumdur ki, İslam dini təmizliyə böyük önəm verir və bizlərə təmizliyə riayət etməyi əmr edir. Təmizlik insanın maddi və mənəvi kirlərdən təmizlənməsi, daxili və xarici zahiri aləminin təmiz olması deməkdir. Dinimizdə təmizlik bir sıra ibadətlərin şərti olduğu kimi, sağlam həyat sürmək üçün də olduqca vacibdir. Təsadüfi deyil ki, Qurani-Kərmin nazil olan ilk ayələrindən biri təmizliklə bağlı olmuşdur. Təmizlik, Allah sevgisini qazanmağa vəsilədir. Qurani-Kərimdə bu barədə «Şübhəsiz, Allah tövbə edənləri, pak olanları sevər» (Bəqərə, 222), bir hədisdə isə «Təmizlik imanın yarısıdır» (Riyazu's-salihin, ¹25) buyurulmuş, beləcə İslam dininin təmizliyə verdiyi önəm göstərilmişdir.

Íàâåðõ

Cümə xütbəsi : Merac və namaz

  Sayta qoyulub: 20:31 01.08.2008 (Oxunub: 447 dəfə)

Hörmətli müsəlmanlar!

Keçən xütbələrin birində də qeyd etdiyimiz kimi, dinimizdə bəzi zaman və məkanlar digərlərndən seçilmiş və müəyyən bir hadisəyə görə dəyər qazanmışdır. Bu dəyərli zamanlardan biri də Merac gecəsidir.

Lüğətdə «yüksəlmə vasitəsi» və «yüksəlmək» mənalarına gələn merac Peyğəmbərimizin (s.ə.s.) uca məqamlara çıxarılması; «gecə səfəri» mənasını verən isra isə gecənin bir vaxtında Həzrəti Peyğəmbərin (s.ə.s.) Məkkədən Qüdsə aparılması deməkdir.

Íàâåðõ

Cümə xütbəsi : Quranı oxumaq, anlamaq və yaşamaq

  Sayta qoyulub: 09:16 25.07.2008 (Oxunub: 381 dəfə)

Hörmətli müsəlmanlar!

Qurani-Kərim uca Allah tərəfindən Peyğəmbərmiz Hz Muhəmmədə (s.ə.s.) göndərilən son ilahi kitabdır. Bu əziz kitabın ünvanı bütün insanlar, qayəsi isə bütün insanların dünya və axirət səadətini təmin etməkdir. Bu qayəyə çata bilmək üçün Quranı oxumalı, anlamalı, əmr və qadağalarına riayət etməliyik. Uca Allah bu barədə belə buyurmuşdur:

Íàâåðõ

Cümə xütbəsi : Qumar və zərərləri

  Sayta qoyulub: 12:10 18.07.2008 (Oxunub: 342 dəfə)

Hörmətli müsəlmanlar!

Allahın insanlara lütf etdiyi ağıl, sağlamlıq və zaman nemətlərinin hər biri böyük nemətdir. Müxtəlif ayələrdə və hədislərdə bunların qədrini bilməyimiz, istər ağlımızı, istər sağlamlığımızı, istərsə də vaxtımızı boş yerə sərf etməməyimiz, bu nemətlərdən pis yollarda istifadə etməməyimiz israrla tövsiyə olunur. Allahın bizə vermiş olduğu bu nemətlərə görə hər zaman şükür etməli və unutmamalıyıq ki, qiyamət günü bu nemətlərə görə də hesaba çəkiləcəyik.

Íàâåðõ

Cümə xütbəsi : İslamda terrora yer yoxdur

  Sayta qoyulub: 16:39 11.07.2008 (Oxunub: 301 dəfə)

Hörmətli müsəlmanlar!

Sonsuz qüdrət sahibi olan Allah insanı ən gözəl bir şəkildə yaratmış (Tin, 4), şan və şərəf sahibi etmiş (İsra, 70), ruhundan ona üfürmüş (Hicr, 29), yer üzünü insana boyun əydirmiş (Mülk, 15) və saya bilməyəcəyimiz neçə neçə nemətləri insan oğlunun əmrinə vermişdir (İbrahim, 34).

Íàâåðõ

Cümə xütbəsi : Mübarək vaxtlar və bərəkətli zamanlar

  Sayta qoyulub: 12:43 05.07.2008 (Oxunub: 452 dəfə)

Əziz möminlər!

