Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları

ÖLKƏ XƏBƏRLƏRİ : Azərbaycan Prezident Administrasiyası ABŞ Konqresinin qərarını pisləyib

  Sayta qoyulub: 14:58 05.03.2010 (Oxunub: 39 dəfə)

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin dünən qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərarı qəti şəkildə pisləyib.

APA-nın xəbərinə görə, Administrasiyanın ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bununla bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, ABŞ konqresmenlərinin bu addımı sözün həqiqi mənasında səhv və ədalətsiz hərəkətdir: “1915-ci ildə I dünya müharibəsinin cəbhələrinin birində baş vermiş hadisələrdə müharibədə iştirak edən bütün xalq və dövlətlər bu və ya digər itkilərə məruz qalıblar. O dövrün hadisələrində kimin daha az və ya çox itki verməsini və hansı nəticə ilə müharibədən çıxmasını dünyada fövqəldövlət adını daşımağa iddialı olan bir ölkənin Konqres üzvləri deyil, müstəqil tarixçilər və tədqiqatçılar həll etməlidir.
Azərbaycan hökuməti ABŞ konqresmenlərinin atdığı bu addımı birmənalı şəkildə pisləyir, onun birtərəfli, ədalətsiz və ermənipərəst qərar olduğunu və anti-türk mahiyyəti daşıdığını diqqətə çatdırır. Hesab edirik ki, bu qərar həm də ABŞ və Amerika xalqının maraqları ilə qətiyyən uzlaşmır, bu ölkənin beynəlxalq imicinə ciddi zərbə vuracaq”.

Ə. Həsənov, eyni zamanda, inandığını bildirib ki, Komitənin qəbul etdiyi bu qərar ABŞ Konqresinin Nümayəndələr Palatasında lazımi qiymətini alaraq, geri qaytarılacaq və bu ədalətsiz məsuliyyət ABŞ hökumətinin üzərindən götürüləcək.

 
Íàâåðõ
 

Əlavə keçidlər

· ÖLKƏ XƏBƏRLƏRİ bölümünün digər xəbərləri

ÖLKƏ XƏBƏRLƏRİ bölümünün son 10 xəbəri:
· Azərbaycanda Ramazan bayramı qeyd olunur
· Bakı İslam Universiteti tələbə qəbulu elan edib
· Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
· DİN Lənkəran şəhərində dindarlarla polis arasında qarşıdurma baş verməsi haqda mətbuatda yazılanlara münasibət bildirib
· Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
· Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib
· Bakıda Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
· Heydər Əliyev Fondu Moskvada iftar süfrəsi açacaq
· İsrailin Azərbaycandakı səfiri ARDNŞ-ın vitse-prezidenti ilə görüşüb
· Azərbaycanın Lənkəran rayonunda məscid yaxınlığında baş vermiş silahlı insidentlə bağlı iki nəfər tutulub, daha beş nəfər isə axtarılır

ÖLKƏ XƏBƏRLƏRİ bölümünün ən çox oxunan 10 xəbəri:
· RAMAZAN CƏDVƏLİ
· Hacı Sabir Həsənli "Şöhrət" ordeni ilə təltif olunub
· “Azərbaycanda İslam” mövzusunda gənclər arasında sorğu
· "Qurban, Novruz və Ramazan bayramları haqqında" qərar qəbul edilib
· İbadət yerinin qarşısında diskoteka tikmək istəyirlər
· Məhərrəm ayı başlayıb
· Azərbaycanda həbs olunan "Əl-Qaida" üzvlərinə hökm oxunub
· Ramazan ayı başlayır
· Ramazan ayının başlamasına fətva verildi
· Karikatura hadisəsilə bağlı mitinqə icazə verilməyib


Çap variantı  Dosta göndər

 

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat