Rus dilində
Rus dilində
 
  
        
ANA SƏHİFƏ ÖLKƏ XƏBƏRLƏRİ DÜNYA XƏBƏRLƏRİ MƏQALƏLƏR KİTABXANA ÇAT FORUM SUAL-CAVAB

ƏSAS MENYU

 · Ana səhifə
 · Ölkə xəbərləri
 · Dünya xəbərləri
 · Məqalələr
 · Kitabxana
 · Ziyarətgahlar
 · Konvertor
 · Çat
 · Forum
 · Sual-cavab

BİZİM LAYİHƏLƏR

 · "Qütb" jurnalı
 · Peyğəmbərimiz (s.)
 · Cümə xütbəsi
 · İslam əxlaqı
 · Bizim alim-müctəhidlər
 · Oxucu qələmi
 · İslam cərəyanları

ÖLKƏ XƏBƏRLƏRİ : Azərbaycanın Dövlət Komissiyası Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar ərəb ölkələrində tədbirlər keçirib

  Sayta qoyulub: 14:27 03.03.2010 (Oxunub: 36 dəfə)

Ermənistanın Azərbaycana təcavüzü, Xocalı faciəsinin 18-ci ildönümü ilə əlaqədar «Xocalıya Ədalət» kampaniyası çərçivəsində Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərində, Azərbaycanın bu ölkələrdəki səfirlikləri ilə birgə silsilə tədbirlər keçirib.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, Azərbaycanın Qətərdəki səfirliyi və komissiyanın birgə təşkilatçılığı ilə Doha şəhərində keçirilən tədbirdə Qətərdəki Azərbaycan icmasının nümayəndələri, bu ölkədə akkreditə olunmuş bir sıra xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və diplomatları, yerli kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin Qətərdə çalışan və ölkəmizin dostları olan xeyli sayda xarici vətəndaşlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Eldar Səlimov ermənilər tərəfindən Azərbaycana qarşı törədilmiş terrorçuluq əməllləri və insanlığa qarşı cinayət olan Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxış edərək tədbir iştirakçılarına faktlar əsasında ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırım, etnik təmizləmə, vandalizm, əsir, girov və itkinlərlə bağlı həqiqətləri çatdırıb. Sonra Qətərdəki ən böyük icma olan Pakistan diasporasının rəhbəri, siyasi tədqiqatçı və yazıçı-publisist Əşrəf Sədiqi çıxış edərək dost və qardaş Azərbaycan xalqının yaşadığı faciələrdən üzüldüklərini və dövlətinin daim ölkəmizin yanında olduğunu xüsusi qeyd edib.

Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər faktoloji materiallar təqdim olunub.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birgə sərgi və təqdimat mərasimi təşkil edilib.
Tədbirdə Küveytin dövlət təşkilatlarının nümayəndələri, ictimai xadimlər, Küveytin aparıcı universitetlərinin müəllim-professor heyəti, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri və yerli kütləvi informasiya vasitələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Şahin Abdullayev Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib və «Xocalıya Ədalət» kampaniyası çərçivəsində il ərzində silsilə tədbirlərin davam etdiriləcəyini bildirib.
Dövlət Komissiyasının katibi Şahin Sayılov çıxışında Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti, beynəlxalq hüquq normalarına zidd olaraq əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.
Tədbir iştirakçılarına Xocalı faciəsini və erməni terrorçuluğunun fəsadlarını əks etdirən sənədli film, kitablar, şəkillər və digər əyani vəsaitlər və «Xocalı uşaqların gözü ilə» şəkil sərgisi nümayiş etdirilib.

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi də Dövlət Komissiyası ilə birgə anım mərasimi təşkil edib. Tədbiri səfir Elxan Qəhrəmanov çıxış edib.

 
Íàâåðõ
 

Əlavə keçidlər

· ÖLKƏ XƏBƏRLƏRİ bölümünün digər xəbərləri

ÖLKƏ XƏBƏRLƏRİ bölümünün son 10 xəbəri:
· Azərbaycanda Ramazan bayramı qeyd olunur
· Bakı İslam Universiteti tələbə qəbulu elan edib
· Allahşükür Paşazadə Ramazan Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
· DİN Lənkəran şəhərində dindarlarla polis arasında qarşıdurma baş verməsi haqda mətbuatda yazılanlara münasibət bildirib
· Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
· Azərbaycan prezidenti İlham Əliyev iftar mərasimində iştirak edib
· Bakıda Azərbaycan-İordaniya hökumətlərarası komissiyasının iclası keçiriləcək
· Heydər Əliyev Fondu Moskvada iftar süfrəsi açacaq
· İsrailin Azərbaycandakı səfiri ARDNŞ-ın vitse-prezidenti ilə görüşüb
· Azərbaycanın Lənkəran rayonunda məscid yaxınlığında baş vermiş silahlı insidentlə bağlı iki nəfər tutulub, daha beş nəfər isə axtarılır

ÖLKƏ XƏBƏRLƏRİ bölümünün ən çox oxunan 10 xəbəri:
· RAMAZAN CƏDVƏLİ
· Hacı Sabir Həsənli "Şöhrət" ordeni ilə təltif olunub
· “Azərbaycanda İslam” mövzusunda gənclər arasında sorğu
· "Qurban, Novruz və Ramazan bayramları haqqında" qərar qəbul edilib
· İbadət yerinin qarşısında diskoteka tikmək istəyirlər
· Məhərrəm ayı başlayıb
· Azərbaycanda həbs olunan "Əl-Qaida" üzvlərinə hökm oxunub
· Ramazan ayı başlayır
· Ramazan ayının başlamasına fətva verildi
· Karikatura hadisəsilə bağlı mitinqə icazə verilməyib


Çap variantı  Dosta göndər

 

Ana səhifə Ölkə xəbərləri Dünya xəbərləri Məqalələr Çat