Bildiyimiz kimi, dinimizdə saleh əməllər, gözəl işlər üçün çox vaxt konkret bir vaxt müəyyən edilməmişdir. Lakin fərz ibadətlər üçün müəyyən qaydalar təsbit edildiiyi kimi, konkret vaxtlar da müəyyənləşdirilmişdir. Lakin bununla belə. özünəməxsus nemətlərin lütf olunduğu müəyyən mövsümlər, bəzi ibadət və önəmli işlərin yerinə yetirilməsi üçün təsbit olunmuş müəyyən vaxtlar vardır.

Íàâåðõ

Cümə xütbəsi : Yalançı şahidlik

  Sayta qoyulub: 00:45 27.06.2008 (Oxunub: 260 dəfə)

Əziz müsəlmanlar!

Dinimizin qadağan etdiyi haram işlərdən biri də yalançı şahidlikdir. Allaha və axirət gününə iman edən bir kəsin kiminsə xətrinə və ya sırf mənfəət üçün hakimin hüzurunda yalançı şahidlik edərək haqlını haqsız, haqsızı isə haqlı çıxarmağa çalışması böyük bir günahdır. Çünki yalançı şahidlik Allaha şərik qoşmaqdan sonra gələn böyük günahlardan biridir.

Íàâåðõ

Cümə xütbəsi : Salamlaşmağın önəmi

  Sayta qoyulub: 12:12 20.06.2008 (Oxunub: 349 dəfə)

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, İslam dini insanlararası münasibətlərin yüksək səviyyədə qurulmasına, cəmiyyətin ünsürü olan insanların bir-biri ilə mehriban davranmasına böyük əhəmiyyət verir. Hər bir müsəlman hətta tanımadığı insanlarla belə xoş davranmalı, qarşılaşdığı insanlara sevinc bəxş etməyə salışmalıdır. İnsani münasibətlərin qurulmasında və inkişaf etməsində böyük rol oynaması baxımından salamlaşmaq bu barədə böyük əhəmiyyət kəsb edir. Belə ki, salam, bir müsəlmanın başqa bir müsəlmana rahatlıq, bərəkət və səadət diləklərini dini bir çərçivədə təqdim etməsidir.

Íàâåðõ

Cümə xütbəsi : İslamda evlənmə ədəbi və toy

  Sayta qoyulub: 17:29 13.06.2008 (Oxunub: 446 dəfə)

Hər canlının xilqətində çoxalıb nəslini davam etdirmə xüsusiyyəti vardır. Canlıların ən mükəmməli olan insanda da bu xüsusiyyətin mövcud olması təbiidir. İki ayrı cins olaraq yaradılan insanların bu arzularını həyata keçirmələrinin qanuni yolu evlənməkdir. Bu barədə olan bir ayədə belə buyurulur: «Sizin üçün onlarla ünsiyyət qurasınız deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır» (Rum, 21).

Íàâåðõ

Cümə xütbəsi : İşləyib qazanmağın vacibliyi

  Sayta qoyulub: 12:29 06.06.2008 (Oxunub: 319 dəfə)

Əziz müsəlmanlar!

Bildiyimiz kimi, İslam dini maddə ilə mənəviyyat, ruh ilə bədən, dünya ilə axirət arasında həsas tarazlıq qurmuşdur. Dünya və axirət səadətinə qovuşmaq üçün bu tarazlığa riayət etmək lazımdır. Axirəti unudaraq sırf dünya həyatı üçün əlləşib vuruşmaq bəyənilmədiyi kimi, bu dünyanı unudaraq yalnız axirət üçün yaşamaq da xoş görülməmişdir. Hz Peyğəmbər (s.ə.s.) bir hədisində belə buyurmuşdur: «Sizin xeyirliniz nə dünyasını axirəti üçün, nə də axirətini dünyası üçün tərk edəndir. Hər ikisi üçün də çalışandır» (Camiu's-səğir, c.2, s.116).

Íàâåðõ

Cümə xütbəsi : Ehtiyatlı olmaq

  Sayta qoyulub: 00:33 30.05.2008 (Oxunub: 383 dəfə)

Kainat həssas bir müvazinət, mükəmməl bir ahəng və pozulmayan bir nizam içində yaradılmışdır. Kainatda meydana gələn hər şey Uca Allahın qoyduğu qanun və qaydalar çərçivəsində baş verir. Heç bir şey Ondan iznsiz baş vermir.

