Türkiyə xarici işlər naziri Ahmet Davudoğlu ilə İsrail sənaye naziri Binyamin Ben-Eliezer Avropada gizlicə görüşərək münasibətlərdəki böhranı müzakirə ediblər. Görüşün İsrail Xarici işlər nazirliyindən də gizli keçirildiyi məlum olub. İsrail xarici işlər naziri Aviqdor Liberman, çox sərt bir açıqlama ilə baş naziri Binyamin Netanyahunu tənqid edib.