İşğal olunmuş Dağlıq Qarabağda Azərbaycanın icazəsi olmadan kilsənin tikilməsi erməni separatizmini, erməni terrorçuluğunu dəstəkləməkdən başqa bir şey deyil”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov verib.
O bildirib ki, Komitə Xankəndində pravoslav kilsənin təməlqoyma mərasiminin keçirilməsi haqqında xəbər yayılan gün buna rəsmi münasibət açıqlayıb və faktı pisləyib: “Dörd ay öncədə belə bir xəbər bir ideya kimi yayılanda da Dövlət Komitəsi öz münasibətini bildirdi. Bir daha bəyan edirəm ki, bu, yolverilməzdir, bu erməni separatizmini, erməni terrorizmini dəstəkləməkdən başqa bir şey deyil. Belə halların qarşısını almaq üçün tədbirlər görülür, bu sahədə iş aparılır, bir qədər sonra əlavə məlumat veriləcək”.
Xarici ölkələrin Azərbaycanda dini yaymaq meylləri ilə bağlı sualı cavablandıran komitə sədri deyib ki, xarici təsirlər əvvəlki vaxtlarla müqayisədə son dərəcə azalıb: “Amma bəzi meyllər bəzən müşahidə olunmaqdadır və bu meyllərin də perspektivi yoxdur. Dövlətin münasibəti öz yerində, eyni zamanda Azərbaycan cəmiyyəti də belə zərərli meylləri birmənalı olaraq qəbul eləmir”.