Allah-Təala biz bəndələrini müxtəlif formalarda imtahan etməkdədir. Qurani-Kərimdə belə buyurulur: «İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah onlara etdiklərinin bir qismini daddırsın və bəlkə, onlar qayıtsınlar» (Rum, 41).

Íàâåðõ

Cümə xütbəsi : Kainat və insan

  Sayta qoyulub: 22:04 15.05.2008 (Oxunub: 336 dəfə)

Kainatı yoxdan yaradan Allahın varlığı bugünkü elm və texnologiya reallığının qarşısında inkaredilməz bir həqiqətdir. Həqiqətən də, elm inkişaf etdikcə başqa dinlər sarsılıb bu ortaya çıxan yeniliklərlə uzlaşa bilmədiyi halda, İslam dini elmə qucaq açır və müasir elmin ortaya çıxardığı heç bir yeniliklə təzad təşkil etmir.

Íàâåðõ

Cümə xütbəsi : Qul haqqı

  Sayta qoyulub: 22:47 08.05.2008 (Oxunub: 373 dəfə)

Əziz müsəlmanlar!

Yer üzündəki varlıqların ən mükəmməli insandır. Çünki o, ən gözəl bir şəkildə yaradılmış, ağıl neməti ilə şərəfləndirilmişdir. Başqa insanlarla tanış olmaq, yardımlaşmaq, onlarla birlikdə yaşamaq insanın ən təbii ehtiyaclarındandır. Yer üzündə əmin-amanlıq içində bir həyat sürmək, Allahın saysız-hesabsız nemətlərindən qanuni çərçivədə faydalanmaq, nəsli davam etdirmək və şəxsi ehtiyacları təmin etmək cəmiyyət halında yaşamağı vacib edir. Cəmiyyət halında yaşamaq isə qarşılıqlı haqq və məsuliyyəti də özü ilə gətirir.

Íàâåðõ

Cümə xütbəsi : Yazıb-oxumanın və təhsilin əhəmiyyəti

  Sayta qoyulub: 10:59 02.05.2008 (Oxunub: 321 dəfə)

Hörmətli müsəlmanlar!

Dinimizin elmə, təhsilə, təlim-tərbiyəyə verdiyi önəm haqqında çox danışılıb. Lakin hələ də İslama cəhalət, savadsızlıq, geriçilik kimi mənfi xüsusiyyətlər aid edənlər vardır. Bu gün İslam dövlətlərinin nisbətən zəif olmasını da bununla əlaqələndirməyə çalışırlar. Halbuki İslam dini ilk gündən elmə, təhsil almağa və maarifçiliyə çox böyük əhəmiyyət vermiş, yaşından asılı olmayaraq bütün insanları elm öyrənməyə təşviq etmişdir.

Íàâåðõ

Cümə xütbəsi : Kasıblara əl tutmaq

  Sayta qoyulub: 23:12 24.04.2008 (Oxunub: 344 dəfə)

Əziz müsəlmanlar!

Heç kimə sirr deyil ki, cəmiyyəti təşkil edən fərdlərin hamısının vəziyyəti eyni deyil. Kimisi gənc, kimisi yaşlı, kimisi varlı, kimisi kasıb, kimisi sağlam, kimisi xəstə, kimisi qabiliyyətli, kimisi qabiliyyətsizdir. Bu müxtəlifliyin təbii bir nəticəsi olaraq cəmiyyətdə hər zaman qorunmaya, dəstəyə və xüsusi nəvazişə möhtac olan insanlar ortaya çıxır.

Íàâåðõ

Cümə xütbəsi : Ana haqqı və ana sevgisi

  Sayta qoyulub: 23:49 17.04.2008 (Oxunub: 373 dəfə)

Hörmətli müsəlmanlar!

