Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Seyid Məhəmməd Hüseyni İran prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycan ilə İran arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığın uğurla davam etdiyi vurğulanıb və bildirilib ki, bu uğurlu əməkdaşlığın mənbəyi məhz xalqlar arasındakı dostluq və qardaşlıq əlaqələridir. Bu işdə mədəniyyətlə bağlı məsələlər xüsusi rol oynayır. Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin hər iki ölkə üçün vacib məsələ olduğu qeyd edilib. Dövlət başçısı prezident Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.