“Hansısa ölkədə başqa ölkənin əleyhinə təbliğat kampaniyasının aparılması təbiidir. Biz buna fövqəladə hal kimi baxmırıq”.
APA-nın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Vaqif Sadıxov İranda Azərbaycan əleyhinə aksiyaların keçirilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, belə kampaniyalar zamanı səsləndirilən fikirlər təşkilatçıların mövqeyini əks etdirir: “Biz də belə məsələlərdən özümüz üçün müəyyən nəticələr çıxarırıq”.