Ən şərəfli və ən mükəmməl varlıq olan insan bir çox vəzifələrlə mükəlləf edilmişdir. Bu vəzifələrin içində birinci sırada Allaha qarşı, sonra isə ailəmizə qarşı vəzifələrimiz gəlir. Allah insanın və bütün kainatın yaradıcısıdır. Ata-anamız isə dünyaya gəlişimizin səbəbləridir. Canlılar arasında insanın xüsusi bir yeri vardır. Yeni doğulmuş uşaq həyatını davam etdirə bilmək üçün məcburi olan ən təbii ehtiyaclarını belə qarşılamaqda acizdir. Müəyyən bir müddət qayğıya, himayəyə, şəfqətə möhtac olur. Bu uşağa ən yaxşı baxan, onu hər cür çətinliklərə baxmayaraq, öz həyatını təhlükəyə ataraq belə qoruyan və himayə edən yeganə varlıq anadır.

Íàâåðõ

Cümə xütbəsi : Ölüm və xatırlatdıqları

  Sayta qoyulub: 00:44 11.04.2008 (Oxunub: 367 dəfə)

Hörmətli möminlər!

Bildiyimiz kimi, Allah-Təala yaratdığı hər canlı üçün müəyyən bir ömür müddəti təyin etmişdir. Bu müdətin sona çatmasına əcəl deyilir. Hər nə şəkildə olursa olsun, əcəl dediyimiz həmin vaxt gəlib çatanda ölüm hadisəsi baş verir. Hər canlı üçün ölüm anı gec-tez gəlib yetişir və həmin gün bu dünyadakı həyat müddəti başa çatır. Qurani-Kərimdə də buyurulduğu kimi, hər bir canlı ölümü dadacaqdır (Ali-İmran, 185).

Íàâåðõ

Cümə xütbəsi : İslamda uşaqların tərbiyəsi

  Sayta qoyulub: 11:05 04.04.2008 (Oxunub: 371 dəfə)

Hörmətli müsəlmanlar!

Gündəlik həyatımızdan da gördüyümüz kimi, Allahın insanlara bəxş etdiyi nemətlərin sayı-hesabı yoxdur. Bu nemətləri yüksək formada dəyərləndirmək, öz həyatında əks etdirmək möminin ən böyük vəzifəsidir. Nemət üçün şükür – ona lazım olan qiyməti vermək, lazımi yerində istifadə etmək və onu başqaları üçün də faydalı etməklə mümkün ola bilər.

Íàâåðõ

Cümə xütbəsi : İslamda din və vicdan azadlığı

  Sayta qoyulub: 22:38 27.03.2008 (Oxunub: 320 dəfə)

Hörmətli müsəlmanlar!

Ən şərəfli məxluq olan insanın, yemək, içmək, geyinmək kimi maddi ehtiyacları ilə bərabər iman və ibadət kimi mənəvi ehtiyacları da vardır. Çünki insan Allaha ibadət etmək üçün yaradılmışdır (Zariyat, 5). Uca Allah hər şeyi insan üçün yaratmış və insana saya bilməyəcəyi qədər çox nemət vermişdir. İbadət vəzifəsini icra edə bilməsi, xeyir əməllər işləyə bilməsi, pisliklərdən qoruna bilməsi, beləcə dünya və axirət xoşbəxtliyini təmin edə bilməsi üçün insana ağıl, iradə, vicdan, xeyiri və şəri, doğrunu və yanlışı bir-birindən ayıra bilmək qabiliyyəti vermiş, bununla kifayətlənməmiş, ilk insandan etibarən bələdçi olmaq üçün bəşəriyyətə peyğəmbərlər və kitablar göndərmişdir.

Íàâåðõ

Cümə xütbəsi : Novruz bayramının dinimizdəki yeri

  Sayta qoyulub: 02:21 21.03.2008 (Oxunub: 408 dəfə)

Əziz müsəlmanlar!

Bu həftəki cümə günümüz Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün, xütbəmizin mövzusu Novruz bayramı, onun tarixi kökləri və dinimizdəki yeri barəsində olacaq. Bildiyimiz kimi, Azərbaycanda hələ qədim dövrlərdən qeyd olunan bu bayram başqa bir çox xalqlar tərəfindən də yümsək təmtəraqla keçirilir. Fars dilində «yeni gün» mənasına gələn «Novruz» kəlməsi adından da göründüyü kimi yeni ilin, yeni fəslin gəlişini bildirir.

Íàâåðõ

Cümə xütbəsi : İslamda sağlamlığın əhəmmiyyəti və yoluxucu xəstəliklərdən qorunma

  Sayta qoyulub: 23:08 13.03.2008 (Oxunub: 370 dəfə)

Hörmətli müsəlmanlar!

İnsana və insan həyatının qorunmasına böyük önəm verən İslam dini insanın mənəvi olduğu kimi, fiziki cəhətdən də sağlam həyat sürməsinə xüsusi diqqət ayırır. İki dünya səadətini hədəf alan dinimiz axirət həyatı üçün çalışan insanın bu dünyasına da fikir verməsini, xəstələndikdə müxtəlif tibbi vasitələrdən istifadə etməsini tövsiyə edir. Bu aspektdən baxdıqda müsəlman alimlərin içərisindən dünyaca məşhur təbiblərin yetişməsi təsadüfi deyildir.

Íàâåðõ

Cümə xütbəsi : İslamda qadın haqları

  Sayta qoyulub: 18:50 06.03.2008 (Oxunub: 348 dəfə)

Əziz möminlər!

Bildiyimiz kimi, dünya və axirət səadətini hədəf alan İslam dini cəmiyyətin təməli olan ailəni sevgi və qarşılıqlı hörmətə əsaslanan bir qurum olaraq görmüşdür. Qurani-Kərimdə bu barədə belə buyurulmuşdur: «Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır» (Rum, 21).

Íàâåðõ

Cümə xütbəsi : Mərhəmət

  Sayta qoyulub: 18:52 28.02.2008 (Oxunub: 325 dəfə)

Hörməli müsəlmanlar!

Bildiyimiz kimi, zülmət çağı adlandıra biləcəyimiz İslamdan əvvəlki dövrlərdə bəşəriyyət bir-birinə qarşı çox mərhəmətsiz, çox insafsız bir həyat sürmüşdür. Məzlumun cılız səsi zalımın boğucu qəhqəhələri arasında batmış, qəlblər sanki daşlaşmış, vicdanlar buza dönmüşdü.

Íàâåðõ

Cümə xütbəsi : Camaat namazının əhəmiyyəti

  Sayta qoyulub: 22:46 21.02.2008 (Oxunub: 426 dəfə)

Hörmətli müsəlmanlar!

Bu günkü xütbəmizin mövzusu camaatla namaz qılmağın fəziləti haqqındadır. Bildiyimiz kimi, namazı camaatla birlikdə qılmaq Həzrəti Peyğəmbərin ən güclü sünnətlərindəndir. Rəsulullah hər zaman camaatla namaz qılmağa səy göstərmiş və camaat namazı haqqında belə buyurmuşdur:

«Camaatla qılınan namaz təkbaşına qılınan namazdan iyirmi yeddi dəfə artıq fəzilətlidir. Əgər möminlər işa və səhər namazlarının camaatla qılınmasının savabını bilsəydilər iməkləyərək məscidlərə tələsərdilər» (Riyazu's-Salihin, c.2, h.1058, 1076).

Íàâåðõ

Cümə xütbəsi : Təkəbbür və qürur

  Sayta qoyulub: 10:56 15.02.2008 (Oxunub: 369 dəfə)

Əziz müsəlmanlar!

Uca dinimiz İslam insanlara təvazökar olmağı öyrətmiş, təkəbbür və qürurdan uzaq durmağı tövsiyə etmişdir. Çünki dinimizə görə, təvazökarlıq göstərərək sadə olmaq müsəlman üçün əsas prinsiplərdəndir. Təkəbbür və qürur isə Allaha inanmış, Peyğəmbərə bağlanmış olan hər kəs üçün qadağan edilmişdir. Müsəlmanlar təkəbbür və qürurdan uzaq durmalıdırlar.

Íàâåðõ

Cümə xütbəsi : Zəkat ibadəti

  Sayta qoyulub: 01:34 08.02.2008 (Oxunub: 374 dəfə)

Əziz müsəlmanlar!

«Zəkat» kəlməsi lüğətdə təmizləmək, çoxalmaq və bərəkətlənmək kimi mənalar verir. Zəkat ibadətini qısaca bu cür tərif edə bilərik: «Zəkat müəyyən bir malın müəyyən bir hissəsini müəyyən yerlərə verməkdir». Zəkatın fərz buyurulması həm Qurani-Kərimdə, həm də hədislərdə açıq-aşkar bildirilmişdir. Uca Allah Qurani-Kərimdə altı yerdə «…namaz qılın, zəkat verin…» deyə buyurmaqdadır.

Íàâåðõ
« Ê íà÷àëó[1] 2 Äàëåå »

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat